Pandemiyadan sonra uşaq pulu bərpa oluna bilərmi?- AÇIQLAMA

Pandemiyadan sonra uşaq pulu bərpa oluna bilərmi?- AÇIQLAMA

Müxtəlif vaxtlarda uşaq pulunun bərpası gündəmə gəlib. Bir çox ailələr uşaq pulunun bərpa edilməsini istəyir. Pandemiyadan sonra uşaq pulu bərpa oluna bilərmi?

BiG.AZ-ın verdiyi xəbərə görə, bununla bağlı Sonxeber.az-a danışan deputata Bəhruz Məhərrəmov bildirib ki, uşaq pulu məsələsi mütəmadı olaraq müzakirə olunmaqdadır:

"Milli Məclisdə də bu məsələ ayrı-ayrı deputatlar tərəfindən qaldırılıb. Bununla bağlı yekun qərar hökumətdən gəlməlidir. Mən tərəfdarıyam ki, aztəminatlı ailələrin övladları üçün müəyyən formada təminat mexanizmləri olsun. Bu təminat mexanizmləri bir çox ölkələrdə də var. Bizdə də ayrı-ayrı təminat mexanizmləri olsa da onlar hələ tam oturuşmayıb. Biz hələ keçid dövründəyik. Düşünürəm ki, bu məsələ hər hansı formada öz həllini tapmaldır. Amma bununla bağlı təklif hökumətdən gəlməlidir. Parlament bu məsələlərə lazım formada qiymətini verəcək. Hesab edirəm ki, pandemiyadan sonra bu məsələyə yenidən qayıtmaq olar".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1733 Tarix: 01.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol