Ekspert: "Karbamid gübrəsinin daxili istehsalı strateji əhəmiyyət daşıyır"
Azərbaycanda neftdən asılılığın azaldılması strategiyası çərçivəsində qeyri-neft sektorunun inkişafı istiqamətində iş aparılır. Son illərdə qeyri-neft sektorunda bir sıra əhəmiyyətli layihələr həyata keçirilib. Bunlardan biri də "SOCAR Carbomide" zavodunun fəaliyyətə başlamasıdır.
Ümumiyyətlə, karbamidin daxildə istehsalının təşkilinin nə kimi üstünlükləri var?
Bu barədə "APA-Economics"ə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun mineral gübrələr laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru Məmməd Məmmədov bildirib ki, karbamid gübrəsinin daxildə istehsalının strateji əhəmiyyəti var: "Bu, ilk növbədə, idxaldan asılılığı azaltmaqla ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verir. Digər tərəfdən, gübrələrin alınmasına xərclənən vəsait artıq milli iqtisadiyyatımızda qalır. Eyni zamanda yerli istehsal olan karbamidin maya dəyəri daha aşağıdır. Bu isə həmin gübrəni fermerlərə daha sərfəli şərtlərlə satmağa imkan verir. Nəticədə kənd təsərrüfatı məhsullarının maya dəyəri aşağı düşür və onların xarici bazarlarda rəqabət qabiliyyəti artır".
Karbamidin kənd təsərrüfatı üçün önəminə toxunan M. Məmmədov qeyd edib ki, bu gübrə azot itkisini azaltmaqla kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə böyük töhfə verir.
"Karbamid azot gübrəsidir. Azot isə bitkilər üçün həyat deməkdir. Bizdə karbamid istehlakı əvvəlcədən aşağı olub. Belə ki, həmin gübrə idxal olunduğundan alıcılar üçün baha başa gəlirdi. Bu səbəbdən ölkəmizdə ənənəvi olaraq silitra kimi tanıdığımız ammonium nitrata üstünlük verilib. Hərçənd ki, karbamid ondan iki dəfə daha güclüdür və bitki üçün az zərərlidir. Digər tərəfdən, o, ammonium nitrata nisbətən yuyulmaya daha davamlıdır. Karbamid torpağın münbitliyinin qorunub saxlanılmasında da böyük rol oynayır. Bu gün karbamidin daha əlçatan olması yaxın və orta perspektivdə daxildə onun istehlakının əhəmiyyətli dərəcədə artacağını düşünməyə əsas verir", - deyə ekspert vurğulayıb.
Xatırladaq ki, "SOCAR Carbomide" zavodu 16 yanvar 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilmişdir. Zavod 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin təxminən 70%-i ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə ildə 160 mln. ABŞ dollarınadək əlavə gəlir əldə etməyə imkan verəcəkdir. Karbamid zavodu hazırda qeyri-neft sektorunda həyata keçirilən, ümumi dəyəri təxminən 800 mln. avro olan ən böyük layihədir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 647 Tarix: 19 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto
Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl
18.12.2025 323 1 milyon manatlıq dələduzluq edənlərə HÖKM OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə "056" avto salonunun sahibləri, 14 nəfərə qarşı bir milyon manatlıq dələduzluq edən Fərid Cəlalov və Kamil Habillinin cinayət işi üzrə məhkəmədə hökm oxunub. xəbər verir ki, məhkəmə Kamil Habillinin və Fərid Cəlalovu
18.12.2025 167 Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir
"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk
18.12.2025 215 Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal
18.12.2025 244 Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)
Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra
18.12.2025 247 Balaəlinin ikinci övladı oldu
Tanınmış meyxanaçı Balaəli Maştağalının ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə "İncə səhər" verilişində aparıcı Vüsalə Əlizadə məlumat yayıb. O, meyxanaçının oğlunun dünyaya gəldiyini bildirib. Qeyd edək ki, Balaəlinin Dəniz adlı bir qız övladı da var
18.12.2025 420 Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk
Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu
18.12.2025 284 Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?
Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin
18.12.2025 390 Mehriban Xanlarovadan haqqında çıxan iddialara - Cavab
Əməkdar artist Mehriban Xanlarovanın Respublika Narkoloji Mərkəzinə və Psixi Sağlamlıq Mərkəzinə yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Axşam.az-ın məlumatına görə, aktrisa çıxan xəbərləri təkzib edib. O, evindən paylaşım edərək bunları deyib:. "Məni heç kim Narkoloji Dispanser
18.12.2025 242