Ermənistan Azərbaycanı İsraildən aldığı müasir silah sistemlərini Türkiyəyə verməkdə ittiham edir

Ermənistan Azərbaycanı İsraildən aldığı müasir silah sistemlərini Türkiyəyə verməkdə ittiham edirAzərbaycanın apardığı hərbi-texniki siyasəti gözü götürməyən Ermənistan ənənəvi olaraq, hərbi sahədə tərəfdaşlıq etdiyimiz ölkələrlə əməkdaşlığımıza zərbə vurmağa çalışır.

"Bir millət, iki dövlət" prinsipinə əsaslanan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını, habelə illər boyu Azərbaycanla İsrail arasında davam edən və getdikcə daha da genişlənən əməkdaşlığı özünə təhdid kimi qəbul edən Ermənistan ölkəmizin tərəfdaş imicinə ləkə vurmaqla bu əməkdaşlıqları zəiflətmək niyyətindədir.

"MediaPost" xəbər verir ki, Ermənistanın Azərbaycanla dövlət sərhədində iyul ayında törətdiyi təxribatlar nəticəsində özünün üz-üzə qaldığı problemlərin sayı getdikcə artmaqdadır. İqtisadi cəhətdən zəif, müstəqilliyi formal olan Ermənistan dövləti nəinki hərbi cəhətdən uduzub, həmçinin siyasi arenada daha böyük fiasko ilə üzləşib.

Silahlı toqquşmalardan dərhal sonra dünyanın bir sıra ölkələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik zəmində olunmuş hücumlar göstərdi ki, indiyədək özlərinin ən güclü saydıqları "erməni diasporu" silahının da "barıtı islanıb". Ermənilərin illər boyu etdikləri hərəkətlər artıq özlərinin əleyhinə çevrilib. Bunun da bariz nümunəsi kimi, bu ilin iyul ayında ABŞ Konqresinin Nümayəndələr Palatası "Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması" barədə 296 saylı düzəlişi qəbul edib. Bu düzəlişə əsasən, 1991-ci ildən bu yana işğal və itkilərlə bağlı ABŞ Konqresinə müvafiq qurumlar tərəfindən hesabat təqdim olunacaq. Bu, erməni işğalı və soyqırımı aktlarının ABŞ qanunverici orqanında rəsmiləşməsi deməkdir.

Bunu görən və öz zəifliyini etiraf etmək istəməyən hiyləgər erməni hökuməti ənənəvi olaraq, dedi-qodu, qarayaxma, alçaqlıq və xəyanət metodlarına əl atıb. Məqsəd güc cəhətdən əlçatmaz olan Azərbaycanın etdiyi əməkdaşlıqları, yaxın münasibətləri olduğu ölkələrlə tərəfdaşlıq əlaqələrini zəiflətməkdir. Təbii ki, bu mövzuda ağıllarına ilk gələn dövlətlər Azərbaycanın ən yaxın tərəfdaş olduğu Türkiyə və İsrail gəlib.

Hətta erməni isterikası o dərəcəyə çatıb ki, Azərbaycanın yüksək vəzifəli hərbçilərinin İsraildən alınan raket sistemlərini Türkiyəyə verdiklərini və bununla da, İsrailin dünya silah bazarında mövqelərinə zərbə dəyəcəyini iddia ediblər. Üstəlik də, bütün əməliyyatlardan Azərbaycan rəhbərliyinin xəbərsiz olduğu deyilir.

Yəqin erməni tərəfi yaddan çıxarıb ki, Azərbaycanın Türkiyə ilə tərəfdaşlıq etməsinin səbəbi nə silah-sursat, nə də ki iqtisadi maraqlar deyil: iki ölkənin bir-biri ilə əməkdaşlığı qardaşlığa, etibarlılığa, yüksək etimad və səmimiyyətə söykənir. Bu dostluq əlaqələrini pozmaq nəinki hiyləgər ermənilərin, hətta dünyanın istənilən başqa ölkəsinin bacaracağı iş deyil.

Təəssüf ki, ermənilər sadalanan əlaqələrin, hissiyyatların nə olduğunu bilmirlər. Bu millət tarixən sırf öz maraqları üçün həmişə satqın və alçaq siyasət aparıb ki, bu gün də atdıqları addımlar özlərinə uyğundur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1621   Tarix: 10 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 126
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 598
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 438
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 153
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 261
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 622
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 325