Komitə sədri: Əhalinin sağlamlığı və sosial müdafiəsi ön plandadır

Komitə sədri: Əhalinin sağlamlığı və sosial müdafiəsi ön plandadırBakı şəhəri Xətai rayonunun ərazisində quraşdırılmış 800 yerlik modul tipli hospitalın açılışı zamanı Prezident İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibə verdi. Bu müsahibədə bir çox istiqamətlər üzrə aktual məsələlərə real, müdrik və cəsarətli mövqe sərgiləyən dövlət başçımız yenə də əhalinin sağlamlığının və sosial müdafiəsinin ön planda olduğunu vurğulayaraq, bu sahədə görülən və görüləcək işlər barədə ətraflı məlumat verdi.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Prezident bir daha vətəndaşlarımıza, eləcə də dünyaya bəyan etdi ki, Azərbaycan sosial dövlətdir, istənilən ekstremal şəraitdə əhalinin sosial müdafiəsini təmin etmək bizim ümdə vəzifəmizdir və buna bizim maddi imkanlarımız yetərincədir:

"Cənab Prezidentin qeyd etdiyi kimi, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə ardıcıl, sistemli və kompleks şəkildə aparılır. Mübarizə tədbirləri içərisində heç şübhəsiz ki, tibbi və əksepidemik tədbirlər ön plandadır və bütün proses dövlət rəhbərinin nəzarəti altındadır.

Koronavirus epidemiyasının fəsadlarının qarşısının alınmasında önləyici tədbirlərin əhəmiyyəti çox böyükdür və biz ötən zaman çərçivəsində bunun əhəmiyyətini real həyatımızda hiss etdik. Bu ilin martında cənab Prezident mövcud xəstəxana potensialının bir hissəsinin koronavirus xəstələrinin müalicəsi üçün ayrılması barədə tapşırıq verməklə yanaşı, 2000 çarpayı yeri olan 10 ədəd modul tipli xəstəxananın alınıb gətirilib quraşdırılması haqqında sərəncam imzaladı və bu məqsədlə büdcədən 100 milyon manatdan artıq vəsait ayırdı.

O zaman koronavirusa gündəlik yoluxma halları çox aşağı idi və çoxumuz modul xəstəxanalara ehtiyac olmayacağını düşünürdük. Zaman göstərdi ki, cənab Prezidentin önləyici addımı nə qədər düzgün və faydalı oldu. İndi ölkənin 45 xəstəxanası bu xəstəliyə tutulanların müalicəsinə cəlb olunub, amma yenə yerlər çatışmır. Yaxşı ki, modul xəstəxanalar tikildi və bu yarana biləcək gərginliyin qarşısını xeyli almış oldu.

Cənab Prezident bu müsahibəsində bir daha bəyan etdi ki, "iqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı. Bununla belə, heç bir sosial layihəni təxirə salınmadı, ixtisar edilmədi".

Komitə sədri vurğulayıb ki, bu, Azərbaycan dövlətinin gücünün, qüdrətinin göstəricisi olmaqla yanaşı, dövlət rəhbərinin öz doğma xalqına inamının ifadəsi kimi çox qiymətlidir:

"Doğrudan da, pandemiya dövründə sosial müdafiə sahəsində nəinki axsama, geriləmə olmadı, əksinə digər sosial ödənişlərdən əlavə, 600 min manatlıq sosial müdafiə zərfi ehtiyacı olanlara təqdim edildi və həyata keçirildi. Bu il üçün nəzərdə tutulan sosial layihələr tərtib olunanda, təbii ki, koronavirus epidemiyası barədə məlumatlar belə yox idi və ölkənin 2020-ci ildə daha böyük həcmdə büdcə və ümummilli gəlirləri proqnozlaşdırılmışdı. Koronavirus pandemiyası ilə əlaqədar bir çox dövlətlər planlaşdırdıqları layihələri, o cümlədən sosial yönümlü layihələri məhdudlaşdırmalı, yaxud təxirə salmalı oldular. Azərbaycan Prezidenti isə heç bir sosial layihənin dayandırılmayacağını, əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələrin keçən ilə nisbətdə daha geniş olacağını bəyan etdi. Bu fikirləri iyulun 6-da verdiyi müsahibəsində bir daha diqqətə çatdıran cənab Prezident qeyd etdi ki, Azərbaycan sosial dövlətdir və bizim dövlətin çox etibarlı sosial müdafiə sistemi qurulub.

Cənab Prezident müsahibəsində aztəminatlı insanların sosial müdafiəsinin dövlətimizin daxili siyasətinin prioritet istiqaməti olduğunu bir daha xatırladaraq bildirdi ki, bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Bu il də əvvəlki illərdə olduğu kimi şəhid ailələri, müharibə əlilləri, hərbçilər dövlətimizin qayğısı ilə əhatə olunacaqlar: şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək.

Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. Dövlətin aztəminatlı ailələrə maliyyə dəstəyi davam edəcək, 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaqdır. Bəzi sosial şəbəkə "qəhrəmanları" və beşinci kalonun ünsürlərinin sevincinə rəğmən, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik. Cənab Prezidentin bu inamlı bəyanatı, xalqımızın gələn il də sosial təminat və sosial rifah içərisində yaşayacağının xoş müjdəsi olmaqla yanaşı, erməni dəyirmanını işlədən satqın antimilli ünsürlərin ağzına vurulan tərs şapalaq effekti verdi!".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 659   Tarix: 09 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 185
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 215
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

04.05.2024 321
.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

04.05.2024 248
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 248
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

04.05.2024 403
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

10:40 90
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 199
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

04.05.2024 160