Baş Qərargah rəisinə Ali Baş Komandan, ölkə Prezidenti etibar edir - RƏY

Baş Qərargah rəisinə Ali Baş Komandan, ölkə Prezidenti etibar edir - RƏYMəlum olduğu kimi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə hərbi təlimlər keçirirlər. Hərbi təlimlərə həm Azərbaycan, həm də qardaş Türkiyə Ordusunun yüksək rütbəli zabitləri, eləcə də ən müasir hərbi texnika cəlb edilib. Lakin iki qardaş ölkənin birgə təlimlərini həzm edə bilməyən, bundan qorxuya düşən bəzi qüvvələr Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov haqqında dezinformasiyalar yayırlar. Bununla bağlı ehtiyyatda olan Polkovnik, hərbi ekspert Şair Ramaldanov "MediaPost"un suallarını cavablandırıb.

- Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla davam etdiyi vaxtda Ordu rəhbərliyi haqqında dezinformasiyaların yayılmasını necə qiymətləndirirsiniz?

- Bu, təbii bir haldır. Yəni Türkiyə Azərbaycan birgə təlimləri, dostlarımızı əlbəttə ki, sevindirə bilər. Dostlarımızı nə qədər sevindirirsə, bir o qədər də düşmənlərimizi müəyyən bir şəkildə qıcıqlandırması mümkündür. İnformasiya imkanlarını bu gün nəzərə alsaq, Türkiyə və Azərbaycanın irimiqyaslı və yüksək səviyyədə təlimlər keçirməsi, demək olar ki, Azərbaycan xalqı tərəfindən dəstəkləndi. Təbii ki, informasiya sahəsində düşmən tərəfindən təxribatını gözləməli idik. Əgər şkalaya baxsaq, bizim Silahlı Qüvvələrin rəhbərliyi haqqında informasiya sahəsində dezinformasiya yayılanda, onlar haqqında bəzən yersiz və təhqiramiz, Ordunun nüfuzuna xələl gətirən informasiya gedəndə, demək olar ki, biz düşmənin real təxribatını bir müddətdən sonra görürük. Əgər biz indi tarixə baxsaq, düşmənin təxribatının tarixlərini götürsək, onun ərəfəsində demək olar ki, Ordu rəhbərliyinə, müəyyən hansısa generallara, digər idarəçilikdə olan şəxslərə, müəyyən bir informasiya sahəsində atmacalar olur və istər video, istərsə də saytlarda bunlar hədəfə tutulur.

Baş Qərargah rəisinə Ali Baş Komandan, ölkə Prezidenti etibar edir - RƏY- Sosial şəbəkələrdə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Türkiyəli hərbi qulluqçuların birgə təlimlərə gəlməsi ilə bağlı təhqiramiz ifadələr işlətməsi barədə məlumat yayılmışdı. Bu xəbərlərə Müdafiə Nazirliyi bu gün rəsmi açıqlama verdi, məlumatı təkzib elədi. Belə şayiələrin yayılmasında məqsəd nədir?

- Bizim general mütləq şəhid olmalıdır ki, ondan sonra biz Azərbaycan generallarını bir simvola çevirək? Azərbaycan Ordusunda hər bir general səngərdən çıxan generaldır. Azərbaycan Silahlı Qüvvələrinə rəhbərlik edən şəxslərin hamısı səngərdən çıxan hərbçilərdir. Onlar professional xidmət nəticəsində elə səviyyəyə yüksəliblər ki, artıq Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti onlara yüksək etimad göstərərək, yüksək vəzifəyə təyin edib. Onlar da öz xidmətlərini davam edirlər. Bu saat Silahlı Qüvvələrin Baş Qərargah rəisi hədəfə alınıb. Orduda hərbiyə aid olan bütün məsələlər sırf Baş Qərargah rəisi tərəfindən idarə olunur. O, şəxsən özü bunlara cavabdehlik daşıyır. Bu necə olur ki, bir balaca problem olan kimi, Baş Qərargah rəisinin üzərinə düşürlər. Aydındır ki, düşmən qıcıqlandırıcı yerə toxunmağa çalışır. Ancaq bunu yayan digər Azərbaycan vətəndaşları fitnəyə gedirlər və dezinformasiyanı dəstəkləyirlər. Baş Qərargah rəisinə şəxsən Ali Baş Komandan, ölkə Prezidenti etibar edir. Bu gün Azərbaycan zabiti özünə hörmət edir. Mən Baş Qərargah rəisi keçirdiyi müşavirədə hansı zabitlərin oturduğunu bilirəm. Sizə deyim ki, Azərbaycan Ordusunda elə bir zabit yoxdur ki, kimliyindən asılı olmayaraq elə bir söz kiminsə ağzından çıxsa, otursun və cavab verməsin. Mən bilirəm ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi çox ciddi insandır. Bəzən sərt ifadələr işlədə bilər. Lakin sərt ifadələr daha çox onlara ünvanlanıb ki, hansı ki bizim Silahlı Qüvvələrin döyüş hazırlığında müəyyən bir nöqsanlar buraxılıb. Yəni bu sərt ifadələr onlara qarşı yönələ bilər. Lakin bu formada yox. İstəyirəm bir daha sosial şəbəkələrdə bunu yayan insanlara səslənim və onları diqqətli olmağa çağırım.

Baş Qərargah rəisinə Ali Baş Komandan, ölkə Prezidenti etibar edir - RƏY- Belə yalan məlumatlar Azərbaycan-Türkiyə arasındakı qardaşlığa zərər verə bilərmi?

- Hadisənin necə olduğunu orada kimlərin iştirak etdiyini bilmirlər, özləri orada olmayıblar. Açıq görünür ki, bu düşmənin informasiya sahəsində növbəti təxribatıdır. Niyə bunu görmürlər?! Sosial şəbəkələrdə bu məsələyə münasibət bildirənlər niyə belə savadsızdırlar? Heç olmasa, məntiqlə düşünsünlər. Mən o şəxslərə demək istəyirəm ki, bu təlimlər planlıdır. Hər il Türkiyə Silahlı Qüvvələri ilə plan hazırlayanda, o planı Baş Qərargah rəisi hazırlayır və ölkə rəhbərliyinə təqdim olunur. Orada Türkiyə ilə birgə fəaliyyətlər, Baş Qərargah rəisinin iştirakı ilə hazırlanır. Bu təlimlərin hazırlığı və keçirilməsində məhz Baş Qərargah rəisi iştirak edir. Necə olur ki, Baş Qərargah rəisi Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanla birgə fəaliyyətini bu formada qiymətləndirsin? Bu, absurddur və Azərbaycanla Türkiyə arasında olan dostluğa bir zərbədir. Bunu oxuyan bəzi savadsız türk vətəndaşları deyəcəklər ki, azərbaycanlılar bunu belə paylaşırlarsa, deməli, burada nəsə var. İki-üç cümlə yazmaqla Türkiyə-Azərbaycan münasibətlərinə elə bir ziyan gətirmək olar. Ancaq bu ziyan gətirməyəcək. Çünki bizim münasibətlərimiz ənənəvilik və səmimiyyət üzərində qurulub. Bu münasibətlərin kökü var və Ulu Öndərin qoyduğu prinsip əsasında inkişaf edir. Bir millət, iki dövlətik. Bu münasibətlərə heç kim mane ola bilməz. Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətinə də heç kim mane ola bilməz. Ancaq bu məsələlərə də sosial şəbəkə istifadəçiləri özləri cavab verməlidirlər.

Baş Qərargah rəisinə Ali Baş Komandan, ölkə Prezidenti etibar edir - RƏY- N.Sadıkovun Rusiyanın Milli Qəhrəmanı olması ilə bağlı iddialar yayılsa da, nazirlik bununla bağlı təkzib məlumatı verdi. Ümumiyyətlə, nəyə görə Ordu rəhbərliyindən olan nümayəndə hədəfə alınıb?

- Biz ilk mənbənin kim tərəfindən yayıldığını bilmirik. Ermənidir, yaxud erməniyə işləyən kəslərdir bilmirik. Bütün bu dezinformasiyaların cavabı çoxdan verilib. Qardaşı haqda yayılan məlumatlar öz təsdiqini tapmadı və yalan olduğu ortaya çıxdı. İkincisi, Baş Qərargah rəisi Rusiyanın milli qəhrəmanı deyil. Dağıstanda yerli sakinlər ona olan hörmətdən özlərinə qəhrəman hesab edirlərsə, bu onların şəxsi işidir. Əgər bir şəhərdən çıxan şəxs belə yüksək vəzifəyə qalxıbsa və uzun müddət Azərbaycan Ordusunda Baş Qərargah rəisi vəzifəsini daşıyırsa və bu illər ərzində istər Ulu Öndərin, istərsə də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrin inkişaf siyasətini həyata keçirərək, onların əmrlərini yerinə yetiribsə, Azərbaycan Ordusu 50 ən güclü ordular sırasında yer alıbsa, burada Baş Qərargah rəisinin əməyi danılmazdır. Bütün bunlar öz-özünə əldə olunmur. Niyə bizim oxucular məsələlərə real və obyektiv yanaşmırlar? İnsan rus dilində danışırsa, bu onun Rusiyaya işləməsi anlamına gəlmir. Cənab Prezident özü kimə etibar etmək və hansı vəzifə və tapşırıqları vermək lazım olduğunu yaxşı bilir. Ucuz populizmlə məşğul olanlar ordumuzun nüfuzunu aşağı salan belə məlumatları dəstəkləməsinlər. Bəziləri deyir, belə bir məlumat var və bunu xüsusi dairələr yoxlasınlar. Mən onlara cavab verirəm ki, bütün məlumatlar yoxlanılır və hamısı daim nəzarət altındadırlar. Bu gün Ordu rəhbərliyində Prezident tərəfindən etibar edilən şəxslər təmsil olunublar və onlara olunan hörmətsizlik, həmin etibara olan hörmətsizlik kimi qəbul olunmalıdır. Belə bir məsələlərin cavabını cəmiyyət özü cavablandırmalı və sipər olmalıdır. Bu gün informasiya sahəsində hələlik düşmənə çox uduzuruq. Əgər bu gün Baş Qərargah rəisi və digər generallar haqqında belə məlumatlar sızıb və sosial şəbəkələrdə yayılırsa, demək biz düşməndən zəifik. Hamını informasiya müharibəsində öz vəzifəsini icra etməyə çağırıram. Cəmiyyət belə məlumatları yox etməklə Azərbaycan ordusuna dəstək olmalıdır. Cəmiyyət informasiya sahəsində də səfərbər olmalıdır. Azərbaycan Ordusuna və rəhbərliyinə qarşı yönələn belə məlumatların qarşısını almaq lazımdır. Müharibə ancaq döyüş bölgəsində getmir. Bu gün müharibə həm də cəmiyyətimizin zehnini müəyyən bir şəkildə zəhərləyərək, Silahlı Qüvvələrin nüfuzunu aşağı salmaq istiqamətində gedir. Hər an müharibənin aktiv fazasına keçə bilərik. Ona görə də, düşünməliyik ki, bu gün Ali Baş Komandan əmr versə, onun əmrini həyata keçirən, bütün döyüşləri planlaşdıran və istiqamətləri idarə edən şəxs həmin Baş Qərargah rəisi olacaq. Ona görə də, düşünürəm ki, dezinformasiyalara biz özümüz cavab verməliyik. Çünki bütün bunlar Azərbaycan Ordusunun nüfuzunu aşağı salmağa yönəlib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2463   Tarix: 12 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 662
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

03.05.2024 262
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 153
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 1465
.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 516
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 217
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

03.05.2024 297
.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

03.05.2024 360
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

03.05.2024 203