Pomidor bahalaşıb - Səbəb nədir? - VİDEO

Pomidor bahalaşıb - Səbəb nədir? - VİDEO
Yay gəldi, havalar isindi, ancaq pomidor ucuzlaşmaq əvəzinə daha da bahalaşdı.

Xezerxeber.az-ın məlumatına görə, Gəncənin bazarlarında bu mövsümi tərəvəzin qiyməti qalxıb.

Alıcılar deyirlər ki, tezliklə qış mövsümü üçün konservləşmiş məhsullar hazırlanmalıdır. Ancaq bu qiymətlə pomidordan nəsə hazırlamaq sərfəli olmayacaq.

Vəziyyət o həddə çatıb ki, adətən xiyarla təxminən eyni qiymətə satılan pomidor ondan 4-5 dəfə bahadır. Satıcıların sözlərinə görə, baha qiymətlər onlar üçün də əlverişli deyil.

İstixanalarda pomidor becərən fermerlər isə deyirlər ki, bahalaşmanın obyektiv səbəbləri var. Artıq istixanalarda məhsul yığımı başa çatdığından bazara çxarılan pomidor azalıb. Qiymətlərin yenidən ucuzlaşması isə açıq sahələrdə əkilən pomidor bazarlara çıxarıldıqdan sonra mümkün olacaq.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4577 Tarix: 12.07.2020
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol