COVID-19-un son mutasiyası əvvəlkilərdən 8 dəfə tez yayılmaq gücünə malikdir

COVID-19-un son mutasiyası əvvəlkilərdən 8 dəfə tez yayılmaq gücünə malikdirYeni növ koronavirus, yəni COVID-19 çox təhlükəli virusdur. Hazırda onun mutasiyası çox müzakirə olunur və öyrənilir. İnsanların immunitetindən asılı olaraq virusun mutasiyası da fərqlidir. Yəni virus istənilən qədər mutasiya ola bilər. Mutasiyalar isə istənilən qədər təhlükə törədə bilər. Araşdırmalara görə, COVID-19-un son mutasiyası əvvəlkilərdən 8 dəfə tez yayılmaq gücünə malikdir. Digər mülahizəyə görə isə virus mutasiyaya uğradıqca zəifləyə də bilər. Hazırda mikrobioloqlar, virusoloqlar bununla ciddi məşğuldurlar.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev deyib.

Professorun sözlərinə görə, bəzən elə xəstələr olur ki, onlarda xəstəlik çox sürətlə inkişaf edir və həmin şəxslərin həyatı uğrunda mübarizə nəticə vermir. Nəticədə xəstə qısa müddət ərzində itirilir. Onların çoxu həkimə müraciət etmədən ev şəraitində özbaşına müalicə alanlar və ya virusun mövcudluğuna inanmayanlardır.

O bildirib ki, xəstəliyin müalicəsi ilə bağlı yeni təlimatlar hazırlanıb. Belə ki, əvvəllər xəstələr dərhal təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə müraciət edir və müalicə üçün xəstəxanaya gətirilirdilər. Hazırda xəstəxanaların işi çox gərginləşib. Qərar qəbul olunub ki, xəstəxanaya ciddi oksigen təminatına, süni tənəffüs aparatına qoşulmağa ehtiyacı olanlar gətirilsin. Digərləri isə poliklinikaya zəng edirlər. Sahə həkimləri gəlib onların vəziyyətini dəyərləndirir, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə zəng edir, ondan yaxma götürülür. Xəstənin vəziyyətinə uyğun olaraq onun ev şəraitində və ya xəstəxanada müalicəsinə qərar verilir. Pandemiya klinikaları isə ən ağır xəstələr üçündür.

S.Musayev bildirib ki, hazırda COVID-19-a yoluxanların böyük əksəriyyəti yas yerlərində, həmçinin insanların kütləvi toplaşdığı digər məkanlarda yoluxurlar. Hətta azyaşlılar arasında da yoluxmalar qeydə alınır. Ailəvi yoluxmalar zamanı hətta 7 aylıq körpənin də COVID-19-a yoluxması müşahidə olunub.

Klinikanın direktoru, həmçinin qeyd edib: "Ölkəmizdə COVID-19-a gündəlik yoluxma hallarının azalması üçün vətəndaşların sosial məsuliyyəti artmalıdır. Vətəndaşlar marketlərə maskasız gedir, sosial məsafəni qorumurlar. Yumşalma tədbirləri tətbiq edilən zaman kütləvi toplanma məkanları açılan kimi vətəndaşlar ora axın etdi və nəticə göz qarşısındadır. Yoluxma zəncirini qıra bilsək, görülən tədbirlər nəticəsini verəcək. Hazırda ölkəmizdə xəstələrin müalicəsi, xəstəxanaların dərman təchizatı ilə bağlı problem yoxdur. Dərman təchizatı yüksək səviyyədədir. Ləvazimat baxımından hər hansı çatışmazlıq yoxdur. On minlərlə kombinezon, xeyli sayda süni tənəffüs cihazı gətirilib və pandemiya xəstəxanalarına paylanılıb. Xəstələrin müalicəsi üçün hər cür şərait yaradılsa da, həyata keçirilən tədbirlərin istənilən effekti verməsi üçün vətəndaşların məsuliyyəti önəmlidir. Məsləhətim odur ki, özlərinin, ailələrinin sağlamlığı naminə maska taxsın, gigiyena qaydalarına əməl etsin, sosial məsafəni qorusunlar. Çünki biz uzun müddət bu virusla bir mühitdə yaşamaq məcburiyyətindəyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1670   Tarix: 05 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121