"O filmdən sonra çimərliyə getmədim" - Ruhəngiz Musəvi

"O filmdən sonra çimərliyə getmədim" - Ruhəngiz Musəvi
Əməkdar artist Ruhəngiz Musəvi rol aldığı "Baladadaşın ilk məhəbbəti" filmi ilə bağlı maraqlı etiraflar edib.
"Gündən-günə" proqramında qonaq olan müğənni çimərlik geyimində çəkildiyi sözügedən ekran işindən sonra dənizə getmədiyini söyləyib:

"İllərdir dənizə getmirəm. O vaxtlar Sumqayıtda yaşayırdıq, dəniz yaxın idi, uşaqlarla tez-tez gedirdik. Mənə hərdən deyirlər ki, filmə çimərlik geyimində çəkilən ilk xanımsınız. Heç vaxt onu fikirləşməmişəm. çünki dənizə gedən biri üçün mənə adi gəlirdi. O, filmi hamı sevir. Heç kim qınamadı məni. Amma həmin filmdən sonra çimərliyə getməmişəm".(axşam)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2995 Tarix: 02.08.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol