İstehlakçılar belə aldadılır: Adı İvanovka, özü isə... - VİDEO

İstehlakçılar belə aldadılır: Adı İvanovka, özü isə... - VİDEOPaytaxtın əksər ərzaq mağazalarında İvanovka adı ilə süd və süd məhsulları satılır. Böyük əksəriyyət də bu qidaların məhz İsmayıllı rayonunun məşhur İvanovka kəndindən gətirildiyini düşünür. Amma ekspertlər deyir ki, bu ad altında süfrələrimizi bəzəyən məhsullar saxtadır. Bəzi işbazlar əhalinin Sovet illərindən İvanovka məhsullarına olan marağından istifadə edir.

Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramı maraqlı süjet hazırlayıb.

Sakin: "Mən ivanovka şoru, qaymağı, xaması alıram. Yəni onun mənşəyi mənə elə gəlir ki, bilinmir o harda düzəlib, bəlkə də biləcəridə zirzəmidə düzəlib".

Sakin: "Mən elə bir yaşdayam ki, baxan kimi bilirəm o haranındır, necədir və nətərdi".

Eyyub Hüseynov – AİB-in sədri: "Uzun illərdir Azərbaycanın əmtəə bazarında müəyyən yer adı ilə mallar satılır. Ən çox yayılmış İvanovka mal nişanı ilə satılan süd məhsullarıdır. Bakıda 20 İvanovka adı altında dükan fəaliyyət göstərir. İvanovka kəndi ilə heç bir əlaqəsi yoxdur, ordan süd alıb gətirmir".

Belə satışla məşğul olan mağazalardan birinin sahibi isə deyilənlərlə razılaşmır.

Market sahibi: "İsmayıllıdan gəlir hamısı. Öz maşınlarımız var, İvanovkanın özündən gətirirlər".

AİB-in sədri Eyyub hüseynov deyir ki, İvanovkadakı Nikitin adına balaca bir kolxoz hər gün min tonlarla ağartı məhsulunu istehsal etmək gücündə deyil.

Eyyub Hüseynov – AİB-in sədri: "İvanovka şoru, ivanovka pendiri və s. AIB-in tədqiqatı göstərir ki, Bakı ətrafında İvanovka mal nişanı ilə mal buraxan mmc -lər bəzən İvanovka kəndinin kolxoz sədri ilə müqavilə bağlayırlar. Güya süd vermək niyyətindədilər. Lakin belə bir süd gəlmir, əhali aldadılır".

Əməkdaşlarımız İvanovka adı altında istehsal olunan pendir sexlərinin birində olub və çəkiliş aparmaq istəyib. Lakin müşahidə kameralarından televiziya əməkdaşlarının gəldiyini görən sex işçiləri qapıları bağlayaraq onları içəri buraxmayıb. İçəridən gələn səslər isə istehsal prosesin getdiyindən, saxta ad altında məhsul istehsalından xəbər verir.

Eyyub Hüseynov – AİB-in sədri: "Mal nişanlarından İvanovka sözünü götürməlidilər onlar. Çünki əhali bunla aldadılır. Yəni İvanovka sözü olmalı deyil. Üstəlik bu coğrafi adlar haqda qanunvericiliyə də ziddir. Yəni İvanovka mal nişanı ilə mal buraxan bir müəssisə gərək İvanovka kəndində yerləşsin. İvanovkanın qanuni Bakıda 3 dükanı var, məhsullar yalnız oradan gətirilir" .

Nadejda Kihmenyova – Market sahibi: "Mən İvanovka kəndinin sakiniyəm. Özüm həftədə 2 dəfə gedib məhsulları ordan gətirirəm. Bakıda son zamanlar İvanovka adında çox mağazalar açılıb. İvanovkada heç o qədər süd yoxdu axı, bu qədər mağazaya gəlib çatsın. Ona görə bu sadəcə yalandır".

AQTA-dan isə bildirildi ki, hazırda bazarda İvanovka əmtəə nişanı altında bir sıra məhsullara rast gəlinir. İstehsalçı şirkətlər bunu bazar qaydalarına uyğun olaraq marketinq üsulu kimi təqdim edirlər. Müxtəlif vaxtlarda qeyd olunan əmtəə nişanı altında satılan məhsullarla bağlı yoxlamalar həyata keçirilib və istehsal prosesində qanuncvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri haqqında inzibati tədbirlər görülüb. Əgər vətəndaşlarda məhsulun tərkibi və təhlükəsizliyi ilə bağlı hər hansı şübhələr yaranarsa, agentliyin 1003 çağrı mərkəzinə məlumat verə bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2083   Tarix: 02 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

20:40 0
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 1521
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

13:20 137
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

17:30 89
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

18:40 0
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 180
.

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq. Mənbə yazır ki, Misir paytaxtında baş tutan görüşlərdə ABŞ-dən olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, Qəzzada saxlanıla

12:20 140
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 662
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

18:30 0