"Hazırda müğənnilərin maddi durumu heç də ürəkaçan deyil" - Manaf Ağayev toylardan DANIŞDI

"Hazırda müğənnilərin maddi durumu heç də ürəkaçan deyil" - Manaf Ağayev toylardan DANIŞDIMüğənni Manaf Ağayev şadlıq saraylarının fəaliyyətinin bərpa edilməsiylə bağlı qərarın verilməməsindən danışıb.

Ağayev "Ölkə.Az"-a açıqlamasında bildirib ki, iri ticarət mərkəzləri ilə yanaşı, şadlıq sarayları da öz fəaliyyətlərini bərpa edə bilərdilər.

"Sözsüz ki, bu, dövlətin bildiyi bir işdir, bizə söz düşməz. Mən yalnız subyektiv fikrimi bildirə bilərəm. Mənim fikrimcə, əgər iri ticarət mərkəzləri, "mall"lar açılırsa, şadlıq sarayları da öz fəaliyyətlərini davam etdirə bilərdilər. Çünki bu obyektlərə gün ərzində daha çox insan gedir. Mənim fikrimcə, burada daha çox insan bir-birlərini yoluxdura bilər".

Daha sonra ifaçı toyların keçirilməməsinin müğənnilərin maddi imkanına mənfi təsir göstərdiyini də deyib.

"Düşünsək ki, müğənninin qazanc yeri el şənliklərindən çıxır, hazırda onların maddi durumu heç də ürəkaçan deyil. Çünki bizim yeganə qazanc yerimiz toylardır. Üç aya yaxın bir müddətdə yaxın ciddi karantin rejimi oldu, hazırda da toylara icazə verilmir. Bundan sonra da Məhərrəm ayı olduğu üçün, bu, 6 aya qədər uzanacaq. Təsəvvür edin, bir ifaçı üçün 6 ay toya getməmək nə deməkdir? Burada söhbət təkcə müğənnidən getmir. Toylarda ifaçını böyük bir ansambl müşayiət edir. O insanların hər biri, bir evin "çörək ağacı"dır, ailə dolandırır",- deyə o, bildirib.

Qeyd edək ki, ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin mayın 31-dən yumşaldılmasına qərar verilib. Ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall"ların fəaliyyəti bərpa olunmasına baxmayaraq, toy məclislərinin təşkili ilə bağlı qadağa 15 iyuna qədər qüvvədə qalıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2689   Tarix: 01 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536