Azərbaycanda qızıla pul verməyə dəyərmi?

Azərbaycanda qızıla pul verməyə dəyərmi?Dünya bazarında qızıl getdikcə bahalaşır. Əgər ötən il bu vaxt əmtəə birjalarında qiymətli metalın 1 unsiyası 1 200 - 1 300 ABŞ dollarına alınıb-satılırdısa, artıq qiymət 1 800 ABŞ dollarına çatıb. Amma bu da son olmaya bilər. Bu günlərdə İsveçrənin UBS investisiya bankı cari ilin II yarısında qızılın qiyməti ilə bağlı proqnozunu 100 ABŞ dolları artıraraq 1 900 ABŞ dollarına çatdırıb. Bankın qlobal aktivlərin idarəetmə bölməsinin hesabatında mümkün qiymət artımına əsas kimi ABŞ-dakı seçkilər, ABŞ-Çin gərginliyi və daha vacibi koronavirus (COVID-19) pandemiyasının yaratdığı iqtisadi böhran, səhm və istiqraz bazarlarındakı ucuzlaşmalar göstərilir. Odur ki, əksər investorlar qızıla yönəlib. Söhbət təkcə fərdi investorlardan getmir. Qızıla pul yatıranlar həm də dünyadakı mərkəzi banklar, hedc fondlarıdır.

Bəs Azərbaycanda qızıl alıb-saxlamaq imkanları, ümumilikdə, qızıl bazarında vəziyyət necədir?

İqtisadçı-ekspert Cəfər İbrahimlinin fikrincə, hazırda yerli bankların bir qismi qızıl külçələr satır, lakin onların qiyməti xarici bazarla müqayisədə yüksəkdir: "Bu da onunla bağlıdır ki, qızıl külçələrinin ölkəyə gətirilməsi əlavə vəsait tələb edir. Daşınma xərcləri ilə yanaşı, burada gömrük rüsumu da var və bütün bunlar sonda vətəndaşlara təklif olunan qiymətdə öz əksini tapır. İstənilən halda əgər daxili bazarda qiymət xarici bazarla müqayisədə yüksəkdirsə, qızıl külçələr vətəndaşlar üçün cəlbedici olmur.

Bəzi ölkələrdə banklara insanların cari və depozit hesabları kimi, qızıl hesabları da olur. Söhbət cəmiyyətin qızıla maraq göstərdiyi ölkələrdən, məsələn, Türkiyədən gedir. Burada bank sizin verdiyiniz vəsaitlə qızıl alaraq onu anbarında saxlayır".

Onun sözlərinə görə, hazırda Azərbaycan vətəndaşları daha çox zinət əşyası kimi, qızıl alıb-saxlamağa maraq göstərirlər: "Bu cür investisiya isə elə də sərfəli deyil. Məsələn, onun istənilən vaxt normal qiymətə satmaq çətindir, adətən bir müddətdən sonra zinət əşyaları dəyərdən düşür. Odur ki, bank hesabı ilə elektron qaydada qızıl almaq daha yaxşıdır".

Azərbaycanda qızıla pul verməyə dəyərmi?Cəfər İbrahimli

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin baş meneceri Tahir Qəribov isə son vaxtlar dünyada olduğu kimi, Azərbaycanda da qızıla marağın artdığını deyir. O vurğulayır ki, ölkə qanunvericiliyində yerli bankların qiymətli metallarla, o cümlədən qızılla ticarət etməsi və müştərilərinə qızıl hesab açması qanunvericiliklə nəzərdə tutulsa da, banklar bu imkandan istifadə etmirlər:

"Odur ki, qızılı fiziki olaraq alıb-satmaq istəyənlər banklarla yanaşı, 100% dövlətə məxsus "AzerGold" QSC-yə də müraciət edə bilərlər. Bununla yanaşı, qlobal əmtəə birjalarından da qızıl almaq olar:

"Bunun bir neçə yolu var. Məsələn, qızılla törəmə maliyyə aləti şəklində fərq müqaviləsinin bir hissəsi kimi (məs. XAUUSD) "Forex"də ticarət etmək olar. Eyni zamanda, birjada ticarət olunan investisiya fondları (ETF) vasitəsilə də qızıla sərmayə qoymaq mümkündür. Qızıl almağın bir yolu da fyuçerslərdir. Qızılın fyuçersləri London metal birjasında (LME) ticarət olunur. LME-yə çıxış əldə etmək üçün xüsusi razılıqlar tələb oluna bilər".

Azərbaycanda qızıla pul verməyə dəyərmi?Tahir Qəribov

T.Qəribov diqqətə çatdırır ki, "Unicapital" qiymətli kağızlar bazarların peşəkar iştirakçısı olaraq, fiziki qızılın alqı-satqısı ilə məşğul olmur: "Lakin, müştərilərimiz, istər "Uniforex" xidmətimiz vasitəsilə qızılın ABŞ dollarına qarşı qiymət fərqi ilə ticarət edə, istərsə də "UTrader" xidmətimiz vasitəsilə qızıl ETF-lərə rahatlıqla sərmayə qoya bilərlər".

Ekspertlərin fikrindən belə aydın olur ki, el arasında məşhur olan qızıl qolbağlar və digər bəzək əşyalarının investisiya kimi alıb saxlanılması sərfəli deyil. Qızıl külçələri almaq isə əlavə vəsait hesabına başa gəlir. Bunun daha az itkisiz olan variantı fond birjalarından almaqdır, ancaq orda da təqdim olunan alətlərdən istifadə etmə bacarığı mütləqdir.(report)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3281   Tarix: 19 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 209
.

Malayziyada təhlükəli timsahlar: əhali üçün risk artır

Malayziyanın Saravak əyalətinin hökuməti timsah populyasiyasının azaldılması məqsədilə xüsusi proqram hazırlamağa başlayıb. Buna səbəb son aylarda sürünənlərin insanlara qarşı hücumlarının artmasıdır. Belə ki, təkcə 2025-ci ilin sentyabr-oktyabr aylarında timsah hücumları nəticəsində dörd nəfər həyatın

10:27 155
.

Putinin "əməliyyatlar davam edəcək" bəyanatının arxasındakı mesaj

"Putinin "əməliyyatlar davam edəcək" bəyanatı əslində cəbhədən çox Kreml divarlarına ünvanlanmış mesajdır. Bu açıqlama Rusiyanın qısa müddətli qələbə planlarının artıq iflasa uğradığını dolayısı ilə etiraf edir. Müharibə sürətli hücum mərhələsini geridə qoyub və resursları yeyən, uzanan

14:55 159
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

13:58 169
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 143
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 305
.

Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk

Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu

16:35 135
.

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl

13:02 255
.

"ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb

Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlə

15:01 131
.

TOP MP3