Azərbaycanda koronavirusa yoluxanların sayının artmasına səbəb... – Həkimdən açıqlama

Azərbaycanda koronavirusa yoluxanların sayının artmasına səbəb... – Həkimdən açıqlamaArtıq iki həftədir ki, ölkədə sərt karantin rejimi tətbiq olunur. Bu dövrdə yoluxmaların sayı 500-600 nəfəri arası dəyişib. Rəsmi qurumlar yoluxma sayının sabit saxlanıldığını bildirir.
Lakin eyni zamanda davam edən bu sayın mənbəyi də maraq doğurur. Maraqlıdır, sərt karantin rejimi dövründə yoluxanlar hansı kateqoriyaya aiddir? İşləyən, yəni şəhərdə hərəkət imkanları olanlar, yoxsa karantini evdə keçirənlər arasında daha çox yoluxma qeydə alınır?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, yoluxma halları, əsasən, şəhərə çıxan insanlar arasında baş verir:

"Koronavirusu sabitləşdirdiklərini deyirlər, bunun nəyi sabitləşmədir? Günə 500-600 adamın yoluxması Azərbaycan kimi kiçik ölkə üçün böyük rəqəmdir. Hesablayanda aya nə qədər adam edir. Bildirim ki, evdə oturanlar arasında çox yoluxma olmur. Amma onu ad deyim ki, iki-üç gün evdə oturmağın da heç bir əhəmiyyəti yoxdur. Çünki inkubasiyon dövrü 2,3, hətta 4 həftə müddətində davam edir. Həmən müddətdə istənilən adamın başqasını yoluxdurma imkanı var. Ona görə də məsələ diqqətdə saxlanılmalıdır. İş yerlərində təkcə temperaturun ölçülməsilə məsələ həll olmur. Xəstələr var ki, heç temperaturları yoxdur, amma koronavirus xəstəliyinə tutulublar. Yəni bu, çox müxtəlif forma və variantlarda gedir. Ona görə də empirik üsulla yoxlamalar hələ xəstəliyin vaxtında aşkar olunması üçün heç bir əsas vermir. Ev şəraitində oturan adamların xəstələnməsində əsas rolu ailədə işləyən fərd oynayır. Şəhərə çıxırlar, işə gedirlər, nəticədə yoluxurlar və gəlib evdəkiləri də yoluxdururlar".

Həkim iş yerlərində məsələnin tənzimlənmə yolları ilə bağlı da danışıb:

"İş yerlərində insanlar məsafəni gözləyirlərsə, əllərin təmizliyinə, kontakt məsələsinə nəzarət edirlərsə, maska taxırlarsa, onlarda yoluxma həddən artıq aşağı səviyyədə olacaq. İş yerlərində bu qaydalara tam şəkildə riayət olunmalıdır. Koronavirus icazə kağızına baxmır. Qurumlar əgər bunlara əməl etmirsə, şəxslər heç olmasa, öz səhhətlərini qorumaq üçün qaydalara fərdi olaraq riayət etsinlər. Bir şeyi də qeyd edim ki, işdə bir otaqda 20-30 nəfərin yığılması doğru deyil. İstənilən halda orada yoluxma olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4168   Tarix: 05 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428