Avropa çempionatı Bakıda keçiriləcək

Avropa çempionatı Bakıda keçiriləcək

Kişilər və qadınlar arasında idman gimnastikası üzrə Avropa çempionatı Bakıda keçiriləcək.

BiG.AZ Sport24.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Gimnastikasının mətbuat xidməti məlumat yayıb.

Hər iki yarış bu ilin dekabrında keçiriləcək. Kişilər 9-13 dekabrda, qadınlar isə 17-20 dekabrda mübarizə aparacaqlar. Hər iki yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.

Bununla yanaşı, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı da 26-29 noyabr tarixinə təyin edilib.

İdman gimnastikası üzrə kişilərin Avropa çempionatı mayda Bakıda, qadınların yarışı isə aprelin sonu, mayın əvvəlində Parisdə keçirilməli idi.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: İdman Oxunub: 453 Tarix: 04.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər