Daxili gərginlik yaratmaq istəyən qüvvələr etnik qarşıdurmalar üçün nəbz yoxlayırlar - Həzi Aslanovun yeri başqa

Daxili gərginlik yaratmaq istəyən qüvvələr etnik qarşıdurmalar üçün nəbz yoxlayırlar - Həzi Aslanovun yeri başqa"General Polad Həşimovun adının Qəbələ küçələrindən birinə verilməsi ətrafında yaradılan virtual gərginliyi qətiyyən təsadüf saymaq olmaz. Ölkədə baş verən bir çox məsələ kimi... Çox açıq şəkildə görünür ki, Azərbaycanın içərisində daxili gərginlik yaratmaq istəyən qüvvələr etnik qarşıdurmalar üçün nəbz yoxlayırlar.

Təxminən 5 gün öncə ölkənin şimalında belə bir provokasiya yaşandı. Qusarda ləzgi aydınlardan birinin sosial şəbəkə üzərindən Ermənistanın Azərbaycana təcavüzü kontekstində topluma birlik, bərabərlik çağırışına sərhədin o tayından sözün əsl mənasında, hücuma keçildi. Ardınca bu tay da "qızışdı"..."

"MediaPost" xəbər verir ki, bunu jurnalist Aygün Muradxanlı deyib.

Onun fikrincə, general Polad Həşimovun adına küçə verilməsi ətrafında süni gərginlik yaradılması bir daha sübut etdi ki, proses eyni mərkəzdən idarə olunur. Şimalda ləzgiləri, cənubda talışları VƏTƏNlərinin üzərinə qaldırmaq istəyirlər:

"Bunun başqa adı yoxdur. Ona görə də təxribatçılara hekayə anlatmaq yox, onlarla hüquq dilində danışmağa ehtiyac var. Özü də təcili şəkildə.

Milli məsələ üzərindən spekulyasiya edənlər açıq şəkildə yazırdılar ki, Azərbaycanda yaşayan ləzgilər "bu məsələyə" qarışmamalıdırlar. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana gəlişini qabardan provokatorlar bildirirdilər ki, Azərbaycan özü dostları ilə bir yerdə təcavüz məsələsini həll eləsin, ləzgilərdən istifadə etməsin. Sanki Azərbaycanda etnik zəmində qarşıdurma var, hansısa azsaylı xalqlar sıxışdırılır, sanki 100 ildir ermənilər bu torpaqda qarşılarına çıxan hər müsəlmanı hədəf almayıblar. Azərbaycanda hər kəsin sabitlikdə, əmin-amanlıqda yaşaması, torpaqlarımızın bütünlüyü uğrunda şəhidlik zirvəsinə, qazilik mərtəbəsinə yüksələn qəhrəmanların haqqı gözünüzdən gəlsin!

1918-ci ildə ermənilər Qubada türk, ləzgi, avar demədən müsəlman əhaliyə divan tutublar. Kütləvi məzarlıqlar erməni vəhşiliyinin, türk-müsəlman qanına susayan cəlladların əməllərinin sübutu kimi qalmaqdadır. Klaviatura arxasına keçib Azərbaycanda etnik zəmində qarşıdurma yaratmaq istəyənləri tapıb o məzarlığa aparmağı, qanlı tariximizin hekayələrini anlatmağı təklif edərdim, əgər baş verənlərin kimlərinsə şəxsi təşəbbüsləri olduğunu düşünsəydim...

Elə həssas zamandan keçirik ki, hökumət gözünü dörd açmalıdır. Dünən bütün gün sosial şəbəkələri "qoymayın, Həzi Aslanovun adını küçədən götürürlər" fəryadı bürümüşdü. Yəni Qəbələ Rayon İcra Hakimiyyətində bir nəfər də düşünmədi ki, 3 yox, 2 yox, cəmi 1 cümləlik açıqlama ilə bu saxta və ölkədə qarşıdurmaya yönəlik şayiəni darmadağın etmək olardı? Bunun üçün Bakıdan zəng gözləməyə nə ehtiyac var?

Ölkədə gündəmə oturan məsələ ilə bağlı rəsmi mövqe niyə 1 gün yubanır? Heç o xəbəri təkzib etməyə gərək yox idi. Telekanalların regional müxbirləri yalnız icra başçılarının mənasız tədbirlərindən heç kimin baxmadığı süjetlər çəkmək üçün deyil ki... 1 dəqiqə yarımlıq reportaj hazırladıb, Qutqaşınlı küçəsinin bundan sonra general Həşimov küçəsi adlandırılacağını xalqa çatdırmaq, reportaj hazırlamaq üçün mütləq Oxford-u bitirmək gərəkdir?"

A. Muradxanlı bildirib ki, təşəbbüskarlıq sıfır səviyyəsindədir. Hakimiyyətin nəzarətində olan, bütün imtiyazlardan istifadə edən media orqanlarının rəhbərləri də özlərinə əziyyət vermirlər:

"Efirlərə çıxıb "dövlətin informasiya siyasəti bizim üzərimizdən yürüdülür" pozasını verib qaşları yuxarı dartmaqla olmur bu işlər... Könüllərinə Qəbələdə torpaq sahibi olmaq düşsəydi, icra hakimiyyəti başçısına gündə 5 dəfə zəng vurmağa ərinməzdilər, amma... Çevik düşüncə, zamanında qəbul edilən qərarlar olmadıqca, biz ixrac edilən provokasiyaların əlində əsir-yesir qalacağıq. Bir silkələnin".

"Düşmən dirçəldiyimizi görüb təşvişə düşüb, yenidən separatçılığı körükləyir"

"Bu gün bizə ruhumuzu diri tutmaq, yenilmişlik yükünü çiynimizdən atmaq üçün qəhrəmanlıq salnamələri gərəkdir. Düşmən dirçəldiyimizi görüb təşvişə düşüb, yenidən separatçılığı körükləyir. Unutmamalıyıq ki, 2016-cı ildə Azərbaycan uğrunda vuruşub Azərbaycan Milli Qəhrəmanı adı alan şəhid Çingiz Qurbanov da, faşizmə qarşı vuruşub 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adı alan Həzi Aslanov da, Albert Aqarunov da, İsgəndər Aznaur da, qəhrəmanlığı dillərə dastan Raquf Orucov, Polad Həşimov da, İlqar Mirzəyev də, adını bildiyimiz, bilmədiyimiz minlərlə cəsur insan, bu gün səngərdə göz qırpmadan Vətəni düşməndən qoruyan sıravi əsgərlər… Hamısı bizim, hamımızın – Azərbaycanın qəhrəmanlarıdırlar. Onların adından istifadə edilərək təxribatlar qurulmasına cavab haqqı hamımızındır. Seyrçi qalmayın" - deyə, jurnalist çağırış edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 853   Tarix: 07 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 164
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 283
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 148
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 221
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 511
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

25.04.2024 860
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 694
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 294