Oğlu əlindən alınan azərbaycanlı müğənni: "Qollarımı kəsib, intihar etmək istəmişəm" - VİDEO

Oğlu əlindən alınan azərbaycanlı müğənni: "Qollarımı kəsib, intihar etmək istəmişəm" - VİDEO"Oğlumla ayrılandan sonra Muradın (oğlu - red.) atası evləndi. Oğlum analığı ilə yaşamağa razılaşmayıb. Onlar heç iki ay birlikdə qalmayıblar. Düşünürəm ki, oğlumun belə addım atmasına səbəb atasının onun mənimlə birlikdə yaşamasına qarşı çıxması olub. Murad atasına sərbəst həyat yaşamağa imkan verməyib. Bəlkə də oğlum mənim heyifimi atasından çıxıb.

İki övladım var. Kiçik oğluma böyüyümün adına uyğun Marat adını vermişəm. Beləcə, böyük oğluma sevgimi bildirmişəm. Bacım yanımdadır, mənə dəstəkdir. Amma qardaşım bu problemlərdən uzaq olmaq üçün kənara çəkilib. Baş qoşmaq istəməyib. O, müğənni olmağıma qarşı çıxdı və məndən kənarlaşdı. Buna rəğmən, onun xətrini dünyalar qədər istəyirəm.

Böyük oğlum mənimlə görüşmək üçün çox ağlayıb, depressiyaya düşüb. Dayım qızının evinə gedib, saatlarla qapılarını döyüb, oğlumu istəmişəm. Onlar isə qapı-pəncərəni bərk-bərk bağlayıb, musiqinin səsini ucaldıblar ki, Murad səsimi eşitməsin. Əlimə daş alıb şüşəni qırsaydım, ailənin əlinə fürsət düşəcək və məni polisə verəcəkdilər. Qollarımı kəsib, intihar etmək istəmişəm".

Oxu.Az xəbər verir ki, bu sözləri dəhşətli həyat hekayəsi ilə tamaşaçıları heyrətləndirən, şou-biznesdə Dana ləqəbi ilə tanınan müğənni Dürdanə ötən gün ATV telekanalında yayımlanan "Bizimləsən" sosial-ictimai proqramında qonaq olarkən deyib.

Sənətçi oğlu Muradla 17 ildir ki, görüşə bilmədiyini açıqlayıb. Dürdanə bildirib ki, oğlunu uşaqlıq yaşlarından böyüdən dayısı qızının ailəsi Muradla görüşməsinə icazə vermir.

Qalmaqallı ailə problemini ictimailəşdirən müğənninin Elmira adlı dayısı qızı canlı efirə zəng vuraraq, Dürdanənin danışdıqlarını yalanlayıb:

"Dürdanə yalan danışır və çox məsələləri gizlədir. O, özü Muradı atıb. Biz vicdansız ailə deyilik. Dürdanə bizə şər, böhtan atır. Dağıstanda içkiyə qurşanmışdı. Onun necə qadın olduğunu hamı bilir. Muradın xətrinə illərlə susmuşam. Əlimdə sübut və dəlillər var. İstəyirsə, məhkəmədə görüşək. Bu iş məhkəməyə verilsin və məsələ bitsin.

Sənin uşağını boya-başa çatdırıb, yekə kişi ediblər. İndi çıxıb, yalandan ağzına gələni danışırsan. O, qardaşımın nömrəsini bilir. Ona zəng vurub, "ASAN Xidmət"də görüşüb, Muradın sənədlərini düzəldiblər. Sonra da eşitdik ki, Dürdanə kanallara çıxıb bizi biabır edir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3385   Tarix: 03 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467