Milli Məclisin komitə sədri: SOCAR-da optimallaşdırma ilə bağlı təhlillər aparılır

Milli Məclisin komitə sədri: SOCAR-da optimallaşdırma ilə bağlı təhlillər aparılırKoronavirus pandemiyası insanların sağlamlığına təhlükə yaratmaqla yanaşı, tarixin ən böyük iqtisadi böhranını yaşatmaqdadır. Bu böhran turizm, geyim, avtomobil sənayesi, xidmət sahəsi, enerji sektoru və digər bir çox sahəyə təsir edib. Nəticədə aviasiya şirkətlərindən geyim istehsalçılarına, enerji şirkətlərinə qədər demək olar ki, bütün sektorlar çətinliklə üzləşib. Artıq bir çox şirkət müflis olduğunu, bir çoxu isə gəlirlərinin azalması səbəbindən işçilərini ixtisar edəcəyini açıqlayıb. Məsələn, Böyük Britaniyanın nəhəng neft şirkəti BP 10 min işçisini, bu ölkənin lüks moda brendi olan "Mulberry" işçilərinin 25%-ni ixtisar edəcəyini açıqlayıb. Bundan başqa, "British Airways" şirkəti 12 min nəfərədək, Britaniyanın "EasyJet" aviaşirkəti 4 500 nəfər, Fransanın avtomobil istehsalçısı "Renault" 15 min nəfərədək, "Airbus" 15 min nəfər, "Air France" aviaşirkəti 7 500 nəfər, Almaniyanın milli aviadaşıyıcısı "Lufthansa" 22 min nəfər, İrlandiyanın "Ryanair" şirəti 3 min nəfər işçisini ixtisar edəcəyini elan edib.

Bəs Azərbaycanda xüsusilə də ən böyük işəgötürən şirkəti SOCAR-da işçilərin optimallaşdırılması addımı atılmalıdırmı?

Trend-in məlumatına görə, millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, SOCAR-da da müvafiq təhlillər aparılır: "Ümumi olaraq optimallaşdırma siyasəti hər bir uğurlu fəaliyyətin mühüm şərtidir. Amma optimallaşdırma dedikdə yalnız işçilərin ixtisarı və xərclərin qənaəti başa düşülməməlidir".

T.Mirkişili bildirib ki, hər şey qarşıya qoyulan məqsəddən və hədəflərdən asılıdır: "İndiki mürəkkəb dövrdə davamlı təhlillər aparmaq lazımdır. Yeni hədəflər və yeni üsullar tətbiq olunmalıdır. Çünki bazar sürətlə dəyişir, yeni şəraitə uyğunlaşmaq üçün çevik qərarlar vermək lazımdır. Bu bütün şirkətlərə aiddir".
trend


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1949   Tarix: 09 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 173
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 383
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 380
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 130
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 221
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 694
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 511
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284