TƏBİB-dən açıqlama: "Yumşalma olacaq"

TƏBİB-dən açıqlama: "Yumşalma olacaq""Artıq bir aydan çoxdur ki, karantin rejimi yoluxma sayının artması səbəbindən yenidən sərtləşdirilib. Özünüz də müşahidə etdiniz ki, bu karantin rejiminin sərləşdirilməsi ilk 15-20 gündə yoluxma sayına əhəmiyyətli təsir göstərmədi və bu, onu göstərirdi ki, infeksiya ocaqları çoxdur.

Ona görə də karantin rejimi bir qədər vəziyyəti sabitləşdirdi, yoluxanların sayı sabitləşdi. Amma sonradan gördünüz ki, son 10-15 gündə artıq yoluxanların sayında azalma müşahidə olunur, hətta bəzən kəskin azalma müşahidə olunur və sanki yoluxmaların sayı azalma istiqamətində gedir. Bu, gözlənilən hal idi. Görülmüş tədbirlərin nəticəsidir".

AZXEBER.COM-un xəbərinə görə, bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov "Real intervyu"da qonaq olarkən deyib.

Onun sözlərinə görə, yoluxmanın azalması pandemiyanın geri çəkilməsi deyil:

"Epidemik prosesin belə bir qanunauyğunluğu var. Epidemiya başlayanda yoluxanların sayı sürətlə artır və o, özünün ən yüksək nöqtəsinə çatır. Ona pik vəziyyəti deyirlər. O, pik vəziyyətində müyyən qədər qala bilər. Bu halda yoluxanların sayı sağalanların sayından həmişə çox olacaq. Pik vəziyyətini aşdıqdan sonra artıq epidemik prosesin sönməsinə doğru gedəcək.

Yəni yoluxanların sayı azalır, keçmişdə yoluxan insanlar isə müalicə olunub sağaldığı üçün sağalanların sayı çoxalır. Əksinə proses baş verir. Yoluxanların sayı azalır, sağalanların sayı çoxalır. Beləliklə, biz də Azərbaycandakı indiki durumu epidemik prosesin sönməsi kimi qiymətləndiririk. Yəni pik vəziyyətindən artıq çıxıb, azalmağa doğru gedir. Sözsüz ki, müəyyən müddət sonra – bu, Operativ Qərargahın qərarından asılı olacaq – növbəti yumşalma olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6936   Tarix: 02 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874