Bu şəxslər küçəyə çıxsalar cərimələnəcəklər - RƏSMİ

Bu şəxslər küçəyə çıxsalar cərimələnəcəklər - RƏSMİ2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində hərəkət icaze.e-gov.az portalı üzərində əldə edilən icazələr əsasında tənzimlənir.

BiG.AZ xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirilib.

Qeyd olunub ki, əvvəlcədən icazəsi olan şəxslərin hazırda icazələri aktiv deyil. Yalnız fəaliyyətinə icazə verilən qurumların möhür səlahiyyətli şəxsi sistemə daxil olaraq vaxtı bitmiş icazəni aktivləşdirdikdən sonra icazə qüvvədə olur.

Əməkdaşlar haqqında məlumatlar düzgün daxil edilməlidir. Düzgün daxil olunmuş və göndərilmiş kimi qeyd olunan icazələr gün ərzində təsdiqlənir.

Yalnız vaxtı bitmiş icazələri aktivləşdirmək mümkündür. Əks halda sistemə yeni icazə kimi əlavə edilməlidir.

Fəaliyyətinə icazə verilən sahələrin siyahısı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarında təqdim edilib.

Əgər vətəndaşların fəaliyyət istiqaməti Operativ Qərargahın qərarı ilə təsdiqlənmirsə, sistemdə onların icazəsi aktivləşdirilsə belə yaşayış yerini tərk etdikləri təqdirdə karantin qaydalarının pozulmasına görə cərimələnə bilərlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin iyunun 4-də imzaladığı qərara əsasən bu həftənin şənbə bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

Bununla əlaqədar 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək həmin rayon və şəhərlərin ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Həmçinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bu həftənin şənbə və sabah günləri fəaliyyət göstərəcək bəzi dövlət qurumları müəyyənləşib.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yol verilir.

Eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənir.

Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2410   Tarix: 06 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

14:14 0
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

28.04.2024 270
.

Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI

İnsanlar çox vaxt həyatlarının bir yerində intihara cəhd edir və bu intiharların əksəriyyəti ölümlə nəticələnir. Əlbəttə ki, bu gün insanları intihara sövq edən bir sıra faktorlar. Əlbəttə ki, bu onların çox vaxt psixoloji vəziyyəti ilə bağlı olur. Mətbuatda çox vaxt sadə vətəndaşların intihar xəbərlərin

10:52 418
.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 613
.

Belçika Ukraynaya F-16 göndərəcək

Belçika Ukraynaya F-16 göndərəcək. BİG.AZ xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Alexander De Croo məlumat yayıb. Məlumata əsasən, ilin sonuna qədər Ukraynaya F-16 döyüş təyyarələri göndərəcəklərini açıqlayıb. O bildirib ki, döyüş təyyarələrinin dəyəri dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcə

11:07 96
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 294
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 254
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

10:10 121
.

İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. "Report"

28.04.2024 308