Koronavirus həyatımızda nələri dəyişəcək?

Koronavirus həyatımızda nələri dəyişəcək?Pandemiya və xüsusi karantin dövrü iş, təhsil, səyahət və s. vərdişlərimizi dəyişərək həyatımıza yeni forma və məzmun gətirdi. Bu prosesin meydana çıxardığı mövcud vəziyyət həyatın bütün sahələrində yenilikləri zərur edir.

Risk fenomeninin davamlılığı

Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı Trend-ə deyib ki, yoluxma ehtimalı davam etdikcə insanlar arasında fərdi və sosial risk faktorunun daha çox özünü büruzə verəcəyini proqnozlaşdırmaq olar. Belə ki, insanlar xəstə olmasalar belə, özlərini əvvəlki dövrlərə görə daha çox risk altında olmuş kimi hiss edəcəklər və sosial münasibətlər sistemini də buna uyğun olaraq tənzimləyəcəklər. Bu hiss cəmiyyətdə, insanlar arasında bir-birinə etimadsızlığın artmasına səbəb ola bilər. Digər tərəfdən, cəmiyyətin ümumi sosiallaşma formalarından fərqlənən yeni sosial həmrəylik formalarının ortaya çıxmasının mümkünlüyünü də proqnozlaşdırmaq olar.

Ara məsafə mədəniyyətinə uyğunlaşmaq

Sosioloq bildirib ki, ara məsafə və gigiyena qaydalarına əməl etməyin təsiri bu dövrdən sonra da hiss olunmaqda davam edəcək:

"Əlbəttə, bizim kimi daha yaxın sosial ünsiyyət vərdişlərinə sahib olan cəmiyyətlər üçün bu vəziyyətin davamlılığına alışmaq bir o qədər də asan olmayacaq. Ancaq müəyyən bir müddətdən sonra həm fərdi, həm də ətrafımızdakı insanların sağlamlığının qorunması üçün bir-birimiz arasında məsafənin saxlanılması mədəniyyəti həyatımızın normasına çevriləcək. Bununla əlaqədar olaraq, böyük şəhərlərdə insanların asudə vaxtlarını keçirmələri üçün yaxın təmas və infeksiyaya yoluxma ehtimalının az olduğu park kimi açıq hava məkanlarının sayının çoxalacağını təxmin edə bilərik. Bundan başqa, "ağıllı şəhər" layihəsi çərçivəsində insanlarda yoluxma ehtimalını azaldan texnoloji yeniliklərin tətbiqinin şahidi olacağıq".

Yeni istehlak vərdişləri

Mütəxəssisin sözlərinə görə, pandemiya dövründə insanların düşüncə və davranışlarındakı dəyişiklik onların istehlak vərdişlərinə də təsir etdiyi müşahidə olundu. Müxtəlif ölkələrdə aparılan araşdırmalar fərdlərin gündəlik yaşayış vərdişlərini karantin şəraitinin yaratdığı məhdudiyyətlərə və yeni şəraitə görə dəyişdiklərindən, insanların karantin dövründə yeni qərarlar verməyə başladığından xəbər verir: "Bu qərarlar arasında xüsusilə Qərb ölkələrində insanların istehlak vərdişlərini yenidən nəzərdən keçirdikləri, bahalı istehlak mallarından imtina etdiklərinə dair faktlar mövcuddur. Lakin buradan yola çıxaraq insanların bundan sonrakı dövrdə lüzumsuz istehlak vərdişlərindən tamamilə imtina edərək daha minimalist (sadə) həyat tərzinə üstünlük verəcəyini iddia etmək də çox optimist bir yanaşma olardı. Sosial-iqtisadi sistemdə yaşayırıq və bunun qısa zamanda dəyişməsi mümkün deyil. Lakin yenə də əvvəlki dövrə görə fərdlər daha sadə və təmkinli istehlak davranışı nümayiş etdirəcəklər".

Rəqəmsal texnologiya və virtuallaşma daha da güclənəcək

Professor əlavə edib ki, pandemiyadan sonra rəqəmsal texnologiya və virtuallaşma daha da artacaq. İş və təhsil həyatının, alış-verişin, mədəniyyət və incəsənət fəaliyyətlərinin sürətlə virtuallaşdığı bu dövrdən sonra yeni iş formaları ilə fəaliyyət göstərmə zərurət halını alacaq.

Bu mənada rəqəmsal texnologiyaların daha geniş yayılacağını qeyd edən Ə.Süleymanlı qeyd edib ki, rəqəmsallaşma pandemiya elan olunmadan əvvəl də həyatımızda əhəmiyyətli yer tuturdu. Bununla yanaşı, pandemiya dövründə virtual iş formalarının və evdən elektron ticarətin təşkilinin əhəmiyyətinin dərk olunması bu prosesi daha da sürətləndirdi: "Pandemiya zamanı vərdiş halına gələn virtual iş və istehlak davranışları, pandemiyadan sonra bir çox iş sahəsində və təhsildə əhəmiyyətli dərəcədə genişlənməkdə davam edəcək. Qətiyyətlə deyə bilərik ki, postkoronavirus dövründə infrastrukturasını rəqəmsal dəyişikliyə daha tez uyğunlaşdıran ölkələr bu prosesdən daha qalib formada çıxacaqlar.

