Həkim Adil Qeybulla: "Yalnız bir yol var, vəssalam..!"

Həkim Adil Qeybulla: "Yalnız bir yol var, vəssalam..!"Aylardır karantin rejimində yaşasaq da, yenidən sərtləşdirilmiş karantin rejiminə qayıtsaq da, virus ölkəmizdə böyük sürətlə yayılır. Yoluxanların sayı nəinki azalır, əksinə artan xətt üzrə davam edir. Bəli, artıq hər kəsin yaxınında, tanışında yoluxan və ölənlər vardır. Sonuncu sərtləşdirilmiş karantin rejiminin tətbiqindən sonra insanların kütləvi şəkildə maska taxdığı müşahidə olunur, amma yoluxma azalmır. Səbəb nədir?

BiG.AZ Baku.ws-ə istinadən xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla yoluxmanın sürətlə artmasını belə izah etdi:

"Birdəfəlik yadınızda saxlayın, bu xəstəlik insandan insana keçir. Maska taxılsa, sosial məsafə və əllərin tez-tez dezinfeksiyası gözənilsə, yoluxmanın sayını azaltmaq olar. İnsanlar bir-birini qoruya bilər. Təəssüf ki, insanlar bir müddət buna riayət etmədi.

Vətəndaşları yetərincə təlimatlandırmadan karantin qaydalarının yumşaldılması böyük səhv oldu. İnsanları arxayınlaşdırmaq yox, virusla birgə yaşamağı öyrətmək lazım idi.

Bu yanlışlığın nəticəsi olaraq karantin rejimi yumşaldıqdan sonra insanların arxayınlaşması yoluxmanın artmasına şərait yaratdı. İnsanlar maskasız, heç bir sosial məsafə gözləmədən və dezinfeksiya qaydalarına əməl etmədən gəzdilər. Bu gün artıq biz bunun nəticələrini görürük. Biz artıq pik dövrünə doğru gedirik. Yoluxma sayının artım tendensiyası hələ bir müddət davam edəcək".

Professor bu bəladan yan keçməyin yolunu ancaq və ancaq qorunmaqda görür:

"Vətəndaşlar gigiyenik qaydalara ciddi əməl etməsələr, heç bir tədbirin xeyri olmayacaq. Hökumətin qərarlarını bir kənara qoyaq, insanlar da özünü qorumalıdır. Nə qədər ki insanlar buna əməl etməyəcək, problem daha da artacaq. Yalnız bir yol var: insanlar özünü qorumalıdır, vəssalam! Başqa variant yoxdur".

A.Qeybulla deyir ki, yoluxanların sayının çoxalması gözlənildiyindən bundan sonrakı mərhələdə ambulator xidmət düzgün təşkil olunmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3618   Tarix: 30 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 465
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 423
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 287
.

Əri tərəfindən başı kəsilən Sevincin TOY GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib. O, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb. Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş

10:14 960
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

15:44 169
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

13:00 411
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

14:51 58
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 329
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

15:45 209