Fəzail Ağamalı: "Səfər Əbiyev böyük tenderlərin hamısını Vahid Əhmədova verirdi

Fəzail Ağamalı: "Səfər Əbiyev böyük tenderlərin hamısını Vahid Əhmədova verirdi"Vahid Əhmədovun fikirləri qərəzlidir və Zakir Həsənov Azərbaycan dilində ondan da yüksək səviyyədə danışır".

Bunu Sfera.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsləndirdiyi əsassız fikirlərə münasibət bildirərkən deyib.

O, parlamentin iclasında məsələyə münasibət bildirdiyini söyləyib: "Vahid Əhmədovun fikirləri başdan ayağa qərəzlidir və birbaşa nostalji hislərlə bağlıdır. Azərbaycan cəmiyyətinə də sirr deyil ki, Vahid Əhmədovun keçmiş Müdafiə naziri Səfər Əbiyevlə çox yüksək münasibətləri vardı və Səfər Əbiyev böyük həcmli tenderlərin hamısını məhz Vahid Əhmədova verirdi. Onlar arasında ciddi iş birliyi var idi və s. Bu baxımdan görünür ki, Vahid Əhmədov həmin imkanları itirməsini və Səfər Əbiyevdən fərqli olaraq Zakir Həsənovun Azərbaycan dövlətçiliyinə, Azərbaycan Ordusuna, əsgərinə, zabitinə, torpağa sədaqətini həzm edə bilmir".

F.Ağamalı vurğulayıb ki, Zakir Həsənov çox böyük və üstün keyfiyyətlərə malik olan milli ruhlu generaldır: "O, Müdafiə naziri təyin olunandan sonra Müdafiə Nazirliyində qayda-qanun yaratdı, ciddi islahatlar apardı, ordunun maddi-texniki bazası gücləndirildi və ən müasir silahlarla təmin edildi. Səfər Əbiyevin vaxtında bunlar yox idi. Onun nazir işlədiyi zaman köhnə silah alırdılar, onu da yeni silah adı ilə təqdim edirdilər. Nəticədə də külli miqdarda vəsait göyə sovrulurdu. Zakir Həsənov bunların heç birini etmədən Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edir. Vahid Əhmədovun da söylədiyi fikirlərin heç bir əsası yoxdur. Bu fikirlər başdan ayağa konyukturadır, qərəzlidir. Zakir Həsənov normal qaydada, hətta Vahid Əhmədovdan da yüksək səviyyədə Azərbaycan dilində danışır. Vahid Əhmədov özünün danışığı ilə Zakir Həsənovun danışığını müqayisə etsin. Onda görəcək ki, Zakir Həsənov Azərbaycan dilində daha səlis, dialektsiz danışır, nəinki Vahid Əhmədov".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2641   Tarix: 31 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

03.05.2024 451
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

03.05.2024 207
.

Honkonq 140 il ərzində ən isti aprelini yaşadı

Çin ən isti aprelini keçirib. BİG.AZ xəbər verir ki, 1884-cü ildə meteoroloji rekordların başlanmasından sonra Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi bu il ən isti aprel yaşadı. Honkonq Müşahidə Şurasının bəyanatına əsasən, aprel ayında havanın orta temperaturu 26,4 dərəcə olub. Subtropik iqlim zonasınd

03.05.2024 50
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 151
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

03.05.2024 458
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

03.05.2024 1282
.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

03.05.2024 287
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

03.05.2024 725
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

03.05.2024 763