"Milli mətbuat koronavirusa qarşı" jurnalist müsabiqəsinə material qəbuluna 3 gün qaldı

"Milli mətbuat koronavirusa qarşı" jurnalist müsabiqəsinə material qəbuluna 3 gün qaldıSOCAR AQŞ-nin 22 iyul – Milli Mətbuat Gününə həsr etdiyi "Milli mətbuat koronavirusa qarşı" adlı jurnalist müsabiqəsinə qatılmaq üçün son 3 gün qalıb. Müsabiqədə iştirak etmək və 30 mükafatdan birinə sahib olmaq istəyən media nümayəndələri COVID-19 pandemiyası ilə bağlı ictimaiyyəti məlumatlandırmağa xidmət edən materiallarını 16 iyul saat 23:59-dək təqdim etməlidirlər. TV, radio, onlayn mediada 1 iyun 2020-ci il tarixindən etibarən yayımlanmış materialların linkləri bu tarixədək [email protected] elektron poçt ünvanına göndərilməlidir.
SOCAR AQŞ-dən bildirilib ki, layihə şirkət kollektivinin müəssisə daixilində yaratdığı "Koronavirusla mübarizə üçün ianə fondu"nun təşəbbüsü və maliyyəsi, "INPRESS PR Solutions" şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilir. Müsabiqənin şərtləri aşağıdakı kimidir:

Materiallar 1) Pandemiya dövründə səhiyyə və sağlamlıq, 2) Pandemiya dövründə iqtisadiyyatın inkişafı, 3) Pandemiya dövründə təhsil, 4) Pandemiya dövründə xidmət göstərən peşə sahələri, 5) Pandemiya dövründə həyat tərzi, 6) Koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığın rolu və 7) Koronavirus barədə saxta məlumatların ifşası adlı kateqoriyalarının hər hansı birinə aid olmalıdır.

Materiallar mütləq ictimaiyyətin məlumatlandırmasına və maarifləndirməsinə xidmət etməlidir.
Materialda qeyd olunan məlumatların mənbələri göstərilməlidir. Əsassız, sübutu olmayan mülahizələrə söykənilməməlidir.

Multimedia (video, fotoslayder, infoqrafika, test (özünü yoxla) elementlərinin istifadə olunduğu materiallara üstünlük veriləcək.

Materiallar internet resurslara yüklənərək e-mail vasitəsilə təqdim olunmalıdır. Onlayn media olmayan medialar öz materialını malik olduğu internet resurslarında (sayt, Youtube kanalı, sosial media hesabları və s.) yerləşdirə bilər.

1 iyun 2020-ci il – 16 iyul 2020-ci il tarixləri ərəfəsindən əvvəl və sonra yayımlanmış materiallar müsabiqəyə qəbul edilməyəcək.

Bir jurnalist yalnız 1 material təqdim edə bilər.

Layihənin icra edilməsində "INPRESS PR Solutions" şirkəti SOCAR AQŞ əməkdaşlarına dəstək göstərəcək. Müsabiqənin müvafiq qaydalara uyğun şəffaf keçirilməsinə, seçim prosesinin təşkilinə, münsiflər heyətinin formalaşdırılmasına və qaliblərin seçilərək elan olunmasına birbaşa "INPRESS PR Solutions" məsuliyyət daşıyır.

Karantin qaydalarına uyğun olaraq, materiallar onlayn formada qəbul olunur. Müsabiqədə iştirak etmək istəyən media mənsubları materialların linklərini [email protected] email ünvanına başlıqda "Milli mətbuat koronavirusa qarşı" yazaraq göndərməlidirlər. 16 iyul saat 23:59-dək təqdim olunan materialların şərtlərə uyğunluğu, müəlliflik hüquqları araşdırılıb təsdiq olunduqdan sonra 5 nəfərdən ibarət münsiflər heyətinə təqdim olunacaq. Obyektivliyi təmin etmək üçün mükafatlandırma gününədək jüri üzvləri açıqlanmayacaq. Onlar özləri də digər münsif həmkarlarının kimliyi barədə xəbərsiz olacaq. Hər bir jüri üzvü materiallara fərdi qiymət verəcək və 5 jüri üzvünün qiymətlədirməsi toplanaraq ümumi nəticə çıxarılacaq.

Münsiflərin qiymətləndirməsi ilə ən çox bal toplayan 30 material müəllifi qalib seçiləcək. Müsabiqənin qalibləri 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi ərəfəsində "INPRESS PR Solutions" şirkəti tərəfindən elan ediləcək. Materialı seçilən jurnaistlərin hər birinə SOCAR AQŞ-nin "Koronavirusla mübarizə üçün ianə fondu" tərəfindən dəyərli hədiyyələr bağışlanacaq.

Müsabiqə ilə bağlı suallar üçün "INPRESS PR Solutions" şirkəti ilə email ([email protected]) və telefon : (+994 50 310 42 40) vasitəsilə əlaqə saxlanıla bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 512   Tarix: 14 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 151
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

03.05.2024 715
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

03.05.2024 187
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 569
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 439
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

03.05.2024 1359
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 735
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 138
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

03.05.2024 207