Xalçaları necə təmizləməli? - Duz, sirkə və daha nələr...

Xalçaları necə təmizləməli? - Duz, sirkə və daha nələr...Yay aylarında qışa hazırlıq işlərinin içində xalça yuma da yer alır. Bu ən vacib təmizlik işlərindən biridir. Çünki xalça evdə istifadə olunan və daha çox kirlənən əşyadır. Onun növbəti qışa təmiz saxlanılması vacib məsələlərdəndir. Xalçaların bir neçə yuma üsulları vardır və bu üsullar xalçanın növünə görə dəyişir. Xalçaları təmizləyərkən onların zədələnməməsinə də diqqətlə yanaşmaq lazımdır. Düzdür son dövrlərdə xalça yuma ilə bağlı xidmət sahələri fəaliyyət göstərsə də, ancaq insanların böyük əksəriyyəti hələ də öz əllərilə xalçalarını yumağa üstünlük verilər. Xalçaların təmizlənməsi, yuyulması o qədər də çətin deyil.

BiG.AZ Lent.az-a istinadən xalçaların yuyulmasında diqqət etməli olduğunuz məqamları təqdim edir:

Krem rəngli xalçanıza qəhvə tökülə bilər və ya təkcə gündəlik yığılan çirklər və tozlar da ola bilər. Səbəbi nə olursa, olsun xalçaların baxılmasına və təmizliyə ehtiyacı var. Xalçadakı ləkələri suya qarışdırılmış xalça şampunu və sərt tükləri olan fırçanın köməkliyi ilə təmizləyə bilərsiniz.

Xalça təmizləmə tozunu xalçanın üzərinə eyni miqdarda səpin. Təxminən 30 dəqiqə tozu xalçanın üzərində saxlayın. Bütün gecə saxlasanız daha təsirli olacaq.Bu müddət ərzində içində səpilən toz xalçadakı çirkləri yumşaldacaq və qoxuları aradan aparacaq. Daha sonra tozsoranla təmizləyin.

Xalçaları necə təmizləməli? - Duz, sirkə və daha nələr...Xalça şampunu da xalçaların yuyulmasında istifadə olunan digər alternativ üsuldur. Bunun üçün ilk növbədə xalça şampununun istifadəsilə bağlı təlimatına diqqət etmək lazımdır. Şampunu su ilə qarışdırmadan əvvəl təlimatını mütləq oxuyun. Ümumiyyətlə bu cür təmizlik məhsullarının suya qarışdırılması mühümdür.

Xalçanızı çox islatmayın, çoxlu yuyucu toz da əlavə etməyin, çünki bu cür xalçanın quruma müddətini də uzatmış olacaqsınız. Gec təmizlənən ləkələrin üzərinə sərt tüklü fırça istifadə edərək, sürtün. Xalçanı qurumağa qoyun. Quruduqdan sonra, şampun qalıqlarını tozsornala süpürün.

Bəs təbii yollarla xalçaları necə təmizləmək olar?

Mətbəxdəki məhsullardan istifadə etməyi sevirsinizsə, sizin üçün bəzi tövsiyələr verə bilərik. Mineral suyun ləkə təmizləmə məsələsində təsiri aşkar bir həqiqətdir, amma təzə ləkələr üçün duz istifadə etmək də yaxşı seçimdir. Soda xalçanın tüklərinə hopmuş pis qoxuları da təmizləyir. Yeni təmizlik metodlarını tətbiq etməzdən əvvəl, ilk növbədə bunu xalçanın görünməyən bir hissəsində sınaqdan keçirməyi unutmayın.

Ləkələri quruyub xalçaya yapışmadan əvvəl təmizləmək ən yaxşı üsuldur. Ləkə hopduraraq təmizləməməlisiniz, yəni sürtərək silmək ləkənin xalçaya daha çox yayılmasına səbəb olacaqdır. "Xalça ləkəsi nə ilə təmizlənə bilər?" soruşursunuzsa, yuyucu tozların istifadə edə bilərsiniz və ya ləkənin növünə görə aşağıdakı üsulları tətbiq edə bilərsiniz:

Xalçaları necə təmizləməli? - Duz, sirkə və daha nələr...Saqqız kimi yapışqan maddələrin üzərinə buz qoyub ləkənin sərtləşməsini təmin etməklə təmizlənməsini daha asanlaşdıracaqsınız.

Qoxusu olan ləkələr üçün eyni miqdarda ilıq su və sirkə qarışdırın, daha sonra ləkənin üzərinə təmizlik bezilə sürtün.

Xalçaları ev şəraitində təmizləmək üçün müxtəlif təbii vasitələr də istifadə olunur. Məsələn,

Duz

Xörək duzu xalçaya qalın qatla səpilir, xalça süngər və ya şotka ilə yaxşı təmizlənir və sonra duz tozsoranla yığılır.

Sirkə

1 l su üçün 2 xörək qaşığı sirkə götürülür. Xalçanı sirkəli suda isladılmış süngər və ya şotka il yaxşı təmizləyin.

Su naşatır spirti ilə

1 l su üçün 1 x.q. naşatır spirti götürülür.

Sodalı su

1 l su üçün 2 xörək qaşığı soda götürülür. Sodanı suda həll edin və bu məhlulla xalçanı təmizləyin.

Xalçaları necə təmizləməli? - Duz, sirkə və daha nələr...Sonda isə qeyd edək ki, əgər xalçalarınız evdə yumaq sizin üçün çətin prosses kimi görünürsə, bu zaman onların dərindən yuyulması üçün ən azı 6 aydan bir ixitsaslaşmış bir xalça yuma firmasına verilməsi lazımdır. Xalçanın necə yuyulduğunu dəqiq bilməyən avtomobil yuma yerlərindən çəkinmək lazımdır. Çünki bu yerlərdə xalçalarınız təmiz yuyulmamaqla yanaşı zədə də görə bilər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2555   Tarix: 30 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tarixin ən uzun uçuşu: quşlar eniş etmədən nə qədər uça bilər?

Təxminən bir sutka davam edən Avstraliyaya uçuş uzun səfər kimi görünə bilər, lakin uzunqanad adlanan quşun bacardığı ilə müqayisədə bu, xırda bir məsələdir. Bir çoxumuz bir neçə saatdan sonra narahat olmağa başlayırıq, özü də yerimizdə oturduğumuz halda. İndi isə təsəvvür edin ki, havada qalmaq üçü

15.12.2025 448
.

Musiqi dinləyərək yatmayın - Alimlər XƏBƏRDARLIQ etdi

Yuxu zamanı televizor, podkast, musiqi və ya "ağ səs" kimi arxa plan səslərindən istifadə geniş yayılıb. xəbər verir ki, elmi araşdırmalar bu vərdişin hər zaman zərərsiz olmadığını göstərir. Neyroelm mütəxəssisləri bildirirlər ki, səsli mühitdə yatmaq beynin tam sakitləşməsinə mane olur, dəri

14.12.2025 423
.

Troya müharibəsi həqiqətən olubmu?

Qədim yunan əfsanəsinə görə, Troya müharibəsi troya şahzadəsi Parisin evli olan Sparta gözəli Yelenaya aşiq olması ilə başlayıb. Yelenanın əri Menelay bunu öyrənəndə qisas almağa qərar verir. Qaynarinfo "Sky News"a istinadən xəbər verir ki, Menelay - Sparta şəhər-dövlətinin hökmdarı - Troyay

08.12.2025 519
.

Alimlər dünyada ilk dəfə "toxunula bilən" ekran yaratdılar

Kaliforniya Universitetinin (Santa-Barbara) alimləri təsviri göstərməklə yanaşı, ekranın səthində hiss olunan relyef formalaşdıra bilən eksperimental displey təqdim ediblər. Qaynarinfo xəbər verir ki, layihə haqqında məlumat "Science Robotics" jurnalında dərc olunub. Burada Yon Visselin rəhbərli

08.12.2025 397
.

"ChatGPT" niyə bizə ləng cavab verir? - SƏBƏBLƏR

Süni intellekt çatbotu olan "ChatGPT", düşündüyümüzdən daha tez həyatımıza inteqrasiya olub. xəbər verir ki, demək olar hər sualı ona yönləndirir və cavablarını da nəzərə alırıq. "ChatGPT" əksər vaxt tez cavab verir, lakin bəzən gözləniləndən daha yavaş işləyə bilər. Tez-tez verilə

07.12.2025 412
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 246
.

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10

09.12.2025 609
.

"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın

Bayramların əsas rəmzi olan şam ağacını düzgün yerdə yerləşdirmək təhlükəsizliyə görə son dərəcə vacibdir. Canlı ağac bir neçə saniyəyə alışa, süni ağac isə qızmış işıqlar və ya istilik mənbələri yaxınlığında qısa zamanda təhlükə yarada bilər. Buna görə də ağacı harada quracağınızı əvvəlcədən düşünmə

14.12.2025 458
.

Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı: Azərbaycan neçəncidir?

Dünyanın ən yaxşı mətbəxləri açıqlanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq qiymətləndirmələrə görə, ləzzət sıralamasında aşağıdakı 100 ölkə yer alıb. Siyahıda Azərbaycan və ona sərhəd ölkələr - Türkiyə, Qazaxıstan, Rusiya, İran, Ermənistan və Gürcüstan yer alıb. Həmin siyahın

08.12.2025 1952
.

TOP MP3