Ağladığı üçün azyaşlını döyüb öldürdü

Ağladığı üçün azyaşlını döyüb öldürdü
Türkiyənin Kayseri vilayətinin Pınarbaşı rayonunda bir şəxs birgə yaşadığı qadının uşağını öldürüb.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, 38 yaşlı Harun Sezer iki il nikahsız yaşadığı Emel Önerin üç yaşlı oğlu Alperen E.-ni döyərək qətlə yetirib.

Sonra o, uşağın meyitini evin qarşısında yerləşən qəbiristanlıqda basdırıb.

Polis hadisədən altı gün sonra xəbər tutub. Uşağın anası polis nəzarətinə götürülüb. Harun S. səkkiz gün sonra yaşayış olmayan tikilinin həyətində su quyusundan tapılıb. O, ifadəsində bildirib ki, uşaq ağladığı üçün onu döyüb öldürüb, bu zaman azyaşlının anasını başqa otaqda bağlı saxlayıb. Hadisədən ertəsi gün xəbər tutan qadın qorxudan bu barədə heç nə danışmayıb.

oxu.az

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2434 Tarix: 30.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər