Daha bir "kabus": Dadbilmə və iybilmə itibsə... - HƏKİM MƏSLƏHƏTİ
Bir çoxları dadbilmə və iybilmə hissinin itməsini məhz koronavirusun ilkin əlaməti bildiyi üçün belə hallarda dərhal panikaya düşürlər. Lakin narahatçılığa ehtiyac yoxdur, çünki dadbilmə və iybilmənin itməsi təkcə koronavirus əlaməti deyil.
BiG.AZ-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində yazıb.
Onun sözlərinə əsasən, bildiyimiz qrip və bir sıra kəskin respirator virus infeksiyaları zamanı da bu əlamətlər ola bilir. Koronavirus daxil, digər virus səbəbli olan bu problem xəstəlik bitdikdən sonra tam yerinə qayıdacaq.
Dr. Eldaroğlu bu zaman faydalı olacaq reseptini də təqdim edib:
"1 xörək qaşığı soda, 1 xörək qaşığı xörək duzu, 10 damcı perekis və 1 stakan ilıq suyu qarışdırın. Qarqara edin və burnunuzu yuyun. Nisbətən geri qayıdacaq və rahat yeməyinizi yeyəcəksiniz".
Bəs görəsən, başqa hansı xəstəliklərdə iybilmə və dadbilmə itir?
Həkim bu məsələyə də aydınlıq gətirib. Həmin xəstəliklər bunlardır:
Yaşlanma
Soyuqdəymə
Haymoritlər (qaymarit)
Tüpürcək vəzi xəstəliyi
Nazal polipler
Beyin travması
Demensiya və ya Alsheymer xəstəliyi
Şizofreniya
Parkinson
Diş çürüməsi
Quru ağız
Vitamin əksikliyi
Kimyəvi maddələrə məruz qalma
Kimyəvi dərmanlar
Narkotik maddə istifadəsi
Baş və ya boyun bölgəsində radiasion müalicəsi
Siqaret çəkmək
Üz iflici
Dağınıq skleroz
Qeyd edək ki, Elnur Eldaroğlu Azərbaycan Tibb Universitetinin məzunudur. Uzun illər Çin, Rusiya, Ukrayna, Türkiyə və Almaniyada alternativ tibb bölümünə aid fitoterapiya kursları keçib.
2009-2010-cu illərdə Ege Universitetində daxili xəstəliklər şöbəsində çalışıb.
2010-2012-ci illərdə dərman bitkiləri üzrə elmi-tədqiqat araşdırması və müalicəsi ilə məşğul olub.
"Dekorativ bitkilər xalq təbabətində" kitabının həmmüəllifi 2013- cü ildə dərman bitkiləri üzrə elmi iş fəaliyyətinə başlayıb.
"Dr. Eldaroğlu" markası ilə kompleks təsirə malik bir neçə bitki tərkibli dərmanların (Diabennur, Calcinur, Hepanur) tərkibinin müəllifidir.
Apifitoterapiya Mərkəzinin rəhbəri, həmçinin, Avropa Təbiət elmləri Akademiyasının və Türkiyə Apiterapiya cəmiyyətinin fəxri üzvüdür.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOVID-19-u öldürən maska
Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi
31.08.2021 1798 Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ
Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy
01.09.2021 1893 Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı
02.09.2021 994 Koronavirus qan dövranı sistemini belə zədələyir
Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini
04.09.2021 1300 "Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA
Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir
08.09.2021 863 Koronavirusa qarşı 7 peyvənd vurdurdu
Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun
26.08.2021 986 Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!
Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar
29.08.2021 641 Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır
Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa
23.08.2021 1865 Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!
Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın
23.08.2021 561