Sevgilinizlə aranızda güclü və dərin bağlılıq olduğunu göstərən 9 ƏLAMƏT

Sevgilinizlə aranızda güclü və dərin bağlılıq olduğunu göstərən 9 ƏLAMƏTAranızda böyük məsafələr olsa belə sevdiyiniz insanın necə olduğunu duya bilirsiniz. Bir baxışdan xoşbəxt olub-olmadığını başa düşürsünüz... Əgər partnyorunuzla aranızda güclü mənəvi bağlılıq varsa, o zaman sizi təbrik edirik, layiqli insanı tapmısınız. Ətrafınızdakıların əksəriyyətindən daha yaxşı həyat yaşayırsınız.

Bütün cütlüklərin arasında dərin mənəvi əlaqə olduğunu demək olmaz. Bu əvəzolunmaz bir hədiyyədir... Təəssüf ki, belə bir sevgiyə qovuşmaq milyonlarla insan üçün arzu olaraq qalır.

1. Aranızda sirr yoxdur

Güclü mənəvi bağlılıq bütün yalanları və saxtakarlığı səndən uzaqlaşdırır. Münasibətinizdə onlara ehtiyac duyulmur, hətta "şirin" yalan olsa da.

Bir-birinizə yalan danışmırsınız. Biriniz səhv etdikdə münasibətlərinizə təsir edə biləcəyindən qorxmadan bu barədə bir-birinizə danışırsınız. Əminsiniz ki, partnyorunuz sizi başa düşəcək və qarşılıqlı razılıq əldə olunacaq.

2. Rahatlıq zonası

Partnyorunuzun yanında inanılmaz dərəcədə rahatsınız. Rahatlıq zonası birlikdə olduğunuz yerdir. Ruhi bağlılığınız inanılmaz əmin-amanlıq və səadət gətirir. Sevdiyiniz yanınızda olanda bütün məsələlər, problemlər öz əhəmiyyətini itirir və ya gözünüzdə əvvəlki qədər böyük görünmür. Anlayırsınız ki, bütün bunları dərd etməyə dəyməz.

3. Eyni mənəvi dəyər, prinsip və hədəfləriniz var

İki insan arasında güclü mənəvi bağlılıq varsa, prinsip və hədəflərinin oxşar olması təsadüfi deyil. Eyni şey ailə dəyərlərinə də aiddir. Güclü mənəvi bağlılıq gələcək həyata baxışların oxşarlığı deməkdir. Bu, birlikdə yaşamaqdan zövq almağa imkan verir.

4. Yaxınlığınız yalnız fiziki təmasla məhdudlaşmır

Sizin üçün yaxınlıq yalnız cinsi əlaqədən ibarət deyil. Şüuraltı səviyyədə bir-birinizin qəlbinə bir çox başqa cəhətdən toxuna biləcəyinizi bilirsiniz, çünki bir-birinizlə ayrılmaz şəkildə bağlısınız.

Ruhən bir-birinizlə müxtəlif yollarla əlaqə qurursunuz, hətta sadə söhbət də sizin üçün inanılmaz romantik görünür.

5. Bir-birinizi intellektual baxımdan da cəlb edirsiniz

Tamamilə fərqli insanların birgə xoşbəxt ömür sürmə ehtimalı çox aşağıdır. Cütlükləri bir-birinə bağlayan ortaq yer olmalıdır. Qəlblərin bir-birinə ruhən bağlanmasından savayı, intellektual cazibə də olmalıdır ki, saatlarla istənilən mövzuda danışa biləsiniz. Problemlərinizi rahatlıqla bölüşürsünüz, inanırsınız ki, ən yaxşı həll yolunu birlikdə tapa bilərsiniz.

6. Sinxronizasiya hiss edirsiniz

Ruhən bir-birinizə bağlısınızsa, həyatınızdakı bir çox hadisələrin sinxron baş verdiyini hiss edirsiniz. Bu, hər ikinizin doğru yolda olduğunu göstərir. Kainat isə öz mesajlarını göndərməklə bu yolda sizi dəstəklədiyini bildirməyə çalışır.

7. Bir-birinizə şəfa ötürürsünüz

Aralarında güclü mənəvi bağlılıq olan cütlüklər bir-birinin yaralarını sağalda bilir. Partnyorunuzun sadəcə varlığı sizə müsbət təsir göstərir. Güclü mənəvi bağlılıq qurmaq ruhunuzdakı bütün yaraları sağalda, hətta yenilərinin ortaya çıxmasının qarşısını ala bilər.

8. Bir-birinizi hətta uzaqdan hiss edirsiniz

Aranızda böyük məsafə olsa belə, partnyorunuzun necə olduğunu hiss edə bilirsiniz. Bu, sehr deyil, qadın və kişi arasında möhkəm enerji kanallarının olmasına dair bir işarədir. Bir baxışdan xoşbəxt olub-olmadığını başa düşə bilərsiniz.

Narahatlıqlarını bilmək üçün onunla danışmağa belə ehtiyac yoxdur, çünki qəlbiniz sizə müəyyən işarələr göndərir.

9. Yumor hissi

Əbəs yerə demirlər ki, gülüş ən yaxşı dərmandır. Yumor hissiniz eynidirsə, o zaman eyni şeylərə birlikdə və daha çox gülmək şansınız var. Gülmək ovqatı yüksəldir, sizi gözəl işlər görməyə ruhlandırır, ən əsası cavan və şux saxlayır.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3946   Tarix: 02 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018