"Azəriqaz" sakinlərə müraciət etdi: qanunsuz qaz qoşulmaları aşkarlanıb

"Azəriqaz" sakinlərə müraciət etdi: qanunsuz qaz qoşulmaları aşkarlanıb"Azəriqaz" İstehsalat Birliyi Suraxanı və Abşeron rayonlarında işbazların əməllərini üzə çıxarıb.

Birlikdən BiG.AZ-a verilən məlumata görə, Abşeron rayonunda Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi 1 a ünvanında yerləşən "R+R" Mənzil Tikinti Kooperativinin (MTK) inşa etdiyi binada qazdan qanunsuz istifadə edən mənzillər aşkarlanıb. Bina 2 blok, 66 mənzildən ibarətdir. 55 mənzildə yaşayış mövcuddur. Həmin binanın yalnız 31 mənzilində qaz sayğacı quraşdırılaraq qeydə alınıb, abonent kodu təyin edilib. Digərlərinə isə qaz açılışı ilə bağlı hər hansı rəy verilməyib. Bu vəziyyətdən istifadə edən bəzi sakinlər kimlərinsə vasitəçiliyi ilə müxtəlif yollarla qaz xətlərinə müdaxilə edərək qanunsuz qoşmalar aparıb. İki fakt binanın fasadından aydın göründüyü üçün tam təsdiqini tapıb. Daha 10-a yaxın mənzildə də belə halların mövcudluğuna dair ciddi əsaslar var. Karantin rejimini əsas gətirərək sakinlərin mənzil baxışına şərait yaratmaması da binada çox sayda qanunsuz qoşulmanın olduğunu deməyə əsas verir.

"Azəriqaz" İstehsalat Birliyi ünvanı qeyd edilən bina sakinlərindən xahiş edir ki, MTK nəzarətçisi (komendant) ilə əlaqə saxlayıb, mənzillərində qanunsuz qoşulma varsa, həmin xəttin ləğvinə şərait yaratsınlar. Əks halda bu cür vəziyyət təkcə həmin ailə üçün deyil, bütün bina sakinləri üçün təsəvvür edilməyəcək dərəcədə qəzalı durum yarada bilər.

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində isə qanunsuz şəkildə qaz xətti çəkilərək 4 fərdi yaşayış evinə qaz verilib. Dövlət Neft Şirkətinə məxsus pay hasilat torpaqlarının ərazisindən qaz xətti çəkilməsi qadağan olunduğu halda, bu işi podratçı təşkilatlardan biri icra edib və nəticədə vətəndaşlar aldadılıb. Başqa yerlərdə layihə əsasında quraşdırılmalı sayğaclar gətirilərək bu ərazidə yaşayan vətəndaşların istifadəsinə verilib. Qeyd edək ki, bu cür ərazilərdə daşıyıcı qaz xətləri yaşayış evinin yaxınlığından keçdiyi halda həmin evə qaz verilişinə icazə verilə bilər.

"Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları aldanmış vətəndaşlara vəziyyəti yerində izah etməklə qaz təchizatını dayandırıb və sayğacları açaraq götürüb. Lakin onu da qeyd edək ki, baş verənlərdə heç bir günahı olmayan aldadılan insanlara hansısa güzəştlərin edilməsi üçün Birliyin rəhbərliyi müvafiq işlərin görülməsinə çalışacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 936   Tarix: 06 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814