Bu rejim nə vaxta qədər davam edəcək? - Ramin Bayramlı açıqladı - VİDEO

Bu rejim nə vaxta qədər davam edəcək? - Ramin Bayramlı açıqladı - VİDEODünən gecədən etibarən Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri, həmçinin Abşeron rayonunda karantin rejimi qaydaları qəfil sərtləşdirildi. Bir çox dövlət və özəl qurumların fəaliyyətləri dayandırıldı, hətta aptek və marketlər də iki günlük qapadıldı. Tək-tək istisnalar olmaqla insanların çölə çıxışlarına qadağa qoyuldu. Əslində gözləmədiyimiz bir şey baş verdi. Çünki son günlər karantin rejiminin yumşaldılması yolu tutulmuşdu. Bəs nə baş verdi və niyə rejim sərtləşdirildi? Bu rejim nə vaxta qədər davam edəcək? Bu suallara TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı "Xəzər Xəbər"ə eksklüziv müsahibəsində aydınlıq gətirib. O, həmçinin koronavirusu simptomsuz olaraq keçirən şəxslərdə yeni xoşagəlməz əlamətlər müşahidə etdiklərinə də diqqət çəkib. Üstəlik, evdə özünü müalicə etməyə çalışan insanlara sərt xəbərdarlıq edib.

Xüsusi karantin rejimindən mərhələ-mərhələ çıxarkən bir anda həftəsonu sərt karantin rejimi tətbiq edildi. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı XəzərXəbər-ə eksklüziv müsahibəsində karantin rejiminin qəfil sərtləşdirilməsinin səbəblərini açıqladı.

Ramin Bayramlı onu da bildirdi ki, Operativ Qərargahın iş yükünün çoxalmasına, yoluxma sayının artmasına və nəticədə indiki vəziyyətin yaranmasına səbəb hələ də cəmiyyətdə bəzi insanların virusun varlığına inanmamalarıdır.

TƏBİB-in rəhbəri onu da qeyd etdi ki, həftəsonu tətbiq edilən sərt karantin qaydalarına təsadüfi gedilməyib və bunun dünyada tətbiq edilərək nəticə əldə olunan çoxsaylı elmi əsasları var.

Ramin Bayramlı hazırda yeni növ koronavirusu simptomsuz keçirən insanlarda yeni xoşagəlməz əlamətlər aşkar etdiklərinə də diqqət çəkdi.

TƏBİB-in İdarə Heyətinin sədri ən təhlükəli halların evdə özünü müalicə etməyə çalışan insanlarda meydana gəldiyini bildirdi və vətəndaşları qəti olaraq bu yanaşmadan çəkinməyə çağırdı.

TƏBİB sədri onu da qeyd etdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargah istənilən qərarı verməzdən öncə bütün təkliflər geniş şəkildə müzakirə olunur. Qərarlar isə həmişə insanlara minimal mənfi təsir edəcək şəkildə qəbul edilir. Həftəsonları sərt karantin qaydalarının tətbiqinin nə vaxt ləğv ediləcəyi isə vətəndaşların sanitar gigiyena təlimatlarına düzgün əməl etmələrindən asılı olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9348   Tarix: 06 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

05.05.2024 183
.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

05.05.2024 194
.

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq. Mənbə yazır ki, Misir paytaxtında baş tutan görüşlərdə ABŞ-dən olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, Qəzzada saxlanıla

05.05.2024 164
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 205
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

05.05.2024 147
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

05.05.2024 184
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

05.05.2024 172
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 191
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

05.05.2024 174