Türkiyəli ekspert: "TANAP geosiyasi baxımdan əhəmiyyətli layihədir"

Türkiyəli ekspert: "TANAP geosiyasi baxımdan əhəmiyyətli layihədir"Artıq iki ildir Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunmuş Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Azərbaycan qazının kommersiya məqsədi ilə Türkiyəyə nəqlinə başlanılıb. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, bu ilin yanvar-may ayları ərzində TANAP ilə Türkiyəyə 1,6 mlrd kubmetr qaz nəql olunub. İstismara veriləndən iyunun 1-dək TANAP-la Türkiyəyə 5,47 mlrd kubmetr qaz ötürülüb. TANAP-ın baş direktorunun bu ayın ortasında verdiyi məlumata görə, iyunun 30-da TANAP-la nəql olunmuş qazın həcmi 6 mlrd kubmetrə çatdırılacaq. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.

"Damnus Energy & Investment Inc."in İdarə Heyətinin sədri Nüsrət Cömərt "Report"-a bildirib ki, Türkiyə TANAP vasitəsilə ildə 6 mlrd kubmetr, Avropa isə ildə 10 mlrd kubmetr təbii qaz alacaq, 10 mlrd kubmetr həcmində qaz Avropanın təbii qaz istehlakında böyük həcm kimi görünməsə də, həm strateji, həm də geosiyasi baxımdan əhəmiyyətlidir.

Ekspert TANAP-ın gələcəkdə Türkiyənin enerji ticarət mərkəzi olması və enerji təhlükəsizliyi baxımından çox önəmli olduğunu vurğulayıb. O, TANAP layihəsinin Azərbaycan üçün isə onun Avropanın təbii qaz iştirakçılarından birinə çevrilməsi nöqteyi-nəzərindən əhəmiyyətli olduğunu qeyd edib.

"Avropa dünyada xüsusi rola malik olan enerji bazarı, Orta Asiya, Yaxın Şərq və Şərqi Aralıq dənizi regionu isə enerji mənbəyidir.Türkiyə bu bazar və mənbələrin arasında enerji körpüsü və potensial enerji ticarət mərkəzi hesab olunur.Avropa uzun müddətdir ki, təbii qaz tələbatını yerli hasilatçılarla yanaşı, Rusiya Federasiyası, Norveç, Əlcəzar və az miqdarda Türkiyə-Yunanıstan arasındakı boru xətti və LNG idxalı ilə təmin edir. Avropa enerji təhlükəsizliyini təmin etmək üçün mənbə və marşrutların şaxələndirilməsini hədəfləyib. Bu məqsədə xidmət edəcək TANAP-la Türkiyəyə qaz nəqlinin ikinci ili tamamlanır. TANAP çox əhəmiyyətli boru kəməridir. Bu layihəni həyata keçirənləri təbrik edirəm", - o deyib.

Ekspert bildirib ki, mövcud iştirakçılarla yanaşı, ABŞ-ın da LNG bazarı olaraq gördüyü Avropaya boru xətləri vasitəsilə nəql çox önəmlidir: "Bu, mənbə, tranzit və bazar arasında qarşılıqlı bağlılıq yaradır ki, enerji balansında bu vacibdir. Koronavirus pandemiyası tələbatı azaldıb, ABŞ-dan və digər ölkələrdən daşınması nəzərdə tutulan çoxlu sayda LNG karqosu ləğv edilib, buna görə də yeraltı qaz anbarları doludur, Avropa Ukraynadakı anbarlarını doldurub. Belə vəziyyətlərdə reallaşdırılmış bu cür infrastruktur layihələri və uzunmüddətli müqavilələr daha çox əhəmiyyət daşıyır".

Ekspert TANAP-ın Azərbaycanın Türkiyədəki neft emalı zavodu (STAR) və neft-kimya kompleksi ("Petkim") ilə birgə bölgə iqtisadiyyatında əhəmiyyətli sərmayə olduğunu qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 458   Tarix: 30 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678