Qurban Qurbanov: "Qalatasaray"dan da təklif gəlsəydi, getməyəcəkdim"

Qurban Qurbanov: "Qalatasaray"dan da təklif gəlsəydi, getməyəcəkdim""O söhbət bağlandı. Danışıqları dayandırdıq. Bu barədə çox danışmaq, fikir bildirmək istəmirəm".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yenicə Türkiyə Superliqasına vəsiqə qazanmış "Hatayspor"dan aldığı təklif barədə danışarkən deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan - Ermənistan sərhədində gərginliyin davam etdiyi bir vaxtda Ağdam klubunu tərk edə bilməzdi:

"Burada həssas məqamlar çoxdur. Cəbhə bölgəsindəki gərginliklər fonunda mənim "Qarabağ"dan getməyim düzgün olmazdı. Bilmirəm, bəlkə başqa komandada olsaydım, fərqli fikirləşərdim. Amma hazırkı komandada olduğum üçün belə qərar verməli idim. Bunun başqa cavabı yox idi".

Qurbanovun sözlərinə görə, Türkiyə klubunun rəhbərliyi onun qərarını anlayışla qarşılayıb:

"Məni çox düzgün başa düşdülər, uğurlar arzuladılar. Mənə inanıb güvəndiklərinə görə sağ olsunlar. Amma hazırkı mövqeyim bəllidir. Belə qərar verməli idim, belə də etdim. İndiki məqamda "Qalatasaray"dan da təklif gəlsəydi, getməyəcəkdim".

Baş məşqçinin sözlərinə görə, "Hatayspor" rəhbərliyi gələcəkdə də bu məsələyə yenidən qayıdacağını bildiribsə, buna görə Türkiyə klubuna yalnız minnətdar ola bilər.

Qeyd edək ki, "Hatayspor" rəhbərliyi bir neçə dəfə Qurban Qurbanova təklif göndərsə də, təcrübəli mütəxəssis qarşı tərəfə müsbət cavab verməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1042   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746