Masallıda karantin qaydalarını pozan çay evi aşkarlandı

Masallıda karantin qaydalarını pozan çay evi aşkarlandı
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BiG.AZ-a verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.

Obyektə baxış zamanı orada olan çay evinin icarədarı Kənan Mirzəxanlı və müştərilərin karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslər Masallı Rayon Polis Şöbəsinə gətiriliblər və 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 369 Tarix: 07.07.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol