XİN başçısı:"Azərbaycan mövcud vəziyyətlə heç vaxt barışmayacaq"

XİN başçısı:"Azərbaycan mövcud vəziyyətlə heç vaxt barışmayacaq""Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələrinin aradan qaldırılması bizim üçün bir nömrəli prioritet istiqamətdir".

"Report" xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisində qanunsuz olaraq yerləşən xarici hərbi qüvvələr çıxarılmalıdır: "Azərbaycanın məcburi köçkünləri öz doğma yurdlarına qayıtmalıdır. Ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edilməlidir. Biz Azərbaycan tərəfi olaraq inanırıq ki, danışıqlar prosesi davam etməlidir. Bu məsələnin həll yolu danışıqlar prosesi ilə olmalıdır. Danışıqlar isə real və mahiyyəti üzrə aparılmalıdır. Danışıqlar imitasiya prosesi ola bilməz. Cənab Prezidentin qeyd etdiyi kimi, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gözləntilər çoxdur. Onlar öz mandatlarına uyğun olaraq real prosesi həyata keçirməlidirlər. Yalnız təmas xəttində və ya iki dövlət arasında olan sərhəddə atəşkəs rejiminin monitorinqi ilə məhdudlaşa bilməz. Hesab edirik ki, danışıqlar prosesinin irəli aparılması üçün kifayət qədər uzun illər ərzində formalaşmış ciddi baza var".

"Ermənistan tərəfi başa düşməlidir ki, bu hərbi təcavüzə gec-tez son qoyulacaq. Ermənistan tərəfi düşünülməmiş siyasəti nəticəsində uzun illərdir bölgədə bütün inkişaf layihələrindən kənarda qalıb. Regionda zəmanətli uzunmüddətli tərəqqi və inkiişaf naminə Azərbaycan torpaqları azad edilməlidir. Azərbaycan mövcud vəziyyətlə heç vaxt barışmayacaq. Ermənistan tərəfi başa düşməlidir ki, danışıqları süni şəkildə uzatmaqla heç bir üstünlük əldə edə bilməyəcəklər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 588   Tarix: 08 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə

27.04.2024 348
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 798
.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1069
.

Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

"Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər". Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb. O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar

24.02.2024 917
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 512
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 542
.

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır. Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır

20.01.2024 1223
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 1028
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 865