DİM-dən imtahanlarla bağlı daha bir xəbərdarlıq

DİM-dən imtahanlarla bağlı daha bir xəbərdarlıqDövlət İmtahan Mərkəzi (DİM) tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx hazırlanıb.

Mərkəzdən BiG.AZ-a verilən məlumata görə, video imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq hazırlanıb.

Qeyd olunub ki, bu il COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində bir sıra kütləvi tədbirlərə, o cümlədən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlara bir müddət ara verilmişdi.

Lakin həyat davam edir. Məhz buna görə də bizlər yeni şəraitə uyğunlaşmalı və həyatın normal axışını bərpa etmək üçün zəruri tədbirləri həyata keçirməliyik.

Bu il orta məktəblərin buraxılış imtahanları, eləcə də ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının pandemiya şəraitinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzi imtahan kampaniyası müddətində virusun yayılmasının qarşısını almaq məqsədilə imtahan binalarında bir sıra profilaktik tədbirlər həyata keçirir. Binaların və otaqların dezinfeksiyası, havalandırılması, müvafiq yerlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılması, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə təmin olunması və onların təlimatlandırılması bu tədbirlərdən bəziləridir.

Lakin bu tədbirlərin tam səmərəli olması üçün imtahan iştirakçıları da özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmalı və ümumi imtahan qaydaları ilə yanaşı, müvafiq profilaktik qaydalara da riayət etməlidirlər.

Hər bir imtahan iştirakçısı imtahandan əvvəl imtahana buraxılış vərəqəsi ilə bir yerdə sağlamlıq haqqında bəyannaməni çap edib imzalamalı və onu digər sənədlərlə birlikdə imtahan nəzarətçisinə təqdim etməlidir.

İmtahan iştirakçısı özündə COVID-19 infeksiyasının əlamətlərini müşahidə etdiyi halda evdən çıxmamalı və 103 təcili tibbi yardım xidmətinə müraciət etməli, imtahan müddətində özündə yüksək temperatur və ya üşütmə kimi əlamətlər hiss edənlər isə bu barədə mütləq imtahan nəzarətçisinə məlumat verməlidirlər.

Bundan başqa, hər bir iştirakçı bütün imtahan prosesi boyu qoruyucu maska geyinməlidir.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və tələb olunduğu təqdirdə müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir. Başqa heç bir halda maskanı çıxartmaq olmaz.

Qeyd olunanlarla yanaşı imtahan günü imtahan binasına gələn iştirakçıların aşağıdakı qaydalara riayət etməsi zəruridir:

- əlləri sabunla yumaq və ya xüsusi maye ilə dezinfeksiya etmək;

- imtahan binasının daxilində və ya qarşısında sıx toplaşmamaq;

- əllə görüşməmək və insanlarla ən az 2 metr məsafə saxlamaq;

- asqırarkən və ya öskürərkən ağzı salfet və ya dirsəyin iç tərəfi ilə örtmək;

- istifadə etdikləri hər hansı ləvazimatı bir-birinə ötürməmək.

İmtahan binasında hərəkət edərkən divarlara və əşyalara təmas etməmək, yuyulmamış və ya dezinfeksiya olunmamış əllərlə üzə toxunmamaq məsləhət görülür.

Psixoloji məqamlar

Məlumdur ki, bəzi insanlar imtahan zamanı qısa müddətə də olsa, müəyyən təlaş keçirə bilərlər. İnsan təlaş və ya həyəcan hissi keçirdikdə nəbzi və nəfəs alması sürətlənir. Üzdə maska olduqda bu hal nəfəs almağa qismən çətinlik yarada bilər.

Bu tip halların qarşısını almaq üçün evdə məşq etməyiniz, o cümlədən maska geyinərək test tapşırıqları və məsələlər həll etməyiniz, eləcə də imtahandan bir gün əvvəl ağır yeməklərdən uzaq durmağınız, sağlam qidalanmağınız, vaxtında yatmağınız məsləhətdir.

Bundan başqa, imtahana münasibəti və düşüncələri müsbət şəkildə nizamlamaq, o cümlədən imtahan nəticələrinə ifrat mənalar yükləməmək, öz dəyərinizi imtahan nəticələrinə bağlamamaq, başqaları ilə rəqabətə girməmək, realist olmaq, qorxu və şübhələrinizi paylaşmaq, pozitiv düşünmək və pozitiv təlqinlər etmək imtahan təlaşını aradan qaldırmaq üçün effektiv metodlardır.

İmtahan günü ən yaxşı bildiyiniz mövzuları yadınıza salaraq özünüzə inamı artırın. İmtahan zamanı diqqətinizi tapşırıqlara yönəldin və çətinlik yarandıqda əvvəlcə yaxşı bildiyiniz sualları cavablandırın. Bu beyninizdə stress mərkəzinin sakitləşməsinə, müsbət emosiyalar yaranmasına, beynin məntiqi düşüncəyə cavabdeh hissəsinin aktivləşməsinə səbəb olacaq və potensialınızdan maksimum istifadə etməyinizə yardım edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 949   Tarix: 03 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

02.05.2024 133
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 193
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 193
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

02.05.2024 967
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

02.05.2024 328
.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

02.05.2024 192
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 145
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

02.05.2024 517
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

02.05.2024 1195