"Elə bil qarşısına məqsəd qoymuşdu" - Mübariz İbrahimovun müəllimi danışır

"Elə bil qarşısına məqsəd qoymuşdu" - Mübariz İbrahimovun müəllimi danışır"Mübarizi həmişə məktəb pilləkənlərinin yanında görərdim və o pilləkənin qarşısında olan pəncərədən saatlarla çölə baxardı".

Bunu "MediaPost"a açıqlamasında Milli Qəhrəman Mübariz İbrahimovun məzun olduğu şəhid Malik Piriyev adına Əliabad kənd tam orta məktəbinin direktoru Bəsirə Rüstəmova deyir.

O həm də Mübariz İbrahimovun müəllimi olub:

"Mən ona 10 il dərs demişəm, rus dili fənnini tədris edirdim. Çox sakit uşaq idi, öz aləmi vardı elə bil. Çox danışmağı sevməzdi. Dərslərini orta qiymətlərlə oxuyurdu, həvəsli uşaq idi. Mən heç vaxt onun kiminləsə mübahisə etdiyini görmədim, əksinə, qrupda kimsə dalaşardısa, o, həmişə uşaqları sakitləşdirər, imkan verməzdi biri digərini vursun. Bənzərsiz, təmkinli uşaq idi. Nizam-intizamına isə söz ola bilməzdi".

"Həmişə Mübarizə "ağıllım" deyirdim..."

"Bir dəfə məndən soruşdu ki, müəllimə, mənə həmişə nə deyirsiniz? Mən onda bilmədim nə cavab verim, çünki nəyi nəzərdə tutduğunu bilmirdim... Ancaq mən ona həmişə "ağıllım" deyirdim.

Mənimlə rahat söhbət edə bilirdi, tez-tez yanıma gəlib suallar verirdi. Günü bu gün də yadımdadır. Birinci siniflərin ilk tədris günü idi, balaca Mübariz yaxınlaşıb dedi ki, müəllimə, baxın, köynəyim yenidir. Dedim nə gözəl köynəkdir, o da qol hissəsinə fərqli parçadan tikilmiş iki xətti göstərib dedi ki, lap "soldat" geyiminə oxşayır. Təsəvvür edin, onda hələ 6 yaşındaydı...", - Bəsirə xanım söhbətini davam etdirir.

O, öz sevimli şagirdinin şəhidlik zirvəsinə yüksəldiyi xəbərini aldığı anı belə xatırlayır: "Mübarizin şəhid olma xəbərini eşidəndə onun öz məqsədinə çatdığını düşündüm. Elə qəribə hissdir ki... Çünki mən ona ilk sinifdən dərs demişəm, onu illərlə tanıyan insanam. İşğal olunmuş torpaqlarımız, əsirlərimiz, şəhidlərimiz haqqında danışanda deyirdi ki, qisasını alacağam. Elə bil qarşısına məqsəd qoymuşdu. Dedi və etdi! Sonradan dəftərlərinə baxanda da gördük ki, işğal olunmuş torpaqlarımızı qələmlə haşiyəyə alıb. Sanki o, millət eşqindən yoğrulmuşdu".
"Elə bil qarşısına məqsəd qoymuşdu" - Mübariz İbrahimovun müəllimi danışırMübarizin boya-başa çatdığı həyətdə muzey yaradılıb. Muzeydə Mübariz İbrahimovun məktəb illərindən qalan kitab və digər dərs ləvazimatları, şəkilləri var. Şəhidin ailəsi də Milli Qəhrəmanın bəzi əşyalarını muzeyə hədiyyə edib.

Bundan başqa, onun hərbi formadakı böyük şəkli ikimərtəbəli məktəbin girişində, hündür yerdə asılıb. Guşə, Mübariz İbrahimovun təhsil aldığı sinif otağı, oturduğu parta xüsusi diqqət ilə qorunur.

Şəkil çəkdirmək ayrılıq deyilmiş, elə olsaydı...

"Həmişə şəkil çəkdirməkdən qaçırdı, istəmirdi kimsə onu çəksin. Onunla bircə dənə də olsa, şəklimiz yoxdur. Məncə, az adam tapmaq olar ki, Mübarizlə şəkli olsun. Həm ciddi uşaq idi, həm də mehriban".

"Bu, Mübarizin son gəlişi idi məktəbə"

B.Rüstəmova Milli Qəhrəmanın oxuduğu məktəbə sonuncu gəlişini belə xatırlayır: "Sonuncu dəfə məktəbimizə gəlib bütün müəllimləri ilə bir-bir görüşdü, halallaşdı. Bilmirdik ki, onu nə gözləyir. Sonra sizin eşitdiklərinizi biz də eşitdik...Atası Ağakərim kişi oğlunun arzusunu yerinə yetirdi. Mübariz demişdi: "Mən şəhid olandan sonra Azərbaycan bayrağı evimizin önündən asılsın". Bəli, Mübariz arzusuna çatdı".

O qeyd edib ki, M.İbrahimovun ailəsi yaşadıqları rayonda, kənddə həmişə böyük hörmətə sahib olublar: "Burada yaşayan, onların ailəsini tanıyan hər kəs bilir ki, İbrahimovlar ailəsi necədir. Hər kəsə əl tuturlar, ətraflarındakı imkansız ailələrə kömək edirlər. Ailəlikcə zəhmətkeşdirlər. Siz min ailəyə yaxınlaşsanız, hamısı eyni sözü deyəcək. Ailəlikcə təsərrüfatla məşğuldurlar. Tək dəyişiklik Mübarizin o evdə olmaması, ancaq hər bir azərbaycanlının qəlbində yaşamasıdır.

Məktəbimizin məzunu özünə bu yolu seçdi. Vətənə, Torpağa qarşı olan məhəbbəti onu ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucaltdı.

Prezident İlham Əliyevin söylədiyi kimi: "Mübariz bilirdi geri qayıda bilməyəcək və Mübariz bilirdi onu nələr gözləyir, ancaq Vətənə, Torpağa qarşı olan məhəbbəti onu şəhidlik zirvəsinə ucaltdı".

Heç vaxt unudulmayacaqsan və həmişə yaddaşımızda qalacaqsan, mənim cəsarətli, qorxmaz, qayğıkeş, səmimi şagirdim, ağıllım".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1407   Tarix: 20 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 971
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

28.04.2024 271
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 174
.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

28.04.2024 176
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

28.04.2024 228
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28.04.2024 179
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 147
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 314
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

28.04.2024 194