Röya Ayxan dəbdəbəli evini nümayiş etdirdi - İLK DƏFƏ/FOTO

Röya Ayxan dəbdəbəli evini nümayiş etdirdi - İLK DƏFƏ/FOTOXalq artisti Röya Ayxan dəbdəbəli evinin qapısını ilk dəfə İTV-də yayımlanan "Gəl, qonaq ol" verilişinə açıb.

Teleqraf. com xəbər verir ki, Röya Ayxan ailə üzvləri ilə birlikdə maraqlı açıqlamaları ilə diqqət çəkib.

Valideynlərindən danışan xalq artisti bu sözləri deyib:

"Anamla atam küsülü idilər, danışmırdılar. Atam 10 ildən sonra bir dəfə gəldi, sonra qardaşlarım dünyaya göz açdı. Yəni 10 ildən sonra qardaşlarım doğuldu. Vallah mənim atam və anam başqası ilə evlənməyiblər. Biz doğmayıq və sadəcə bu qədər yaş fərqimiz var. İsmayıl və Ayxanı Allah bizə çox görməsin, əkizdirlər.

Ailəmiz böyükdür, altı xalam, bir dayım var. Özümüz-özümüzlə dava edirik, bizə başqası lazım deyil. Anam deyir ki, xalana zəng eləmə, mən ondan incimişəm. Sonra da deyir ki, mən xalanla danışıram, sən kimsən, qarışırsan".

Xalq artistinin atası Yaqub bəy isə ailəsi haqqında bu sözləri söyləyib: "Gecə saat 2-3-də toydan gələrdim, onlar məni gözləyərdilər. Mən gəldikdən sonra yatardılar. İndi oğlanlarım üçün uşaqlıqda etmədiklərimi və edə bilmədiklərimi edərdim. Həmişə uşaqlarım üçün əziyyət çəkmişəm və bəhrəsini də görmüşəm. Röyalə uşaq vaxtından həmişə birinci olub.

O, mənim kimidir. Çox işlərini özüm görürdüm, anasına arxayın ola bilmirdim. Anası cavan idi, 18 yaşı vardı. Həyat yoldaşımla demək olar ki, bir yerdəyik. Oğlanlarım Türkiyədə oxuyurlar. Biz sənət üstündə ayrılmışıq".

Daha sonra Röya Ayxan qeyd edib: "İndi atamın ən xoşbəxt günləridir. Çünki Ayxan ilə İsmayıl uşaqlıqdan Türkiyədə böyüyüblər, Bakıya iki dəfə gəlmişdilər. Atam həmişə onları görməyə gedirdi. Onlar Bakıda hərbi xidmətlərini başa vurdular və karantinə görə burada qaldılar.

Türkiyənin vətəndaşı olmaq üçün buraya gəldilər, karantin oldu, Bakıda qaldılar. Mamama deyirəm ki, kişinin arzusu yerinə yetdi. Neçə il idi ki, bu uşaqlara həsrət idi. İndi iki aydır ki, buradadırlar".

Röya Ayxan uşaqlıq illərindən fotosunun olmadığını da etiraf edib: "Uşaqlığım ata-ananın boşanması ilə keçdiyi üçün o illərdən foto yoxdur.
Anamın xətrinə dəyəndə, tez atam zəng edir. Bilirəm ki, anama şikayət edib. Atam deyir ki, onunla işin olmasın. O sizin üçün çox əziyyət çəkib. İndi yeddi-səkkiz il var ki, bir-birini qoruyurlar. Mamam xəstələnmişdi, İstanbulda karantinə almışdılar. Onu çox yormaq istəmirəm".

Röya Ayxanın anası Telli xanım isə Türkiyədən telefon vasitəsilə verilişə qoşulub.

O, aparıcının "Həyat yoldaşınıza deyəcəyiniz sözlər varmı?" sualına "Uşaqlarımın atasıdır, mənim də ömür-gün yoldaşımdır. Ayrı olsaq da bərabərik. Bizim qəlbimiz heç ayrılmadı. Sevgi unudularmı? Ana və atanın fəxri gözəl övladdır. Dəli-dolu qızdır, amma Allah ondan razı olsun" - deyə, cavab verib.

Röya Ayxan xarakterindən də danışıb: "Yekəxanalıq, göstəriş mənlik deyil. Artıq xalq artistiyəm. Heç nə həyatımı dəyişməyib. Eyni adamam, atamın qızıyam. Mən başa düşdüm ki, ulduzları Allah star edir, amma həyatda çox şey vermir. Bir az verir və həyatda onun dadını çıxarır.

Ağlamağı sevən adam deyiləm. Bu qədər pisliklər görmüşəmsə, heç kimə sevgi bəsləməyim? Mənim incəsənətdə elə dostlarım var ki, məndən yaşca balacadırlar, amma qoca kimi görsənirlər. Çünki sevgisizlik, inamsızılıq görüblər. İnsan aldana-aldana öyrənir. İnsan dəyişmir, bir az böyüyür. Mən başqasının evini göstərim, yalandan evi gəzdirim, elə ola bilməyəcəm. Rahat deyiləm. Axı mənə baxan insanların çoxu məni tanıyır. İstəmirəm desinlər ki, yalansa... Hamının ata-anası necə yaşayırsa, mənim atam da elə yaşayır. Pis ata-ana yoxdur. Amma yaxşı valideynlərin pis övladı olmaz".

