Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini açır - RƏSMİ

Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini açır - RƏSMİ"Azərbaycan dövləti tərəfindən verilən tapşırıqlar əsasında "Azərbaycan Hava Yolları" QSC Bakı-Berlin və Bakı-London çarter reysləri barədə danışıqlar aparıb, bu reyslərin təşkili üzrə razılıq əldə edilib".

Oxu.Az-ın xəbərinə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.

O bildirib ki, Bakı-Berlin, Bakı-London və Bakı-Dubay reysləri üçün müvafiq sənədlərin mübadiləsindən sonra həmin istiqamətlər üzrə uçuşlarla vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq.

"Təbii ki, müntəzəm xarakter daşıyacaq çarter reysləri ilə yanaşı, konkret məntəqələr üzrə də vətəndaşlarımızın ölkəmizə gətirilməsi təmin olunacaq.

Bu həftə və gələn həftə üzrə təxliyyə proqramları bəllidir. Bu həftə Moskva-Bakı istiqamətində "Evə gedirəm" portalında qeydiyyata düşən vətəndaşlarımızın təxliyyəsi həyata keçiriləcək. Kiyev-Bakı istiqamətində reys təşkil edilib, Ər-Riyad - Bakı reysi həyata keçirilir", - deyə H.Hacıyev əlavə edib.

Prezidentin köməkçisi söyləyib ki, gələn həftə ərzində Doha-Bakı, Moskva-Bakı reysləri olacaq:

"Mərkəzi Asiya ölkələrində olan vətəndaşlarımızı birləşdirərək, təxliyyəsi üçün konkret reyslərin təşkili istiqamətində işlər aparılır. Bütün bunlar dövlətimizin vətəndaşlarına diqqət və qayğısının nəticəsidir".

H.Hacıyev onu da qeyd edib ki, bu reyslər təşkil edilən zaman sanitar-gigiyenik qaydalara əməl olunması şərtdir:

"Müəyyən olunan qayda belədir ki, istər Azərbaycan vətəndaşı, istərsə də ölkəmizə gəlmək istəyən xarici ölkə vətəndaşları olsun, mütləq müəyyən olunmuş məntəqələrdə testlərdən keçməlidirlər.

Şərtlərdən biri də ondan ibarətdir ki, ölkəmizə gələnlər təyyarənin göyərtəsində xüsusi iltizam sənədi imzalayırlar ki, 14 gün müddətində xüsusi karantin rejimində olacaqlar. Vətəndaşlarımız bunu anlayışla qəbul edirlər. Əsas məqsəd vətəndaşlarımızın, onların ailə üzvlərinin sağlamlığının, cəmiyyətimizin və dövlətimizin qorunmasıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3665   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

13:49 202
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

16:35 205
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

14:59 147
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

22:00 0
.

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır. Axşam.az xəbər verir ki, elektron qaydada həyata keçirilən sənəd qəbulu sentyabrın 13-nə qədər davam edəcək. Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparıla

10:35 253
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

14:01 509
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

12:48 707
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

20:15 0
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

17:27 141