Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: "Elə bildim, nəfəsim geri qayıtmayacaq"

Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: "Elə bildim, nəfəsim geri qayıtmayacaq""11 gündür M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunuram. İki dəfə koronavirusla bağlı analiz götürülüb. İlk gündə və bu gün verdiyim testin nəticələri neqativ çıxıb. Ağciyərlərimdə sətəlcəm aşkarlandığı üçün dərmanlar qəbul edirəm, təkrar rentgendən keçəcəyəm. Sağlamlığımda heç bir problem aşkar edilməsə, yaxın 3-4 gün ərzində evə buraxılacağam".

Bu sözləri Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi xəstəxanaya düşdüyü ilk günlərdə yaşadıqlarını belə nəql edib:

"Bir gün reanimasiyada oldum. Elə bildim ki, nəfəsim bir daha geri qayıtmayacaq. Bu təhlükəli və acınacaqlı anı yaşadım. Şəkərim 60 vahidə düşdü. Bir tərəfdən şəkərim, bir tərəfdən də ürəyimdəki problemlər... Xəstəliklərim birdən-birə baş qaldırdı. Xəstəxanada yoluxanların əksəriyyəti süni tənəffüs aparatına qoşulub. Burada vəziyyət həqiqətən ciddidir.

Ailəmlə görüşə bilməsəm də, onlarla mütəmadi telefonla əlaqə qururam. Şükürlər olsun ki, onlardan götürülən test nümünələrinin nəticələri də mənfi çıxıb".

S.Əliyev xüsusilə gənclərin virusa laqeyd yanaşdıqlarını, onların potensial daşıcıya çevrilərək, təhlükə saçdığını söyləyib.

"Palatalar koronaviruslu xəstələrlə tam doludur. Hətta ötən gün koronavirusa yoluxmuş xəstələri klinikaya qəbul etmədilər. Çünki boş yer yoxdur. Vəziyyət olduqca gərgin və ciddidir.

Redaksiyanız vasitəsi ilə üzümü gənclərə tutub deyirəm ki, siz yaşlı insanları özünüz də bilmədən yoluxdura bilərsiniz. Cavanların immun sistemi güclüdür. Zənn edirlər ki, belə olduğu təqdirdə koronavirusa yoluxa bilməzlər. Lakin bu, doğru düşüncə deyil. Koronavirusa yoluxaraq, xəstəliyin daşıyıcısına çevrilirsən. Hansısa xəstəlikdən əziyyət çəkən bir şəxsin yanında olub, təmasa girsən, bilmədən onu da yoluxduracaqsan. Bu kimi xırda, lakin olduqca vacib məsələləri gənclər dərk etməlidir.

İnsanlar buna laqeyd yanaşırlar. Elə bilirlər ki, koronavirus yoxdur. Amma xəstəxanadakı vəziyyətin necə ağır olduğunu görsələr, bəlkə onda baş verənləri doğru anlayarlar. Burada körpə övladlarını üç aydır ki, görməyən həkimlər var.

Yoluxmanın sayının artığını görən həkimlərin vəziyyəti daha da gərginləşir. Onların tək istəyi xəstəliyin bitməsi və yenidən ailələrinə qovuşmaqdır.

Operativ qərargahın son addımını alqışlayıb, yüksək qiymətləndirirəm. Türkiyə kimi böyük dövlət bayram günlərində üç günlük ciddi karantin rejimini tətbiq etdi. Ölkəmizdə də bu cür qərarın verilməsi doğrudur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1832   Tarix: 04 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

28.04.2024 228
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 404
.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

28.04.2024 174
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

28.04.2024 161
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

28.04.2024 173
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28.04.2024 179
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 126
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğı

28.04.2024 210
.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

28.04.2024 213