"Bu cür davam etsə SOCAR mənfəətin nə olduğunu "unutmalı" olacaq"

"Bu cür davam etsə SOCAR mənfəətin nə olduğunu "unutmalı" olacaq"Koronavirus pandemiyasının yaylmasına qarşı tətbiq edilən karantin rejimi səbəbindən ötən ildən neft bazarında davam edən böhran daha kəskin fazaya daxil oldu. Həmin xammala tələbin aşağı düşməsi ilə qiymətlərin kəskin azalması baş verdi. Bu, dərhal özünü bazarın iri oyunçularının maliyyə göstəricilərinin pisləşməsində göstərdi. Belə ki, ABŞ-ın ən iri neft-qaz şirkəti olan "Exxon Mobil Corp." son 30 ildə ilk dəfə birinci rübü zərərlə başa vurdu. İkinci rübün nəticələrinə görə, şirkətin yenidən zərər elan edəcəyi gözlənilir. Bazar şəraitinə cavab olaraq "Exxon" cari ildə kapital xərclərini 30%, əməliyyat xərclərini isə 15% azaldacağını elan etdi. Böyük Britaniyanın BP şirkətinin eyni dövrdə xalis zərəri 4,4 milyard ABŞ dollar oldu. Şirkət pandemiya şəraitində xərclərə qənaət etmək üçün bu ilin sonuna kimi 10 min iş yerini ixtisar edəcək.

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) vəziyyət necədir və şirkətin yeni bazar şəraitinə reaksiyası nə dərəcədə çevikdir?

İqtisadçı-ekspert Amal Həsənli bildirib ki, SOCAR dərhal xərclərin optimallaşdırmasına start verməsə, bir müddət mənfəətin nə olduğunu "unutmalı" olacaq.

Onun sözlərinə görə, SOCAR-ın yeni bazar şəraitinə adekvat cavab verməməsi onun dayanıqlığına ciddi təhdid yaradır: "Ötən il neft bazarı üçün kifayət qədər çətin il oldu. Qiymətlər 10%-dək ucuzlaşdı. Həmin ildə SOCAR-ın vəziyyətdən azda olsa mənfəətlə çıxması pozitiv hal oldu. Lakin bu il vəziyyət kardinal dərəcədə dəyişdi".

Ekspertin fikrincə, bu il neft sektoru üçün sözün həqiqi mənasında fəlakətli oldu.

"Qiymətlər tarixi minimum səviyyəyə düşərək mənfi həddlərə çatdı. "Qara qızıl"a tələb kritik həddə düşdü. Belə şəraitdə xərclərin optimallaşdırılması məsələsi mühüm əhəmiyyət qazandı. Qlobal bazarın aparıcı oyunçuları buna müvafiq olan addımlar atdılar. Kimi kapital və əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaltdı, kimi isə kütləvi işçi ixtisarlarına getdi",- o deyib.

İqtisadçı vurğulayıb ki, SOCAR-a münasibətdə analoji yanaşma hələlik müşahidə olunmur: "Şirkət qeyri rentabelli istiqamətlərdəki fəaliyyətini ya dayandırmalı, ya da əhəmiyyətli dərəcədə məhdudlaşdırmalıdır. İndiki halda xərclərin optimallaşdırılması şirkət üçün prioritetə çevrilməlidir. Bununla bağlı qərar nə qədər çox uzansa şirkətin maliyyə itkiləri də buna münasib olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2883   Tarix: 06 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi

Rusiyada azərbaycanlı iş adamı vəfat edib. İqtisadiyyat.az xəbər verir ki, 40 yaşlı Rafael Qəfər oğlu Mirzəyev bir müddət əvvəl işləmək üçün Moskvaya gedib. Bizneslə məşğul olan azərbaycanlının səhhətində problemlər yaranıb. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumu

08.05.2024 536
.

Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-c

08.05.2024 495
.

Mətanət Əsədova: "Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO

"Özümü sevirəm. Həyatım gözəllik, sevgi, eşq və Allahımla bağlıdır. Mənim heç kimdə gözüm yoxdur. Kim 10 dəfə ərə getdi, 20 dəfə boşandı, kimin milyonları var, axı bunlardan mənə nə? Bu kimi məsələləri oturub fikirləşdikcə insan çürüyər. Öz həyatımdan başqa məni kimsə maraqlandırmır. Heç kim! Məni

08.05.2024 508
.

Con Svinni Şotlandiyanın baş naziri oldu

Şotlandiya Milli Partiyasının yeni lideri Con Svinni səsvermədə iştirak edib. BİG.AZ xəbər verir ki, o, Şotlandiyanın yeni baş naziri olub. Qeyd edək ki, Con Svinni Həmzə Yusafın yerinə keçib. C. Svinni ölkənin keçmiş maliyyə naziri olub. Liderlik yarışında digər üç namizəd 31 səslə Duqlas Ross, 22 səsl

08.05.2024 138
.

Müğənni Günay makyajsız şəklini paylaşdı

Müğənni Günay İbrahimli makyajsız halı ilə gündəmə gəlib. BİG.AZ xəbər verir ki, o, İnstaqram sosial şəbəkəsində paylaşıb:. "Bəzən yol qət etmək üçün qaçmaq yox, dayanmaq gərəkdir. Yolumuz uzun". İfaçının fotosu çoxsaylı bəyənmə yığaraq, sevənləri tərəfindən xoş sözlər yazılıb

08.05.2024 269
.

Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA

İllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməs

08.05.2024 805
.

"Azərbaycanın Bolqarıstanla ikitərəfli münasibətləri strateji əmədaşlıq çərçivəsindədir" - Politoloq

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə mayın 8-də geniş tərkibdə görüşü keçirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycanın Bolqarıstanla ikitərəfli münasibətləri strateji əmədaşlıq çərçivəsindədir,qarşılıqlı hörmət və maraqlara əsaslanır:. "Dövlətlərimi

08.05.2024 159
.

Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək. Məlumata görə, görüş Ankaradakı prezident iqamətgahında baş tutacaq. Qeyd edək ki, Əli Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib

08.05.2024 186
.

İsrail ordusu son 24 saatda Qəzzada 100-dən çox yerə hava zərbələri endirib

İsrail ordusu son 24 saat ərzində Qəzza zolağında 100-dən çox yerə hava zərbələri endirib. xəbər verir ki, ordunun verdiyi açıqlamada Qəzza zolağına hücumlardan qaçan təxminən 1,5 milyon insanın sığındığı Rəfahın şərqində quru hücumlarının davam etdiyi bildirilib. Açıqlamada bildirilib ki, son 24 saa

08.05.2024 0