Baş infeksionist: "Səhlənkarlıq davam etsə, bizi Avropanın taleyi gözləyə bilər"

Baş infeksionist: "Səhlənkarlıq davam etsə, bizi Avropanın taleyi gözləyə bilər""Həkimlərdə bu qədər pul haradandır? Vicdan bu qədər itirilib?"

Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayevin "Report"a müsahibəsi:

- Rəsmi rəqəmlərdən də aydın olur ki, Azərbaycanda son günlər koronavirusa yoluxanların sayı artıb. Bunun əsas səbəbi nədir?

- İnsanların səhlənkarlığı və xaricdə yaşayan azərbaycanlıların bir hissəsinin Vətənə qayıtması koronavirusa yoluxanların sayının artmasına səbəb olub. Hətta ölkədə xüsusi karantin rejimi qaydalarının yumşaldılmasından sonra virusun guya mövcud olmadığına inananlar artmağa başlayıb. Çünki hələ də xəstəliyin siyasi oyun olduğunu düşünənlər var. Mən onları dar düşüncəli insanlar sayıram. Belə siyasi oyun olmaz. Axı bütün dünyada virus alovlanıb. Yəni inkişaf etmiş bu qədər ölkənin rəhbərləri səhv edir?! Hətta deyirlər ki, guya həkimlər ölən şəxsin qohumlarına virusdan vəfat etdiyini yazmaq üçün pul təklif edirlər. Həkimlərin bu qədər çox pulu var? Vicdan bu qədər itirilib?

Hər gün gözümüzün qarşısında çox sayda insanın virusa yoluxduğunu, əziyyət çəkdiyini və dünyasını dəyişdiyini görürük. Əlimizdən gələni edirik ki, insanlar virusa yoluxmasın. Axı nə qədər demək olar ki, sosial məsafəni gözləyin, arada 2 metrlik məsafə saxlayın, zərurət olmadığı təqdirdə qapalı məkanlara getməyin, gigiyena qaydalarına əməl edin, yaxud qoruyucu tibbi maskalardan istifadə edin.

Kimsə bilmədən virusa yoluxub xəstəliyi yüngül keçirə, fərqində olmadan başqasını yoluxdurub onun ölümünə səbəb ola bilər. Bu gün ölkədə koronavirusdan ölənlərin sayı 50-ni keçib. Hər kəs səbəbi yaxşı bilsə də, şübhəli sual verir ki, bunun səbəbi nədir?! Cavab çox sadədir - insanların məsələyə laqeyd yanaşması.

İctimai nəqliyyatda qoruyucu maskalardan istifadənin vacibliyini dəfələrlə qeyd etmişik, ancaq buna əməl edən çox az adam var. Pandemiyanın başlanğıcında virusun sürətlə yayılmasının qarşısını ala bilmişdik. Amma bu gün daxili yoluxmaların sayında kifayət qədər artım var. Hər kəs infeksiyaya qarşı birgə mübarizə aparmalıdır, öz üzərinə düşəni etməlidir. Dövlətimiz insanların yaşam şəraitini asanlaşdırmaq üçün müəyyən yumşalmalara getdi. Ümid edirik ki, yumşalma tədbirləri çərçivəsində insanlarımız da qoyulan tələblərə düzgün əməl edəcəklər. Təəssüf ki, bu gün bunun əksinin şahidi oluruq. O gün televiziyada bir süjetə baxdım, küçədə insanlar sıx şəkildə və qoruyucu tibbi maska taxmadan rahat gəzirlər. Belə olmaz axı!

- Bu artımı ikinci dalğa və ya koronavirusun pik hədd hesab etmək olarmı?

- İkinci dalğa söhbəti yoxdur. İkinci dalğa o zaman ola bilər ki, xəstəlik tamam yoxa çıxır və sonradan tək-tük bir neçə xəstə qeydə alınır. Necə ki, Çində belə olmuşdu. Amma Azərbaycanda bu gün üçün xəstəlik hələ də davam edirsə, bu, ikinci və ya sonrakı dalğalanma deyil.

- Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-də başa çatır. Xəstələrin sayındakı artım mayın 31-dən sonra sərtləşməyə səbəb ola bilərmi?

- Bu barədə indidən dəqiq nəsə deyə bilmərəm. Ölkədəki ümumi epidemioloji vəziyyət təhlil ediləcək və bundan sonra qərar veriləcək ki, rayonlara gediş-gəliş açılsın ya yox. Əgər açılası olsa, belə insanlara tövsiyə ediləcək ki, sosial məsafə mütləq qorunsun və qoruyucu tibbi maskalardan istifadə edilsin. Misal olaraq, taksiyə minəndə belə sürücüdən tələb edilməlidir ki, maska tax. Çünki onu tanımırıq və virusa yoluxmuş ola bilər. Bəzən insanlar ümid edir ki, havalar istiləşdikcə virus yavaş-yavaş məhv olacaq. Amma bu belə deyil. Ona görə də məsələyə laqeyd yanaşmaq qəti olmaz.

- Koronaviruslu xəstələrin müalicə alması üçün ayrılan tibb müəssisələrində çarpayı sayı yetərlidirmi?

- Bu gün üçün xəstəxanalarda çarpayı sayında problemimiz yoxdur. Amma qaydalara ciddi riayət edilməsə və xəstə sayı artsa, Avropanın taleyini yaşaya bilərik. Çünki koronavirus sürətlə yayılır. Həkimlərə və mütəxəssislərə qulaq asmaq lazımdır. Hər yanlış informasiyalara inanmaq məsləhət deyil. Yalnız rəsmi xəbərlərə etibar etmək lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1594   Tarix: 29 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 836
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmir" - Politoloq

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir. Politoloq Elşən Manafov -a bildirib ki, qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmi

14:33 216
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

21:00 0
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 1197
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 534
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 452
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 187
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 798