İlham Əliyev: "Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir"
Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə çıxış edib.
Prezident İlham Əliyevin çıxışından bəzi məqamları diqqətinizə təqdim edirik:
"Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq".
"Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik".
"Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir".
"Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını beş dəfə artırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq".
"Bu günə qədər modul tipli doqquz xəstəxana istismara verilmişdir. Onlardan dördü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 786 Tarix: 06 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq
Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər
12:51 126 Dünya liderlərindən aldığı hədiyyələri satır
İtaliyanın Baş naziri Corciya Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarır. "Qafqazinfo" xəbər verir ki, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin ona verdiyi keramika qabdan tutmuş Albaniya Baş naziri Edi Ramanın ona hədiyyə etdiyi ad günü şərfinə qədər təxminə
17.12.2025 327 Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto
Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl
13:02 188 Rotşildlər arasında qalmaqal: əvəzsiz incəsənət kolleksiyası bölüşdürülmür
Rotşild ailəsinin varisləri Cenevrə yaxınlığında yerləşən Preqni sarayındakı incəsənət kolleksiyası uğrunda ciddi münaqişəyə başlayıblar. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb. Münaqişə 93 yaşlı baronessa Nadin de Rotşild ilə onun yeganə oğlunun dul arvadı
11:41 145 Qida təhlükəsizliyi pozuntularına görə cərimələr
"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini
14:34 88 Malayziyada təhlükəli timsahlar: əhali üçün risk artır
Malayziyanın Saravak əyalətinin hökuməti timsah populyasiyasının azaldılması məqsədilə xüsusi proqram hazırlamağa başlayıb. Buna səbəb son aylarda sürünənlərin insanlara qarşı hücumlarının artmasıdır. Belə ki, təkcə 2025-ci ilin sentyabr-oktyabr aylarında timsah hücumları nəticəsində dörd nəfər həyatın
10:27 148 Dördüncü uşağa görə ipoteka krediti silinə bilər - Bu ölkədə
Rusiyada ailədə dördüncü uşağın doğulması ilə ipoteka krediti tamamilə silinə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Nina Ostanina " "ya bildirib. "Hər növbəti uşağın doğulması ilə ipoteka kreditinin bir hissəsinin, dördüncü uşağın doğulması il
17.12.2025 289 Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi
Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib
13:58 112 Tramp xalqa müraciət etdi - Video
ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yekunları ilə bağlı xalqa müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müraciət Ağ Ev tərəfindən yayımlanıb. "11 ay əvvəl xaosu miras aldım və indi bu vəziyyəti düzəltmək üzərində çalışıram", - Tramp çıxışının əvvəlində bildirib. O, demokratlar
10:23 132