Dələduzların ümidinə qalan Mənsimov - FOTOFAKT

Dələduzların ümidinə qalan Mənsimov - FOTOFAKTFETÖ ilə işbirliyinə görə Türkiyədə həbs edilən biznesmen Mübariz Mənsimov günahlarının üstü açıldıqca və əli hər şeydən üzüldükcə müxtəlif şəxslərin vasitəsilə ölkə rəhbərliyinə müraciətlər hazırlatdırır. Təbii ki, nüfuzlu təşkilatlar, QHT-lər və şəxslər işin mahiyyətini bildiyinə görə bu "müdafiə şousunda" iştirak etməkdən imtina edirlər. Belə olan təqdirdə Mənsimovun PR komandası müxtəlif dələduzların xidmətlərinə əl atır. Bu da cəmiyyətdə gülünc doğurmaqdan başqa bir işə yaramır.

Bu günlərdə müflis elan olunan Mənsimovun "Palmali" şirkətinin sosial şəbəkə hesabında bir MMC tərəfindən hazırlanan bəyanat paylaşılıb. Müraciətin hər cümləsinin hər sözündə olan hərf səhvləri bir yana, məzmunu da oxuyanlarda gülüş doğurub. Heç kimin tanımadığı bir MMC Azərbaycanda 5 milyon Qarabağ qazisi və şəhid ailəsini təmsil etdiyini iddia edir (halbuki ölkə əhalisinin sayı ümumilikdə 10 milyon təşkil edir).

Görünən odur ki, Azərbaycanda şirkət yaradılması üçün prosedurların asanlaşdırılmasından istifadə edən bir qrup dələduz Milli Qəhrəman Mübariz İbrahimovun adından istifadə edərək Məhdud Məsuliyyətli Cəmiyyət yaradıb və bu kimi sifarişləri yerinə yetirir.

Dələduzların ümidinə qalan Mənsimov - FOTOFAKTHazırladıqları mətndən heç 5 nəfəri təmsil edəcək savadda olmadıqları aydın görünən bu şəxslər Mübariz Mənsimov timsalında müştəri əldə edərək özlərini də bütün ölkəyə biyabır etmiş oldular.

Xatırladaq ki, martın 17-də həbs edilən iş adamı Mübariz Mənsimova qarşı FETÖ terror təşkilatına üzv olmaqla bağlı rəsmi ittiham irəli sürülüb.

"Anadolu" agentliyinin məlumatına görə, İstanbul Baş Prokurorluğu Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən hazırlanan ittiham aktında müttəhim Mübariz Mənsimovun və onun əlaqədə olduğu şəxslərin fəaliyyətləri barədə araşdırma aparıldığı bildirilib.

İttihamda Mübariz Mənsimovun FETÖ/PDY silahlı terror təşkilatının Rusiyadakı məktəblərinə pul köçürdüyünə dair internet vasitəsilə araşdırma aparıldığı qeyd olunub. Araşdırma nəticəsində "Atlantic İnternational School" adlı məktəbin idarə heyəti üzvlərinin adlarının və fotoşəkillərin olduğu veb-link görüntülərində M.Mənsimovla yanaşı təşkilat üzvü və rəhbəri, axtarışda olan Akın İpek, Harun Tokak və İhsan Kalkavanın da olduğu iddia olunub.

İttiham aktında Mənsimovun FETÖ/PDY lideri Fətullah Gülənin qardaşı oğlu Səlman Gülən ilə də əlaqələrinin olduğu ifadə edilib.

Təqsirləndirilən Mübariz Mənsimovun "silahlı terror təşkilatına üzv olmaq" səbəbilə 7 il 6 aydan 15 ilə qədər həbs cəzası istənilib. İddianamə İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

Təqsirləndirilən şəxslərin məhkəməsi yaxın günlərdə baş tutacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2242   Tarix: 19 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 173
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 383
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 380
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 130
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 221
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 694
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 511
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284