"Dərslər sentyabrdan bu şərtlərlə başlaya bilər" - AÇIQLAMA

"Dərslər sentyabrdan bu şərtlərlə başlaya bilər" - AÇIQLAMABilirik ki pandemiya ilə əlaqədar məktəblər, ali təhsil müəssisələri ilə yanaşı hazırlıq kursları da hazırda fəaliyyətsizdir. Bu il mövcud vəziyyətlə bağlı xaricdə imtahanların əksəri ölkəmizdəki kimi, yəni online keçirilmədi. İmtahanlarda futbol meydançalarından və digər yerlərdən istifadə edildi. Maraqlıdır, Azərbaycanda da təhsil müəsissələri kimi fərdi hazırlıq kurslarının gedişində ləngimə ola bilərmi ? Sosial məsafə qorunmaqla dərslərin və hazırlıq kurslarının bərpası mümkündürmü?

Mövzu ilə bağlı Sonxeber. az-a danışan təhsil eksperti Kamran Əsədov açıqlamasında hazırlıq kurslarının fəaliyyət göstərməməsi məsələsinə toxunaraq bildirib ki, bu hal on minlərlə müəllimin, təhsil işçilərinin işsiz qalmasına səbəb olub:

"3 martdan pandemiya səbəbi ilə bütün tədris prosesi dayandı. Bununla yanaşı repititor fəaliyyəti və hazırlıq kurslarının da fəaliyyətinə məhdudiyyət tətbiq edildi. Əlbəttə ki, təhsil ölkədə öz ətrafında 2 milyondan çox şəxsi birləşdirən ən böyük sahədir. Ona görə də yoluxma dairəsi onun sayəsində daha çox ola bilərdi. Amma ölkədə həyata keçirilən profilaktik tədbirlər nəticəsində koronavirus nəzarətə alına bildi və ardınca 27 apreldən başlayaraq bir sıra sahələrdə yumuşaldıcı addımlar atılmağa başladı. Lakin bu yumşalıdcı addımlar təhsil sistemindən, xüsisi ilə iqtisadiyyata əmək haqqı, vergisi ilə dəstək verən hazırlıq kurslarına, tədris mərkəzlərinə yaxın gəlmədi. Artıq ali məktəblərə qəbul üçün buraxılış imtahanları, növbəti aydan qəbul imtahanları başlayır. Amma şagirdlər 3 martdan etibarən tədris prosesindən kənarda qaldıqları üçün bır sıra bilik və bacarıqları unudublar. May ayından etibarən ölkədə kafe, restoran və iri ticarət mərkəzlərinin fəaliyyətlərinə icazə verilsə də, tədris müəssisələrinə bu imkanın verilməməsi anlaşılan deyil.

Bunun fonunda isə hüquq-mühafizə orqanları sanki virusu yayan tədris mərkəzləridir kimi hansısa gizli fəaliyyət adını yapışdırqıları yerləri ifşa edirlər.

Birincisi bildirim ki, ölkədə ən problemsiz yerlər tədris mərkəzləridir ki, onlar uşaqlara bilik verir, onların inkişafına xidmət edirlər. Bu gün çayxanalar, restoranlar daha çox virus yaya bilər, nəinki hazırlıq kursları. Hazırlıq kurslarının fəaliyyətinə icazə verilməməsi 10 minlərlə insanın işsiz qalması, şagirdlərin biliklərinin azalması deməkdir.

İlk növbədə distant təhsilin qanunvericilik bazası hazırlanmalı və qəbul edilməlidir. Bundan sonra hər kəs üçün distant – online təhsilin əlçatanlılığının təmin edilməsi üçün resursları təmin etməlidirlər.

Dünya Bankının məlumatına görə, COVİD-19 pandemiyasına qədər, konkret desək, 2019-cu ildə dünyada elektron təhsil texnologiyalarına, online təhsil platformalarının yaradılmasına 18,66 milyard dollar investisiya yatırılmışdırsa, 2025-ci ildə bu göstəricinin 350 milyard dollara çatacağı planlaşdırılır.

2020-ci ilin fevral ayında dünyada "Zoom" istifadəçilərin sayı 2,2 milyon nəfər artıb, mart ayında gün ərzində 2,13 milyon dəfə yüklənmə olub. 2020-ci ilin dekabrında istifadəçilərin sayı 10 milyon nəfər, 2020-ci ilin mart ayında 200 milyon nəfər olub və şirkətin dövriyyəsi 42 milyarda dollara çatıb.

Bütün bunlar yaxın gələcəyin təhsildə yeni çağırışların olacağından xəbər verir. Biz isə təəssüf ki, bundan geri qalırıq, amma online dərslər tam şəkildə problemi aradan qaldırmayacaq. Çünki burda bir sıra spesifik fənlərin və labarotoriya işləri tələb edən fənlərin keçirilməsi mümün deyil.
Real vəziyyət ondan ibarətdir ki, mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi online dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir. Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Hətta bir sinifdə online dərslərdən 10-15 faiz şagird istifadə edə bilir, lakin internet tariflərində güzəştlər olarsa bu rəqəmlərin 70-80 faizə qədər qaldırılması mümkündür".

Təhsil eksperti Kamran Əsədov dərslərin müəyyən şərtlərlə sentyabr ayından açıla biləcəyini də bildirib. Ekspert bunun üçün bir neçə məqama diqqət çəkib:

"Qardaş Türkiyədə 8 televiziya kanalı bu prosesə qoşulub və distant təhsil də tətbiq edilməklə təhsildəki boşluqlar aradan qaldırılıb. Avropa və Amerika ölklərində də distant təhsil tam şəkildə təşkil edildiyi üçün onlarda təhsilin davamlılığında hansısa bir problem yaranmayıb.
Amma yeni tədris ilində yalnız bunlarla davam etmək olmaz. Çünki hər iki layihəyə orta məktəblərdə çalışan 150 min müəllimin yalnız 50-60 nəfəri cəlb olunur. Ona görə də yeni forma tətbiq edilməlidir. Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-+3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman isə sosial məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bundan başqa 4447 orta məktəbdə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant – online təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır. Nəzərə alsaq ki, Dövlət İmtahan Mərkəzi 3 iyundan etibarən hər dəfə azı 20 min şəxsin iştirak etdiyi imtahanlar təşkil edir və şagirdlər bu prosesə qoşulur, deməli, dediyim formada sentyabrda dərslərin başlaması mümkündür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10115   Tarix: 08 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

10:50 684
.

Honkonq 140 il ərzində ən isti aprelini yaşadı

Çin ən isti aprelini keçirib. BİG.AZ xəbər verir ki, 1884-cü ildə meteoroloji rekordların başlanmasından sonra Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi bu il ən isti aprel yaşadı. Honkonq Müşahidə Şurasının bəyanatına əsasən, aprel ayında havanın orta temperaturu 26,4 dərəcə olub. Subtropik iqlim zonasınd

10:28 33
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 410
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

15:11 227
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

16:17 141
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

16:48 134
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

20:29 0
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

20:37 831
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

12:05 428