Fazil Mustafa: "Bunu demək üçün düşmən olmalısan" - VİDEO

Fazil Mustafa: "Bunu demək üçün düşmən olmalısan" - VİDEO"Dövlət döyüşən yerdə hamı ona, orduya dəstək çıxmalıdır".

"MediaPost" xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa "Space" kanalında yayımlanan "Sadə həqiqətlər" verilişində qonaq olarkən deyib.

O bildirib ki, erməni hücum edən kimi informasiya məkanında da hücum başlayır:

"Sanki proses bir mərkəzdən idarə olunur. Erməni hücum edib, hər kəs dövlətlə bir yerdə istər xaricdə, istərsə, sosial şəbəkələrdə hücumun qarşısında durmalıdır. Amma hamı körpüdə deşik axtarmağa başlayır. Ordumuzda bu var, filan şeyi səhv etdik, başqa biri deyir ki, hücumu Xankəndinə, Şuşaya keçirmək lazımdır. Hər kəs öz mülahizəsini ortaya atır. Halbuki belə situasiyada hər kəs orduya necə dəstək olacağı ilə bağlı düşünməlidir. Burada da çox zaman üst-üstə düşən tezislər ondan ibarətdir ki, xaricdə də bir çox hallarda bu qüvvələrin arxasında həmən ölkələrə təsir imkanları geniş olan erməni şəbəkəsi müəyyən dərəcədə ilham verir. Xaricdə oturmusan və hərbçisən, tövsiyələrini yaz. De ki, filan istiqamətdə, filan addımlar atılsa, daha yaxşı olar. Qoy səni eşitməsinlər, amma sən cəmiyyət qarşısında de ki, mən gücüm çatanı etdim".

Deputat sabiq Müdafiə naziri Rəhim Qazıyevin insanları küçələrə səsləməsi ilə bağlı məsələyə münasibət bildirib:

"Keçmiş Müdafiə naziri media vasitəsilə çıxıb insanları küçələrə səsləyir. Sən elə bacarıqlıydınsa, torpaqların itirilməsinə imkan verməzdin. Rəhim Qazıyev sosial şəbəkədə insanları küçələrə səsləyərək, müəyyən mənada da tezis verir ki, o torpaqları hakimiyyət verib. Bunu hansı düşmən olmayan adam deyə bilər? Bunu demək üçün düşmən olmalısan. Ümumiyyətlə, belə bir fikri cəmiyyətə söyləməkdən böyük cinayət yoxdur. Bunların hamısı cəbhədə olmuş adamlardır. Heç cəbhədə dediklərini tətbiq etməyiblər. İndi bu adamlar 20-25 ildən sonra deyir ki, Xankəndini belə vursan, Şuşanı elə vursan yaxşıdır. Sən əgər bu fikirlərində səmimisənsə, Müdafiə Nazirliyinə təkliflərini göndər. Azərbaycan dövləti güclüdür və belə şeylərlə ona zərbə vurmaq mümkün deyil. Uzaqbaşı ermənilərə epizodik sevinc yaşadacaqsınız. Bu günlərdə bir şeyi unutmamalıyıq ki, döyüş xəttində könüllü birliklər döyüşmür. Orada dövlət döyüşür, erməninin qarşısında dövlətin şəxsiyyəti durub. Dövlət döyüşən yerdə hamı ona, orduya dəstək çıxmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1643   Tarix: 02 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq. Mənbə yazır ki, Misir paytaxtında baş tutan görüşlərdə ABŞ-dən olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, Qəzzada saxlanıla

05.05.2024 169
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 1052
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

05.05.2024 192
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

05.05.2024 158
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

05.05.2024 153
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

05.05.2024 167
.

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb. xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. "Hərbçi mina partlaması nəticəsində xəsarət alıb", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Məlumatd

11:07 51
.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

05.05.2024 205
.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

05.05.2024 161