Ölkələrə giriş qadağaları: koronavirusa görə tətbiq olunan məhdudiyyətlər

Ölkələrə giriş qadağaları: koronavirusa görə tətbiq olunan məhdudiyyətlərDünyada koronavirus pandemiyası yayılandan sonra bir çox ölkələr vətənə qayıdan vətəndaşları ilə bağlı müxtəlif məhdudiyyətlər tətbiq etməyə başlayıblar.

"Report" bununla bağlı araşdırma aparıb.

BƏƏ

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində ölkəyə qayıdan vətəndaşlar və yaşamaq icazəsi olanlar üçün avqustun 1-dən etibarən yeni qaydalar tətbiq ediləcək. Bunun üçün sözügedən şəxslər onlayn formatda İqamət və xarici işlər üzrə baş idarədən qayıtmaq üçün icazə almalıdırlar. İcazə alma müxtəlif səbəblərə görə uğursuz olduğu halda bunun üçün yalnız 4 gün sonra yenidən müraciət etmək olar.

Bildirilir ki, Dubaya qayıdan sakinlər 96 saat öncədən COVID-19 testindən keçməli və nəticəsi neqativ olmalıdır. Yaşı 12-dək olan uşaqlar, həmçinin orta və ağır dərəcəli fiziki məhdudiyyəti olanlar bu testdən azad edilirlər. Bundan başqa,

Dubaya qayıdan şəxslər müəyyən səbəblərə görə Dubaydakı hava limanında COVID-19 testindən keçməyə məcbur qala bilərlər. Belə olduğu halda testin nəticəsi neqativ çıxanadək sakinlər yaşayış yerini tərk etməməlidirlər.

Rusiya

Ölkəsinə qayıtmaq istəyən Rusiya vətəndaşları Dövlət Xidmətləri ("Qosuslugi") portalında anket doldurmalı, daha sonra isə COVID-19 testindən keçməlidir. Koronavirus testindən ya xarici ölkədə 3 gün öncədən, ya da Rusiyaya gəldikdən sonra 3 gün ərzində keçmək olar.

COVID-19 testinin nəticəsi neqativ çıxan şəxslər 14 günlük karantin rejimindən azad edilirlər.

Gürcüstan

Gürcüstan bir sıra Avropa İttifaqı ölkələri üçün ölkəyə gəliş qaydalarını yumşaldıb. Belə ki, Almaniya, Fransa, Estoniya, Latviya və Litvadan gələn vətəndaşlar sadəcə Gürcüstandakı hava limanında dövlət hesabına COVID-19 testindən keçirlər. Hərarəti olan vətəndaşlar isə dərhal tibbi mərkəzə çatdırılırlar.

İtaliya, Kipr, Yunanıstan, İspaniya, İsveç, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Xorvatiyadan gələnlər isə 14 gün karantində qalmaq şərtilə Gürcüstana rahat gələ bilərlər. Qeyd edək ki, adı çəkilən bu ölkələrlə Gürcüstan arasında artıq hava əlaqəsi bərpa olunub. Digər ölkələrdən təxliyə olunanlar üçün isə 14 günlük karantin rejimi məcburidir. Misal üçün, Polşada qalan birisi Almaniya üzərindən Gürcüstana gəlsə belə o 14 günlük karantində qalmalıdır.

Bundan başqa, Gürcüstan yalnız öz ölkəsində keçirilən COVID-19 testinin nəticəsini qəbul edir. Yəni Gürcüstana qayıtmadan öncə xarici ölkədə koronavirus testindən keçmək məcburi deyil.

Türkiyə

Türkiyəyə qayıdan vətəndaşlar məlumat anketini doldurmalıdırlar. Türkiyədə onlar yerindəcə COVID-19 testindən keçirlər, nəticəsi pozitiv çıxan və ya xəstəliyin hər hansısa əlaməti olanlar xəstəxanaya yönləndirilirlər.

Onlar sığortasının olub-olmamasından asılı olmayaraq ödənişsiz müalicə alırlar.

Ukrayna

Ukrayna Səhiyyə Nazirliyi dünya ölkələrini iki zonaya bölüb: qırmıızı və yaşıl. Hər 100 min əhaliyə düşən aktiv koronavirus xəstələrinin sayı 55-dən çox olan ölkələr qırmızı zonaya aid edilir.

Əksinə, hər 100 min əhaliyə düşən virus daşıyıcılarının sayı 55-dən azdırsa, o ölkə yaşıl zona sayılır. Koronavirusun statistikasını aparmayan ölkələr isə avtomatik olaraq qırmızı zonaya daxil edilir.

Yaşıl zonadan gələn vətəndaşlar üçün heç bir məhdudiyyət qoyulmur. Həmin ölkələrdən gələnlər azad şəkildə hərəkət edə bilərlər. Qırmızı zonadan gələn şəxslər isə mütləq qaydada 14 günlük özünütəcrid rejimində qalmalıdırlar.

Bu rejimdən vaxtından əvvəl azad olunmaq istəyənlər isə COVID-19 testindən keçməli və nəticələri neqativ olmalıdır. Bu testdən Borispol, Lvov və Xarkovun hava limanlarında keçmək olar. Testin qiyməti adambaşı 92-130 manat arası dəyişir. Testin nəticəsi 24 saat ərzində bəlli olur.

Qazaxıstan

Qazaxıstana gələn vətəndaşlar son 5 gündə verdikləri COVID-19 testinin neqativ nəticəsini təqdim etməlidirlər. Əks halda onları 2 günlük laborator karantin gözləyir. Nəticəsi pozitiv olanlar xəstəxanaya yerləşdirilir.

Koronavirusa yoluxmayan, lakin simptomları olan şəxslər isə 14 günlük karantin rejimində qalmalıdırlar.

ABŞ

ABŞ öz ölkəsinə qayıdan heç bir vətəndaşa koronavirusla əlaqədar məhdudiyyətlər qoymur.

Amma ABŞ Avropa və pandemiyanın sürətlə yayıldığı ölkələrlə hava əlaqələrini kəsib.

Almaniya

Almaniyaya qayıdan vətəndaşlar mütləq qaydada COVID-19 testindən keçməlidirlər. Bu ölkədə test pulsuzdur. Nəticəsi pozitiv çıxanlar 14 günlük karantin rejimində qalırlar.

Almaniya koronavirusa görə dünya ölkələrini yüksək və aşağı risklilərə bölüb. Azərbaycan digər MDB dövlətləri kimi yüksək riskli ölkələr zonasına daxildir. Yüksək riskli ölkələrdən gələnlər koronavirus testindən əlavə şəxsi məlumatlarını xüsusi kartlara doldurmalıdırlar.

Fransa

Fransaya getmədən 72 saat öncə koronavirus testindən keçmək tövsiyə olunur.

Belə ki, neqativ nəticəsi olmayan, yaxud koronavirus simptomları olanlar dərhal karantinə yerləşdirilirlər.

Böyük Britaniya

Böyük Britaniyaya dönən vətəndaşlar hava limanında testdən keçə bilərlər. Onlar 14 günlük karantin rejimini gözləməlidirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1713   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 380
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 366
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 511
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 98
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 133
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 276
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 173
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 221