Tovuz hadisələrinin geosiyasəti – Politoloq şərhi

Tovuz hadisələrinin geosiyasəti – Politoloq şərhi"Ermənistan təxribatlarını davam etdirə bilər. Onlar ictimai rəyi və vəziyyəti yoxlamaq üçün artıq belə bir cəhd etdilər".

Bunu "MediaPost"a açıqlamasında politoloq Eldar Namazov deyib.

Onun sözlərinə görə, strateji əhəmiyyət kəsb edən layihələrin magistralları yerləşən ərazi erməni tərəfinin həmişə marağında olub:

"Bizim üçün ən təhlükəli yer Qazax-Tovuz-Ağstafa istiqamətidir. Çünki orada strateji əhəmiyyət kəsb edən layihələrin magistralları yerləşir. Bu magistrallar ermənilərlə olan sərhədə çox yaxın ərazidə yerləşir (təxminən 20-25 km). Onlar daim o yolu kəsməyə çalışırlar. Ermənilərin 1994-cü ildə Tərtər-Bərdə istiqamətində aparılan son döyüşlərdəki məqsədləri də məhz Yevlax yoluna çıxmaqla, boru kəmərlərinin yolunun kəsilməsi olub. Ermənistan silahlı qüvvələrinin öz məqsədlərinə nail olması həm Azərbaycanın nefti, qazı, həm də Türkmənistanın qazı ilə bağlı bütün layihələrin yarımçıq qalması ilə nəticələnərdi. Bu isə Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Gürcüstan üçün böyük zərbə deməkdir. Burada icra olunan layihələrin qarşısını almaq üçün ermənilər hər addımı ata bilər. Onlar təxribatlarını davam etdirə bilərlər. İctimai rəyi və vəziyyəti yoxlamaq üçün artıq belə bir cəhd etdilər".

Politoloq Tovuz hadisələrindəki geosiyasi vəziyyətdən danışaraq münaqişədə Türkiyə-Azərbaycan münasibətlərinin rolunun əhəmiyyətindən söz edib:

"Türkiyə prezidentinin bəyanatı o oldu ki, yüz il bundan əvvəl bizim əcdadlarımız nə edibsə, biz onu yenə etməyə hazırıq. Bu, adi bəyanat deyil, mühüm əhəmiyyət kəsb edir. Yəni Azərbaycan ilə birlikdə təcavüzkarlara qarşı vuruşmaq üçün türk qoşunu Bakıya kimi də gələ bilər. Türkiyə Suriya və Liviyada bütün məsələlərin həlli zamanı Rusiya ilə Türkiyə maraqları toqquşsa da, Türkiyə öz maraqlarını müdafiə etdi və faktiki olaraq, Rusiya Suriya məsələsində uduzdu. Liviyada isə həm Rusiyanın, həm də Fransanın müdaxiləsini gördük, türk əsgərləri onları ərazidən çıxarda bildi.

İndi də Ərdoğan deyir ki, biz qardaş Azərbaycanın yanındayıq, 1918-ci ildə bizim əcdadlarımız nə ediblərsə, biz də onu təkrar etməyə hazırıq. Sonra Türkiyənin "F-16"larını Kürdəmirdə və s. gördük. Burada söhbət böyük geosiyasətdən gedir.

SSRİ dağılandan sonra hamı elə bildi ki, Amerika hegemondur, NATO yeganə qüvvədir və s. Sonra bəlli oldu ki, bu, hələ keçid dövrüdür, dünya düzəni yavaş-yavaş düzəlməyə başlayır. Hazırda hər bir böyük dövlət dünya düzənində öz mövqeyini deməklə gücünü göstərmək istəyir. Həmin ölkələrin sırasında Türkiyə ön sırada gedir.

ABŞ prezidenti Donald Trampın da güclü siyasətçilər kimi adını çəkdiyi 3 siyasətçidən biri Ərdoğandır. Təsəvvür edin, BMT-nin Təhlükəsizlik Şurasının üzvü və nüvə silahına sahib olan Çin və Rusiyanın sırasında Türkiyənin olması bizim xoşbəxtliyimizdir. Bizim Türkiyə ilə hərb sahəsində çox böyük əməkdaşlıq müqaviləmiz var. Lakin o müqavilə hələ hərbi blok olmasa da, hərbi bloka çox yaxın maddələr yer alır. Hansı tərəfə qarşı təhlükə olarsa, birlikdə məsləhətləşib qiymətləndirmə aparmaq və təhlükəni aradan qaldırmaq üçün bir-birlərinə dəstək ola bilərlər.

Tovuz hadisələrində də türk qoşunlarını Azərbaycanda gördük. Onlar göstərdilər ki, Azərbaycana qarşı təcavüz edilərsə, bizimlə vuruşmalı olacaqlar. Maraqlısı odur ki, Ərdoğanla Putinin telefon danışığından sonra Rusiya tərəfi bəyanat verdi ki, biz Türkiyə ilə birlikdə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı birgə səy göstərməyə hazırıq. Bu, Türkiyənin rolunun nəzərə alınması haqqında açıq etirafdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 785   Tarix: 10 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 583
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

17:29 189
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

14:22 522
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 475
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 344
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 213
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 187
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

17:43 333