İstənilən iPhone və iPad modelinin hack olunma üsulu tapılıb

İstənilən iPhone və iPad modelinin hack olunma üsulu tapılıbÇinli hackerlər Apple şirkətinin smartfon və planşetlərində olan təhlükəsizlik sistemindən yan keçməyin üsulunu tapıblar. Belə ki, həmin cihazların hack edilməsi üçün onların prosessorlarında olan boşluqdan istifadə edilir.

Bu barədə Rb.ru saytı xəbər verib. Apple şirkətinin smartfon və planşet modellərinin prosessorlarında olan bşluq barəsində məlumatı Çindən olan Pangu adlı tərtibatçılar komandası verib. Problem Apple cihazlarını əlavə təhlükəsizlik səviyyəsi ilə təmin edən SEP (Secure Enclave Processor) prosessorlarındadır.

Sözügedən prosessorlar smartfon və planşetlərdə konfidensial məlumatların saxlanması üçün istifadə edilir. Saxlanılan konfidensial məlumatlar arasında şifrələr, istifadəçinin biometrik parametrləri, müxtəlif servislərdəki hesablara daxil olmaq üçün istifadə olunan istənilən məlumat və s. var. Apple cihazlarının hack olunması üçün Checkm8 adlı eksploitdən (zərərli kod) istifadə olunur. Hackerlər qeyd ediblər ki, sözügedən eksploit düzgün olmayan şifrənin 10 dəfə qeyd olunmasından sonra işə düşən avtomatik bloklayıcı sistemindən yan keçərək cihazın blokdan çıxarılması üçün nəzərdə tutulmuş doğru rəqəmsal şifrəni təqdim edir.

Məlumata əsasən A7-A11 prosessorlarına sahib istənilən iPhone və iPad modeli bu hack prosesi üçün gücsüzdür. Beləliklə bütün dünya üzrə iPhone 5s-dən tutmuş iPhone X-ə kimi olan smartfonlar bu kiberhücum təhlükəsi altında qalırlar. Lakin bir məsələ var ki, cihazın təhlükəsizlik sistemindən yan keçmək üçün hacker ilk öncə həmin cihazı fiziki olaraq əldə etməlidir. Mütəxəssislər qeyd ediblər ki, Apple cihazlarında olan bu boşluğu aradan qaldırmaq mümkün deyil. Belə ki, onun həlli proqram təminatı səviyyəsində reallaşdırılmır. (technote.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1054   Tarix: 28 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milyonçu var-dövlətindən əl çəkib evsiz qaldı- Buna səbəb nə oldu?

Milyonçu Mayk Blek unikal sosial eksperiment aparmaq qərarına gələrək, var-dövlətindən əl çəkərək evsiz qalıb. Onun məqsədi, başlanğıc kapitalı olmadan cəmi 12 ay ərzində 1 milyon dollar qazanmağın mümkün olduğunu sübut etmək idi. xəbər verir ki, o, bütün addımlarını və nəticələri "YouTube"d

05.05.2024 394
.

Ben Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu

ABŞ-nin Florida ştatında "Əl-Qaidə" lideri Üsama Ben Ladenin ailəsinin keçmiş mülkü sökülüb. Oklend şəhərində yerləşən bina uzun müddət Usama Ben Ladenin qardaşı Xəlilə məxsus olub. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror aktından sonra Xəlil iqamətgahını tərk edərək şəxsi təyyarəs

28.04.2024 419
.

Mayda niyə toy etməzlər?

Xalqımızın toy kimi bir adəti var. Lakin bu gözəl və maraqlı ənənənin qəliz tərəfləri də mövcuddur. El arasında "May ayında toy etməzlər", "May ağır aydır" deyə inanclar hərdən insanları çaş-baş salır. Məsələn, may ayında toy etmək istəyənlərin sayı olduqca azdır. Bu isə təbii ki

04.05.2024 711
.

Paltaryuyan maşın gün ərzində neçə dəfə istifadə edilə bilər?

Paltaryuyan maşında yuyulmalar arasında fasilə verilməsə, cihazın ömrü xeyli azalacaq. xəbər verir ki, bununla bağlı hər kəs ehtiyatlı olmalıdır. Paltaryuyan maşın nə qədər tez-tez işlədə bilər?. Birincisi, yuyulmalar arasında fasilə lazımdır. Paltaryuyan maşın ən azı 30 dəqiqə, əsasən isə iki-üç saa

05.05.2024 819
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 522
.

Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO

"Google" şirkəti "Android" üçün "Audio Emoji" funksiyasını ehtiva edən xüsusi "Google phone"un yeni versiyasını buraxmağa hazırlaşır. Bu barədə "9to5Google" portalı xəbər verir. Bildirilir ki, yenilik istifadəçilərə animasiya emojiləri göndərməyə imka

05.05.2024 190
.

Əslən pakistanlı olan Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib

Böyük Britaniyada müxalif Leyboristlər Partiyasının nümayəndəsi olan Sadiq Xan seçkilərdə qalib gələrək üçüncü dəfə London meri seçilib. Leyborist siyasətçi səslərin 43,9 faizini toplayaraq mühafizəkar rəqibi Syuzan Holla qalib gəlib. Məlumat üçün əlavə edək ki, əslən pakistanlı olan 53 yaşlı Sadiq Xa

05.05.2024 169
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 480
.

Yeni tədqiqat qaranlıq maddə haqqında anlayışımızı dəyişə bilər

İrvindəki Kaliforniya Universitetinin alimləri qaranlıq maddənin varlığına dolayı ilə də olsa yeni sübutlar təqdim ediblər. Tədqiqat iki növ maddənin kompüter simulyasiyalarını əhatə edib: sadə və qaranlıq. Bu, ulduzların və kosmik qazın hərəkət sxemləri kimi həqiqi qalaktikaların tədqiqi zamanı müşahid

05.05.2024 247