Ermənilər hərbçilərinin ölümlərini bu yolla gizlədir - SƏS YAZISI

Ermənilər hərbçilərinin ölümlərini bu yolla gizlədir - SƏS YAZISISon bir neçə gündür Ermənistan-Azərbaycan Dövlət sərhədində gərginlik yaşanır. Azərbaycan Müdafiə Nazirliyi gedən döyüşlər və itkilər barədə operativ şəkildə məlumatlar paylaşsa da, düşmən tərəf itkilərini gizlədir.

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən siyasi şərhçi Turab Rzayev bildirib ki, ermənilərin öz itkilərini gizlətməsi çox aydın məsələdir:

"Bunu onların davranışlarına baxdıqda da görmək olur. Əgər ermənilərin itkisi az olsaydı, onda niyə onlar beynəlxalq təşkilatlara müraciətlər ünvanlasın? Yəni onların itkisi az, özlərinə inamları güclü olsaydı, belə addım atmazdılar. Digər bir məsələ, artıq iki gündür ki, bizim tərəfdən də güclü zərbələr alırlar. Eyni zamanda, ölkəmiz uçan pilotsuz uçan aparatlardan istifadə etməklə hərbi əməliyyatlar keçirir. Bu vəziyyətdə qarşı tərəfdə cəmi dörd itkinin verməsi nə dərəcə doğru ola bilər? Ermənilərin itkisi daha çoxdur, lakin onlar bunu gizlətməyə müəyyən qədər müvəffəq ola bilirlər. Bu nədən qaynaqlanır? Ermənilərdə nizami ordu ilə eyni vaxtda muzdlu qüvvələr var. Məsələn, Livan, Suriyadan gəlib burada döyüşürlər. Onların məhv olunmasını gizlətmək daha rahat olur. Bu şəxslər həlak olduğu zaman sayları rəsmən açıqlanmaya bilir. Daha başqa bir məqam isə Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimin ordusu ilə öz ordusunu ayırmasıdır".

Ekspert əlavə edib ki, Ermənistanda ordunun bu dərəcədə parçalanmış olması, onlara şərait yaradır ki, rəqəmlərlə istədikləri kimi oynasınlar:

"Mən Ermənistanın itkisinin çox olduğuna inanıram. Düşmən əleyhinə tətbiq olunan silah-sursat növlərinə baxdıqda bəlli olur ki, bu döyüşdən bir-iki nəfərlik itki ilə çıxmaq mümkün deyil. Bir məqam da var. Xatırlayırsınızsa, erməni tərəfi müharibənin ilk iki günü itkilərini sıfır olaraq qələmə verirdi. Və birdən-birə onlar bir neçə nəfərin öldüyünü etiraf etməyə başladılar. Yəni müharibənin ilk günlərində itki yoxdur, lakin birdən-birə itkilərin sayı yüksəlir. Bu da onu göstərir ki, müharibənin əvvəlində onların itkiləri az olub. Ona görə də itki sayının sıfır olduğunu açıqlayırdılar. Lakin sonrakı günlərdə o qədər artıb ki, ölənlərdən bəzilərinin adlarını çəkməyə məcbur olublar. Üstəlik, artıq Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin ritorikasının dəyişməsinin də şahidi oluruq. Onlar əvvəl özlərinə əminlik nümayiş etdirirdisə, indi məcbur qalıb acizliklərini etiraf edirdilər. Ölkəmiz belə məqamlarda təmkinli davranaraq insanları təşvişə salmadan döyüşlər barədə səhih məlumatlar verdi. Xalqımızın da dövlətlə birliyi düşmənə bir daha göstərdi ki, biz hər zaman döyüşə hazırıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9207   Tarix: 15 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672