Şəhid qanına hörmətsizlik etməyək - Vüsalə Əlizadə

Şəhid qanına hörmətsizlik etməyək - Vüsalə Əlizadə
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Ordusuna dəstək məqsədilə aksiya keçirilib.

Publika.az xəbər verir ki, cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirən aksiya tanınmış simalar tərəfindən alqışlanıb.

Aparıcı Vüsalə Əlizadə aksiyadan fotolar paylaşaraq təəssüratlarını bölüşüb. O, dünən gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə edərək prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına göstərilən cəhdləri kəskin şəkildə pisləyib və xalqımızı birliyə səsləyib:

“Əsrlərlə qanı-canı bahasına tarix yazan Azərbaycanım! Döyüş ruhlu, mərd, mübariz xalqım! Bu izdiham, bu vətənpərvərlik coşğusu qürurvericidir! Lakin bu qürurlu nümayişi təxribatla sonlandırmaq bizə yaraşmaz! Öz xeyrini güdən sapı özümüzdən olan baltalara uymayın! Bizim bir düşmənimiz var! Birlik olub, həmrəy olub onun üzərinə şığıyaq! Düşmənimizi sevindirməyək, zəif tərəflərimizi göstərməyək, şəhid qanına hörmətsizlik etməyək! Yaşa Azərbaycan! Yaşa mənim xalqım!”.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4831 Tarix: 15.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol