Koronavirusa yoluxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır - FOTO

Koronavirusa yoluxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır - FOTODünyanı ağuşuna alan COVİD-19 infeksiyası hamilə qadınlardan və yeni doğulmuş uşaqlardan da yan ötməyib. Çox təəssüf ki, bu cür yoluxma halları ölkəmizdə də qeydə alınıb. Bəs gəlin görək, adıçəkilən infeksiyaya yoluxan hamilə qadınlar doğuşdan hansı şəraitdə azad olunur, onlara göstərilən tibbi xidmət hansı səviyyədədir? Həmçinin, yeni doğulmuş sağlam körpələrin infeksiyaya yoluxmuş ana ilə təmasının təşkili, bu və ya digər suallarımızı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı cavablandırdı.

BiG.AZ Trend-ə istinadən həmin müsahibəni təqdim edir:

- Bildiyiniz kimi, bu il aprel ayının 1-dən etibarən ATU-nun Tədris Cərrahiyyə Klinikası sırf koronavirus infeksiyası ilə infeksiyalaşmış xəstələrə tibbi xidmət göstərir. Rəhbərlik etdiyim şöbəyə isə yeni doğulanlarla yanaşı, COVİD-19 aşkar edilmiş hamilə qadınlar da yerləşdirilib. Bu səbəbdən də yeni doğulan körpələr xüsusi nəzarətimiz altındadır. Şöbəmiz ölkəmizdə infeksiyalaşmış yeni doğulanlarla bağlı ixtisaslaşmış fəaliyyət göstərən yeganə şöbədir ki, burada xüsusi protokollara riayət olunur. Koronavirus infeksiyasının yaşı az olduğu üçün ana bətnində körpələrin nə dərəcədə zədə alması və onlara infeksiyanın hansı dərəcədə mənfi təsir göstərməsi barədə məlumatlar olduqca azdır və bu hələ tam şəkildə öyrənilməyib. Düzdür, ayrı-ayrı inkişaf etmiş ölkələrdə bu sahədə müxtəlif araşdırmalar aparılmasına baxmayaraq, onlara əsaslanıb son söz demək də olmaz.

Qeyd edim ki, ana bətnində göbək ciyəsi ilə uşaqlarda yoluxma hallarının baş verib-verməməsi ilə bağlı Çində koronaviruslu 33 hamilə qadın üzərində araşdırmalar aparılıb. Bu qadınlardan dünyaya gəlmiş 30 körpədə müayinənin nəticələri neqativ, 3-də isə pozitiv çıxıb. 3 körpənin yoluxma səbəbi araşdırılanda məlum olub ki, onlar doğum zalında hava-damcı vasitəsi ilə yoluxublar. Biz qısa zamanda yeni doğulmuşlarla bağlı dünyada tərtib olunan protokolları araşdırdıq. Həmin protokolun versiyasını ölkəmizdə tətbiq edməyə başladıq. Körpələrdə hansı testlərin aparılması və metodların tətbiqi və s. ilə bağlı həkimlərimizi təlimatlandırdıq. COVİD-19 pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbəmizdə həkimlərin nəzarəti altındadır. Onlardan 12-si bizim klinikada dünyaya gələnlər, 4-ü isə digər klinikalardan köçürülənlərdir. 4-nün klinikamıza köçürülməsinə səbəb isə doğuşdan sonra anada koronavirus infeksiyasının aşkar olunması olub. Onu da qeyd edim ki, klinikamızda dünyaya gələn 12 körpənin heç birində COVİD-19 infeksiyasına yoluxma halı aşkar olunmayıb. Bu, bizim həkimlərimizin peşəkarlığından, onlara verilmiş təlimatlara düzgün əməl etmələrindən irəli gəlib. Digər klinikalarda dünyaya gələn körpələrdə infeksiyanın aşkar olunmasına səbəb doğuşda iştirak edən həkimlərin COVİD-19-a yoluxmaları olub və onlar vasitəsilə doğuş zalında körpələrə keçibdir.

- Bəs yeni doğulanların infeksiyaya yoluxmaması üçün şöbənizdə müvafiq şərait varmı?

- Körpələrin sağlam dünyaya gətirilməsi üçün demək olar ki, hər şəraitimiz var. Bunun üçün müasir avadanlıqlarla təchiz olunmuşuq. Tərəfimizdən hər cür qabaqlayıcı tədbirlər görülür. Qaydalara görə, ilk növbədə körpəni dünyaya gətirən həkimlər sayca az tərkibdə təyin olunmalı, göbək ciyəsi mümkün qədər tez kəsilməlidir. Körpə eyni zamanda doğuş zalından mümkün qədər tez xaric edilməlidir. Biz də fəaliyyətimizi sadaladığım qaydalara uyğun qurmuşuq. Bəzən körpənin tənəffüs yollarının aspirasiyası olur, ona süni tənəffüs vermək lazım gəlir. Gecikməmək üçün şöbəmizin doğum zalının yanında bütün avadanlıqlarla təchiz olunan otaqlar təşkil edilib. Körpə ana bətnindən xaric olunan kimi nəzərdə tutulmuş otaqlara götürülür və orada onlara yüksək səviyyədə lazım olan tibbi yardımlar göstərilir.

Onu da bildirim ki, klinkamızda iki ginekoloji mərtəbə fəaliyyət göstərir. 6-cı mərtəbədə doğum prosesi baş verir. Yeni dünyaya gələn uşaq doğum zalından tez xaric edilir və həmin mərtəbədə izləmə otağında yerləşdirilir və monitorinqi aprılır. Körpənin vəziyyəti stabilləşdikdən sonra həkimlər paltarlarını dəyişir və onu 5-ci mərtəbəyə yerləşdirirlər. Həmin an körpədən COVİD-19 testi götürülür. Bu, əsas şərtlərdən biridir. İzolyasiya küvez şəraitində olur.

- Bəs infeksiyaya yoluxmuş ana ilə körpə arasında təması necə yaradırsınız?

- Körpənin ana ilə təması vacib şərtlərdən hesab olunduğundan,qaydalara uyğun olaraq ana ilə körpə arasında təmas yaratmağa çalışırıq. Ailəyə infeksiya və yoluxma yolları, bu infeksiyanın süd vasitəsi ilə keçmədiyi barədə məlumat verilir. Ananın psixoloji durumu yol verirsə və özü razıdırsa, neytral zonda qaydalara uyğun olaraq ana ilə körpə arasında təmas yaradırıq. Maska taxmış ana uşağını qucağına alır və əmizdirir. Təmas yaratmaq istəməyən anaların körpələri isə sağılmış südlə qidalandırılır və onlarla görüntülü təmas yaradırıq.

Koronavirusa yoluxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır - FOTOKoronavirusa yoluxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır - FOTOKoronavirusa yoluxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır - FOTOKoronavirusa yoluxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1633   Tarix: 04 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788