Röya Ayxan oğlunun atası ilə görüşdüyünü də deyib.

Qeyd edək ki, bu gün Röya Ayxanın doğum günüdür. Onun 38 yaşı tamam olur.

Röya Ayxan dəbdəbəli evini nümayiş etdirdi - İLK DƏFƏ/FOTORöya Ayxan dəbdəbəli evini nümayiş etdirdi - İLK DƏFƏ/FOTORöya Ayxan dəbdəbəli evini nümayiş etdirdi - İLK DƏFƏ/FOTORöya Ayxan dəbdəbəli evini nümayiş etdirdi - İLK DƏFƏ/FOTORöya Ayxan dəbdəbəli evini nümayiş etdirdi - İLK DƏFƏ/FOTORöya Ayxan dəbdəbəli evini nümayiş etdirdi - İLK DƏFƏ/FOTORöya Ayxan dəbdəbəli evini nümayiş etdirdi - İLK DƏFƏ/FOTORöya Ayxan dəbdəbəli evini nümayiş etdirdi - İLK DƏFƏ/FOTO


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 52771   Tarix: 14 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vəfa Afət və digər həmkarları haqqında: "Uşaqlarımın atası ilə söz-söhbətləri olub"

Vəfa Şərifova Afət Fərmanqızı ilə arasında olan gərginlikdən danışıb. "Yeni Sabah" xəbər verir ki, davası olduğu bütün qadın sənətçilərin onun uşaqlarının atası ilə bağlı olduğunu bildirib. "Aramızdakı məsələ təkcə mahnıya görə deyil. Ondan öncə də bir mövzumuz olub. Mənlə bağlı deyi

16.12.2025 668
.

54 yaşlı Aygün Kazımova görünüşü ilə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR

Xalq artisti Aygün Kazımova tərzi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça qatıldığı məclislərdən birində ağ geyimlərdən istifadə edib. Kazımova tərzini kürk və ağ şlyapa ilə tamamlayıb. Fotoların müəllifi Muxtar Bədəlovdur

13.12.2025 1429
.

"O qədər acı çəkmişəm ki, vecimə deyilsiniz"

Aktrisa Zümrüd Qasımova sosial şəbəkədə ona tənqid yazanlara cavab verib. Axşam.az xəbər verir ki, ona mənfi rəy yazanların əksəriyyəti xanımlardır. Aktrisa əlavə edib ki, təhqir yazanlar sevgisizlikdən əziyyət çəkirlər:. "Bu həyatda o qədər acı çəkdim ki, sizin fikirləriniz mənim heç vecimə d

13.12.2025 485
.

Rəqsanə boşanıb: "Hər şey bitib"

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla münasibətlərinin bitdiyini açıqlayıb. Qaynarinfo xəbər verir ki, bu haqda sənətçi ötən gün olan konsertində deyib. Onun "Sizi bilmirəm, mən sevməyə son qoymuşam. Fazillə hər şey bitib" sözləri diqqət çəkib. Qeyd edək ki, Rəqsanəni

17.12.2025 784
.

"Zootopia 2" kassa rekordu qırdı

"Zootopia 2" filmi ilk nümayişindən 17 gün sonra dünya üzrə kassa gəlirlərində 1 milyard dollarlıq həddi keçib. "The Hollywood Reporter"ə istinadən xəbər verir ki, bu göstərici istənilən Hollivud animasiya filmindən və ya yaş məhdudiyyəti olmayan istənilən filmdən daha yüksək nəticədir

14.12.2025 696
.

Xanəndə övladı doğulan kimi ona mahnı oxudu - VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Kamilə Nəbiyeva ana olub. Sənətçinin xəstəxanadan görüntüsü yayılıb. Övladı doğulandan sonra onu ilk dəfə görən Kamilə mahnı oxuyub. Həmin görüntülər sosial şəbəkədə yayılıb. Qeyd edək ki, Kamilə ötən il prodüser Pərvin Fətəliyevlə ailə qurub

14.12.2025 714
.

Türk serial tarixində bir ilk

Türkiyə serial tarixində birl ilkə imza atılacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Gözleri Karadeniz" serialının finalına yayımı zamanı qərarı veriləcək. Məlumata görə, ekran işi efirdə olduğu müddətdə ani reytinq göstəriciləri izləniləcək. Əgər ciddi artım müşahidə olunmazsa

14.12.2025 905
.

Tərəf müqabili oldular

Türkiyəli aktrisa Nilsu Berfin Aktaş yeni layihədə rol alamağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktrisa "Liliyar" serialına çəkiləcək. O, ekran işində "Roza" adlı qadına həyat verəcək. Layihədən onun tərəf müqabili Burak Tozkoparan olacaq. O, "Ali" obrazılı ilə ekrand

13.12.2025 465
.

Faciəvi şəkildə ölən 52 yaşlı müğənninin qızının ŞOK MESAJLARI üzə çıxdı - FOTOLAR

Müğənni Güllünün şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan qızı Tuğyan Ülkem Gülterin tutulmazdan az öncə rəfiqəsinə göndərdiyi mesajlar üzə çıxıb. -un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mesajlarda "Çamadanlarımı götürüb Yalovaya qayıdacağam" ifadəsi diqqə

13.12.2025 563
.

TOP MP3