''Zorakılığa məruz qalan qadınlarımız''... — Zaur Baxşəliyev

''Zorakılığa məruz qalan qadınlarımız''... — Zaur BaxşəliyevAparıcı Zaur Baxşəliyev sosial media hesabında maraqlı paylaşım edib.

O, ''İnstagram'' hesabında paylaşım edərək qadınların zorakılığa məruz qalmasına, və qınaq obyektinə çevrilməsinə münasibət bildirib.
''Uzun illərdir sosial layihələrin aparıcısı və layihə rəhbəriyəm. Hər gün onlarla sosial problemlər dinləyirəm. Bunlar çoxdur. indi onlardan birini diqqətinizə çatdırmaq istəyirəm. Aliment və uşaq pulu ala bilməyən tək analar. Belə ailələr yüzlərlədir desəm, bəlkə də yanılmaram. Zorakılığa məruz qalan qadınlarımız məcburən dözürlər, çünki ictimai qınaqdan qorxurlar. Dözə bilməyib ayrılan ana bacılarımız isə illərlə aliment ala bilmirlər. Onlar haqlarını tələb edəndə, yenə qınaq, yenə tənə olunurlar. Bu halda bir, iki, üç hətta bəzən beş, altı uşaqla ayrılan anaların aqibəti necə olmalıdır? Lap ərinə iki üç dəfə xəbərdarlıq edildi, sonra həbsə girdi (hətta bunu göz önünə alan, ''əşşi cəhənnəm olsun bir-iki il iş verəcəklər yatıb çıxaram'' deyən ərlər də az deyil) sonra nə olur? Daha böyük aqressiya, şiddət və nəhayət faciə . Qarşı tərəfin isə yalnız bir arqumenti olur -''işim yoxdur, haradan verim?'' Əslində burada da həqiqət az deyil. Ona görə də bu cür ailələr üçün bir xüsusi proqramın hazırlanmasının vacibliyini düşünürəm. O ailələrdə böyüyən uşaqlar, heç yerdən ümid olmadığını, görəndə necə böyüyəcək?! Hələ körpə yaşlarından Atadan zərbə alan atasını, anadan sevgi görməyən anasını, əlaqədar qurumlardan, qanuni haqlarını almayan, dövlətini, vətənini, xalqını sevə biləcəkmi? Allah, vətən, valideyn, həyat yoldaşı, övlad borcunun nə olduğunu anlayacaqmı? Düşünək'' -deyə, o qeyd edib. (ölkə)

''Zorakılığa məruz qalan qadınlarımız''... — Zaur Baxşəliyev


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1668   Tarix: 08 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536