Bu mənada, məcburi karantin dövrü bizə elə təcrübələr qazandırdı ki, daha əvvəl, hətta təxmin etmədiyimiz şeylərin həyata keçməsinin əslində çox sadə olduğunu gördük. Misal üçün, böyük şəhərlərdə tıxacda və yaxud hava limanının gözləmə salonunda keçirdiyimiz vaxtın onlayn telekonfrans vasitəsilə necə səmərəli istifadə edə biləcəyimizi təcrübədən keçirdik. Bu təcrübələr artıq qalıcı olacaq. Lakin sosial bir varlıq olan insanın canlı ünsiyyət kimi tələbatını ödəmək üçün iş yerinə gedib-gəlmək, dostları ilə görüşmək, müəllimləri və tələbə yoldaşları ilə bir araya gəlmək, mağazalarda alış-veriş etmək kimi ehtiyacı da var. Bu mənada, bir balans təsis olunacaq və üz-üzə canlı ünsiyyəti də ehtiva edən hibrid iş və təhsil sistemi tətbiq olunacaq.

Dünyanın qloballaşma tempi və sürəti pandemiyadan sonra ləngiyəcək?

Ə.Süleymanlı bildirib ki, yeni növ koronavirusun sürətlə pandemiyaya keçməsinin əsas səbəblərindən biri kimi insanların çox sıx və intensiv səyahət etmələri göstərilir. Onun sözlərinə görə, hər il dünyada təxminən 4,3 milyard insan təyyarə ilə səyahətə çıxır, 1,3 milyard insan isə müxtəlif vasitələrlə turistik səyahət edir. Mütəxəssislər tərəfindən ekoloji təhlükəsizlik baxımından texnoloji yeniliklərlə sürəti bir qədər də artmış qloballaşan dünyanın tempinin yavaşıdılması haqqında davamlı xəbərdarlıq edilirdi: "Pandemiya dövründə məcburi izolyasiyaya görə şəhərlər və ölkələr arasında səyahətlərin edilməsi bir anda kəsildi və ən yaxşı halda məhdudlaşdırıldı. Bu hal qlobal istiləşmənin və ekologiyanın çirklənməsinin qarşısının alınmasına müsbət təsir göstərdi. Risk faktorunun davam etdiyi müddətdə, bundan sonrakı dövrdə də insanların səyahətlərə, xüsusilə ölkələrarası səyahhətlərə mümkün olduğu qədər daha az çıxacaqlarını ehtimal edilir. Bu mənada dünyanın qloballaşma tempinin yavaşlayacağını təxmin edə bilərik".

Ekoloji mövzular prioritet olacaq

Ə.Süleymanlı deyib ki, ekologiya və ətraf mühitin çirklənməsi ilə bağlı problemlər daha çox gündəmimizdə yer alacaq. Xüsusilə, ekoloji yenilikləri özündə cəmləşdirəcək sahələr bu dövrdən sonra əhəmiyyətini artıracaq. Bərpa olunan enerji mənbələrinə daha çox üstünlük veriləcək.

Şəhərlərdən kəndlərə miqrasiyanın sürətlənməsi

Sosioloqun fikrincə, ara məsafəyə riayət olunmanın çətin olduğu böyük meqapolislərdən kənd və qəsəbələrə miqrasiya prosesi vüsət alacaq. Kənd tipli yaşayış məntəqələrində isə texnologiya infrastrukturu böyük şəhərlərlə eyni səviyyəyə çatdırılacaq. Fərdlər, şirkətlər və dövlətlər bu yeniliklərə nə qədər tez uyğunlaşsa və inkişaf strategiyalarını yeni dövrün tələblərinə uyğun tərzdə qursalar, bu prosesdən daha qalib formada çıxacaqlar.

Səhiyyə sahəsinə investisiya qoyuluşu artacaq

Ə.Süleymanlı qeyd edib ki, pandemiya dövründə insan sağlamlığının və dövlətlərin səhiyyə infrastrukturunun nə dərəcədə əhəmiyyəti olduğu çox açıq formada özünü büruzə verdi. Bundan sonrakı dövrdə artıq dövlətlərin təhlükəsizliyi və inkişaf səviyyəsi iqtisadi sfera və hərbi sahəylə yanaşı, səhiyyə sisteminin dayanıqlılığı ilə də ölçüləcək. Bu mənada, xüsusilə səhiyyə sektorunda investisiya qoyuluşunun artması ilə yanaşı, antivirus avadanlığı və uzaqdan idarəetmə sistemləri kimi süni intellekt yönümlü iş sahələrinə tələbatın artacağını da proqnozlaşdırmaq olar.(ölkə)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1500   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001